Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1229/2025 07.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin hissədə müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi, Qazax rayon məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(023)- 929/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Qazax rayon məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 8(023)-16/2025 nömrəli qərardadı ilə indeksasiya edilərək hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində alimentin tutulmasını dəyişərək, 05 may 2011-cı il təvəllüdlü X9 və 10 sentyabr 2013-cü il təvəllüldü X1 üçün onun qazancının (başqa gəlirlərinin) yarısı hissəsində aliment müəyyən edilərək cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə Qazax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-929/2020 nömrəli qətnaməsilə nikahları pozulmuş və birgə nikahdan doğulmuş 05 may 2011-cı il tarixdə X9 və 10 sentyabr 2013cü il tarixdə X10 doğulmuş uşaqların cavabdehin himayəsinə verilməklə uşaqlarının saxlanması üçün hər birinə 140 manat olmaqla hər ay ondan 280 manat alimentin tutulması qət edilmişdir. Bu aliment onun aldığı əmək haqqının yarısından çox edir. O, X2 İdarəsində 8 saatlıq ştat cədvəli üzrə sürücü işləyirə və aylıq əmək haqqı 496 manatdır. Onun başqa yerdə işi yoxdur. Yaşadığı kənddə təsərrüfatı da yoxdur. Evlidir və ikinci nikahından himayəsində bir azyaşlı uşağı var və yoldaşı hamilədir. Cavabdehin ərizəsi əsasında 11 fevral 2025-ci il tarixli, 8(023)-16/2025 nömrəli qəradadla aliment məbləği indeksasiya olunaraq hər uşaq üçün ölkə üzrə minumum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində aliment müəyyən edilmişdir. Bu da hər uşaq üçün 224 manat olmaqla 448 manat edir. Onun əmək haqqısı isə 496 manat təşkil edir. O isə əsassız olaraq aliment sabit pul məbləğində müəyyən edilmişdir. Onun başqa gəliri yoxdur. O aliment tələbi ilə bağlı cavabdehə könüllü olaraq mediasiya prosessinin tətbiqi barəcə təklif göndərmiş. Cavabdeh təklifinə cavab verməmişdir. Mediatorun dəvəti əsasında ilkin mediasiya sessiyasından cavabdeh iştirak etmiş və tələbi ilə razılaşmamışdır. Buna görədə mediator tərəfindən 25 aprel 2025-ci il tarixdə müvafiq arayış vermişdir. Mediasiya üçün 50 manat xidmət haqqı ödəmiş və bu tələbi üzrə ödəməli olduğu dövlət rüsumunu tam olaraq əhatə edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, uşaqların saxlanılması üçün cəmi 300 manat ödəyə bilər. Onun əmək haqqısı 496 manat təşkil edir. Hazırda başqa nikahdan bir övladı var və maddi imkanı yoxdur. Aliment ödəyə bilmir.Odur ki, iddianın təmin eilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qazax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-16/2024 saylı qərardadından görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(023)-929/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, xx.xx.2025 il tarixdən başlayaraq, 05 may 2011-ci ildə tarixdə anadan olmuş X6 və 10 sentyabr 2013-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır İşdə olan xx.xx.2025-ci il tarixli, 02/52 saylı arayışından görünür ki, İddiaçı X2 İdarəsində ekskavatorçu işləyir və əmək haqqısı 496 manat təşkil edir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15.04.203-cü ildə anadan olmuşdur. Həmin uşağın atası İddiaçı, anası X7r. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 xx.xx.2023-cü il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsində rəsmi qaydada evlənmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Qeyd edilən sərəncamla müəyyən edilən məbləğ 2025-ci il tarixədək dəyişdirilməmişdir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi alimentin miqdarının müəyyən edilməsindən sonra, yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişiklik alimentin mqdarının dəyişdirilməsinə əsas ola bilər. Lakin məhkəmə araşdırması zamanı qətnamə üzrə aliment təyin edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində alimentin miqdarının azaldılmasına əsas ola biləcək dəyişiklik baş verməsi müəyyən olunmamışdır. Belə ki, valideynin qazancının olmaması təqdirdə onun uşağı saxlamaq vəzifəsindən tamamilə və ya qismən azad edilməsi barədə qanunvericilikdə göstəriş yoxdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işin hallarında aydın olur ki, iddiaçı alimentin hissəvi tutulmasını məhkəmədən xahiş etməklə, əslində əldə etmək istədiyi əsas hüquqi nəticə hazırda ödədiyi aliment məbləğinin azaldılmasıdır. Lakin iddiaçı ailə və ya maddi vəziyyətində baş vermiş hər hansı əsaslı dəyişikliklə bağlı mötəbər hesab ediləcək sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının iddianın əsası kimi göstərdiyi xüsusatlar onun uşaqların maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Eyni zamanda sabit pul məbləğində təyin edilmiş alimentin tutulma üsulunun dəyişdirilməsi onun azalmasına səbəb olacaqki, qeyd olunan halın baş verməsidə uşaqların mənəfayinə uyğun hesab edilə bilməz. Bundan başqa, «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ eyni zamanda iddiaçının uşağına da şamil olunur. Uşaqların saxlanması üçün iddiaçıdan tutulan alimentin miqdarı 224 manat yaşayış minimumundan da aşağıdır. O cümlədən alimentin miqdarına dair məsələ müzakirə olunarkən uşağın saxlanması ilə bağlı gündəlik qayğıların cavabdehin üzərinə düşməsi və uşağa qulluq etməsi diqqətəlayiq mənafe kimi nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıdığından, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, iddiaçıdan tutulan məbləğin əvvəlki miqdarda saxlanılması məqsədə müvafiqdir və buna görə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1229/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1229/2025
07.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver