Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qazax rayon İş № 2(023)-1104/2024 05.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, Kreditor borclular Borclu1 və Borclu2 qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək 001-saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borc qismində 955 AZN (doqquz yüz əlli beş manat) məbləğində pulun, cərimə (penya) olaraq 143,25 AZN (yüz qırx üç manat, iyirmi beş qəpik) məbləğində pulun və ərizənin verilməsi üçün ödənilmiş 100 məbləğində dövlət rüsumunun- ümumilikdə 1198,25 AZN (min yüz doxsan səkkiz manat, iyirmi beş qəpik) məbləğində pulun, iş üzrə borclular Borclu1 və Borclu2 tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kreditor ilə Borclu1 arasında hissə-hissə ödəmək şərti ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı Borclu1 Kreditor mağazasından ümumi dəyəri 3972 manat olan avadanlıq almışdır. Borclu aldığı avadanlığın bir qismini ödəsə də, malın ümumi dəyərinin 955 manat hissəsini ödəməmişdir. Bu barədə borcluya dəfələrlə xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 001-saylı nömrəli əşyanın nisyə alqısatqı müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu1 Kreditor 12 ay ərzində hər ay 331 manat ödəməklə, ümumi dəyəri 3972 manat olan məişət avadanlığı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Kreditor üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Borclu isə müqavilə üzrə öhdəliyi icra etməmişdir «Dövlət rüsumu haqqında» qanunun 8.2-ci maddəsinnə əsasən məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: xx.xx.1983-cü ildə Qazax rayonu Kosalar kəndində anadan olmuş və həmin ünvanda yaşayan Borclu1 və xx.xx.2003-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Qazax rayonun Koslar kəndində yaşayan Borclu2 müştərək qaydada 001-saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 955 (doqquz yüz əlli beş) manat, cərimə olaraq 143,25 ( yüz qırx üç manat iyirmi beş qəpik) manat və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 1198,25 ( min yüz doxsan səkkiz manat iyirmi beş qəpik) pul alınaraq Kreditor hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1104/2024
Qazax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(023)-1104/2024
05.07.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver