Məhkəmə qərarları › İş №2(023)-121/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-121/2025

14.03.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-121/2025 14.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi barədə iddia ərizəsi üzrə mülki işə 14 mart 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh tərəfindən məcburi iş buraxmaya görə əmək haqqının, məzuniyyət haqqının, o cümlədən ilkin mediasiya sessiyası üçün ödədiyi 50 manat məbləğində mediasiya haqqının tam olaraq cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasındaCavabdehndə həkim-laborant vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində heç bir əmək və icra intizamının pozulması barədə məsuliyyətə cəlb edilməmişdir. Məlumatı olmadan barəsində cinayət işi başlanılmış və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə barəsində şübhəli şəxs qismində tutulma qərarı qəbul edilmişdir. Lakin 11 avqust 2023-cü il tarixdə işdə olmuşdur, nahar fasiləsində onu tutmuşlar. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdən sonra yenidən işə getmiş və işlərinin icrasını davam etdirmişdir. Lakin bir neçə gündən sonra işdən kənarlaşdırıldığını və işə gəlməməsini ona bildirmişlər. İşçilərin davamiyyət kitabına həbsdən çıxandan sonra təxminən 10 iş günü imza etmiş və daim işdə olmuşdur. İşdən kənarlaşdırılması barədəCavabdeh xx.xx.2023-cü il tarixli 77 nömrəli əmrinin ləğv edilməsi tələbi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli 2(023)-1175/2024 saylı qətnaməsi ilə həmin qanunsuz əmr ləğv edilmişdir. Həmin əmrin olması səbəbindən o məcburi olaraq əmək funksiyalarını yerinə yetirə bilməmiş və əmək haqqı almamışdır. Hesab edir ki, məcburi işburaxmaya görə ona aylıq əmək haqqı ödənilməlidir. Belə ki, onun işdən kənarlaşdırılmağı qanunsuz və əsassız olmuşdur. Bu hal məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. O ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2023-cü il tarixdən ödənilməmiş əmək haqqının ödənilməsini tələb etmişdir, lakin cavabdeh müəssisə bundan imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianıən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində həbs qətimkan tədbiri seçildiyi üçün işdən kənarlaşdırılmışdır və işə davamiyyəti olmadığına görə ona əmək haqqı hesablanmamışdır. Lakin xx.xx.2024-cü il tarixdən işə başlamışdır. Qazax Rayon Məhkəməsinin müvafiq qətnaməsi iləCavabdeh xx.xx.2023-cü il tarixli 77 nömrəli əmrinin ləğv edilmiş, həmin tarixdən işdə hesab edilərək əmək haqqı hesablanmışdır. İşdə olmadığı müddət üçün iddiaçıya əmək haqqı verə bilmir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(023)-67/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs, xx.xx.1977-ci ildə Qazax rayonu, Quşçu Ayrım kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Qazax GİM-nin labaratoriya həkimi işləyən Qazax rayonu Quşçu Ayrım kəndində qeydiyyatda olmaqla, Qazax şəhəri Əliağa Şıxlinski küçəsi, döngə 2, ev 2-də yaşayan İddiaçı barəsində 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətə, yəni, 05 noyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəli İddiaçı tutulduğu 11 avqust 2023- cü il tarixdən hesablanması qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(023)-27/2024 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair təqdimat müvafiq olaraq Qazax Rayon Prokurorluğuna geri qaytarılmışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1175/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı tutduğu vəzifənin icrasından kənarlaşdırılmasına dairCavabdeh 01 sentyabr 2023-cü il tarixli, 77 nömrəli əmri ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ xx.xx.2021-ci il tarixli 109 nömrəli əmrindən görünür ki,Cavabdeh Epidemiologiya şöbəsinin həkim-epidemioloqu X3 xx.xx.2021-ci il tarixdən həmin mərkəzin direktoru vəzifəsinin icrası həvalə edilmişdir. Qazax rayon GEM-i üzrə 17 oktyabr 2024-cü il tarixli 87 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı – həkim-laborant tutduğu vəzifənin icrasından kənarlaşdırılmasına dair xx.xx.2023-cü il tarixli 77 saylı əmr ləğv olunsun və xx.xx.2024-cü il tarixdən işdə hesab edilsin. Əsas: Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1175/2024 saylı qətnaməsi. İş materiallarına əlavə olunmuş işə davamiyyət kitabından çıxarışlardan görünür ki, İddiaçı 04 iyun 2024-cü il tarixdən 10 iyun 2024-cü il tarixədək işdə olmuş və davamiyyət jurnalına imza etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ilə bağlı olduğundan həmin münasibətlərə Əmək Məcəlləsinin həmin münasibətləri tənzimləyən normaları tətbiq edilməldir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.

2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.

3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.

4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.

5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair 12 yanvar 2022-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunanlara əsasən müəyyən olunur ki, İddiaçı cavabdeh təşkilatda həkim-laborant vəzifəsində işləmişdir.Cavabdeh müvafiq əmri ilə İddiaçı AR Əmək Məcəlləsinin 62-ci maddəsi rəhbər tutularaq xx.xx.2023-cü il tarixdən həkim laborant vəzifəsindən kənarlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş davamiyyət jurnalından da göründüyü kimi İddiaçı 04 iyun 2024-cü il tarixdən 10 iyun 2024-cü il tarixədək işdə olmuş və davamiyyət jurnalına imza etmişdir. Lakin, idarə tərəfindən işdən kənarlaşdırıldığı üçün işə çıxmaması bildirilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1175/2024 saylı qətnaməsi ilə İddiaçı tutduğu vəzifənin icrasından kənarlaşdırılmasına dairCavabdeh 01 sentyabr 2023-cü il tarixli, 77 nömrəli əmri ləğv edilmişdir və həmin tarixdən işdə hesab edilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,Cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məcburi iş buraxma müddəti üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Mediasiya xidməti üçün ödənilmiş 50 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar