Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1390/2025 26.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair mülki işə 26 dekabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə 12 may 2025-ci il tarixdə DİN-in BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsində bağlanmış 12 may 2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin ləğv edilməsi, hüquqi yardım üçün vəkilə ödədiyi xərcin və dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin fevral ayında Cavabdeh1la olan şifahi razılaşmaya əsasən o mülkiyyətində olan 2011-ci il buraxılışlı, 77XV742 dövlət qeydiyyat nişanlı, MANTGX 18.440 4X2 BLS yük avtomobilini və 2011-ci il buraxılışlı 99ZG742 dövlət qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqunu 6 ay müddətində ödəmək şərti ilə 70000 manata satmağa razılaşmışdır. Razılaşmaya əsasən Cavabdeh1 ilkin ödəniş olaraq 20000 manat məbləğində ödəməli, geridə qalan 50000 manatı isə 6 ay ərzində tam olaraq bağlamalı idi. Avtomobili apardıqdan təxminən 10 gün sonra ilkin ödəniş olaraq ödənilməli olan 20000 puldan 10000 manat məbləğində pulu cavabdehin yaşadığı evdə atası Saday ona ödəmişdir. Həmin vaxt Seymur ölkə xaricində olduğundan o cavabdehlə əlaqə saxlayıb pulun tam olaraq ödənilmədiyini bildirmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu tez bir zamanda ödəyəcəyi barədə vəd vermişdir. Bundan sonra 2024-cü ilin may ayınadək ümumilikdə (10000 manat daxil olmaqla) ona 21500 manat pul ödəmişdir. Cavabdeh1 pulu ödəyə bilməyəcəyini bildirərək, yenidən razılaşmağı təklif edərək, may ayında aralarında olan razılaşmaya əsasən geridə qalan məbləği Cavabdeh1 2500 manat ödəmək şərti ilə öz öhdəsinə götürmüşdür. İyun ayında Cavabdeh1 ona 2500 manat məbləğində pul ödəmişdir. Bundan sonra dəfələrlə pulu tələb etsə də, Cavabdeh1 təxminən avqust ayında 2000 manat ödəniş etmişdir. Lakin həmin tarixdən cavabdeh müxtəlif bəhanələr gətirərək, ödəməli olduğu pulu ödəməkdən boyun qaçırmışdır. Məcbur qalıb 01 aprel 2025-ci il tarixdə mülkiyyətində olan avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlamış və müraciəti əsasında avtomobilin üzərinə həbs qoyulmuşdur. 08 aprel 2025-ci il tarixdə Cavabdeh1 dostu Rəşad adlı şəxs ona 6000 manat pul təqdim edərək, Seymura yardımçı olmağını, Seymur pulu kredit götürərək ödəyəcəyini bildirmişdir. Rəşada etibar etdiyindən yenidən Cavabdeh1la razılaşmaq qərarına gəlmişdir. O, Rəşad, Seymur, İsmayıl və digər şəxslərin yanında Cavabdeh1 kredit götürüb həmin pulu ödəyəcəyi barədə razılaşmışlar. Belə ki, onun avtomobili Cavabdeh1 mülkiyyətinə verməsini, sonuncunun mübahisə predmenti olan avtomobili girov qoyaraq bankdan kredit götürüb ona olan borcunu ödəməsini təklif etmişlər. Bununla bağlı bank və kredit təşkilatlarına müraciət etmişlər. Həmkəndlisi Qara bank əməkdaşı olduğu üçün ona kömək etməsi üçün müraciət etdikdə, sonuncu ona "Rabitə Bank"a müraciət etməyi məsləhət görmüşdür. O bu barədə Seymura bildirmiş, Seymur da ona "Rabitə Bank"ın razılıq verdiyini, lakin avtomobil onun mülkiyyətinə verilməlidir ki, o, avtomobili girov qoyaraq kredit götürməsinin mümkün olduğunu bildirmişdir. O Seymurun sözünə inanaraq, 12 may 2025-ci il tarixdə nəqliyyat vasitəsini Seymurun mülkiyyətinə keçirmək məqsədi ilə Tovuz şəhərində yerləşən DİN- DYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsinə getmişdir. Orada Seymura etibar edib avtomobili mülkiyyətinə verdiyini, onu aldatmamasını yenidən bildirmişdir. Cavabdeh1 ona bankla danışdığını, avtomobil onun mülkiyyətinə keçdikdən sonra avtomobili girov qoyaraq ona olan borcunu ödəyəcəyini bildirmişdir. O Cavabdeh1 inanaraq 2011-ci il buraxılışlı, 77XV742 dövlət yyat nişanlı, MANTGX 18.440 4X2 BLS yük avtomobilini və 2011-ci il buraxılışlı G742 dövlət qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqunu Cavabdeh1 satmış kimi göstərmiş və onun mülkiyyətinə keçirmişdir. Bundan sonra Seymur tez bir zamanda avtomobili girov qoyaraq kredit götürüb onun avtomobilinin dəyərini ödəyəcəyini bildirmişdir. Həmin tarixdən daim Seymurla telefonla danışaraq avtomobilin dəyərini ödəməsini tələb etmiş, Seymurda öz növbəsində bankdan razılıq gözlədiyini, kreditin düzəldiyini bildirərək, müxtəlif bəhanələr gətirərək gözləməli olduğunu bildirmişdir. Təxminən 15 may 2025-ci il tarixdə o Cavabdeh1 zəng edərək avtomobilinin pulunu tələb edən zaman Seymur kreditin verilə bilmədiyini bildirərək, gözləməyini tələb etmişdir. O pulun ödənilməsini tələb etsə də, Seymur pulunun olmadığını, pul düzəldib avtomobilin dəyərini ödəyəcəyini bildirmişdir. O dəfələrlə Cavabdeh1 yalan vədlərinin şahidi olmuşdur və ona məlum olmuşdur ki, Seymurun məqsədi kredit götürərək onun avtomobilinin dəyərini ödəmək yox, etibarından istifadə edərək onun mülkiyyətini ələ keçirmək olmuşdur. Hesab edir ki, onun etdiyi hərəkətlər qanunvericiliyin tələbini pozmaqla yanaşı cinayət məsuliyyətidir. Belə ki, o sözügedən halın dəqiqləşdirilməsi məqsədi ilə bank əməkdaşından məlumat aldıqda ona məlum olmuşdur ki, Seymur banka müraciət edən zaman bankdan ona hər-hansı bir formada vəd verilməmiş, Seymurun məqsədi onu aldatmaq olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək, Cavabdeh1 ilə 12 may 2025-ci il tarixdə DİN-in BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsində bağlanmış 12 may 2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin bağlandığı andan ləğv edilməsi, eyni zamanda Cavabdeh1 ilə Cavabdeh2 arasında İN-in BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsində bağlanmış 09 iyul 2025-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı” müqavilələrinin bağlandırığı andan ləğv edilməsi hüquqi yardım üçün vəkilə ödədiyi xərcin və dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə göndərdiyi ərizədə iş üzrə məhkəmə sorğusuna cavab verilən zaman onlara məlum olmuşdur ki, sözügedən avtomobil digər şəxsin mülkiyyətinə satılmışdır. Hesab edir ki, həmin şəxsdə cavabdehlik daşıyır və cavabdeh qismində əlavə edilməlidir. Odur ki, Cavabdeh2 cavabdeh qismində işə əlavə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə göndərdiyi ərizələrdə göstərmişdir ki, iddia ərizəsinin kifayət qədər əsaslı olması, məhkəməyə təqdim etdiyi sənədlər və səs yazıları olan CD diskdən, məhkəmə tərəfindən sorğu edilərək alınmıış sənədlərdən, eləcədə cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadədən açıq şəkildə görünür. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında sözügedən avtomobil və onun qoşqusunu iddia ərizəsində qeyd edilən qiymətə razılaşmalarını, lakin pulun iddia ərizəsində qeyd edilən hissəsini ödəmədiyini açıq şəkildə bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 389.1-ci, 421.2-ci, 421.3-cü, 425.1-ci, 425.2-ci, 442-ci, 567-ci, maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi layiqincə icra etməmiş, eləcədə avtomobil üzərində həbsin olduğunu bilə-bilə digər şəxslə etibarsız əqdi pərdələmək üçün alqı-satqı müqaviləsi bağlamış və bununlada iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozaraq əsassız varlanmağa nail olmuşdur. Odur ki, işə iddiaçının və onun iştirakı olmadan baxaraq, iş üzrə sübutları birgə təqiq edərək iddia ərizəsinin tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək göstərmişdir ki, o Cavabdeh1 atasıdır. Seymurun maşından anlamadığı üçün maşını o almışdır. Qeyd olunan maşın köhnə olduğu üçün 70 min manata razılaşmışlar. Maşının pulundan ümumilikdə 32 min manat ödəniş etmişdir. 24 min manat maşının təmirinə xərcləmişdir. Maşını alan vaxt maşının təmirinə çəkilən xərcin ümumi borcdan çıxılacağı barədə razılaşmışlar. Onun hazırda iddiaçıya 14 min manat borcu qalmışdır. Həmin pulu maşını onun adına sənədləşdirəndən sonra verəcəkdi. Əslində o iki dəfə maşını qaytarmaq istəmişdir. Çünki həmin maşın 70 min manat dəyərində olmamışdır. Sadəcə nisyə olduğu üçün o qiymətə razılaşmışdır. Aldıqları vaxtdan maşın işləməmişdir. Maşını təmir etdirməsinə dair sənədləri və şəkilləri vardır. Maşın ustalarına hələ də borcu qalmışdır. İddiaçının özü də maşının təmirində iştirak etmişdir. İddiaçıya qalan borcundan imtina etmir, imkanı olan kimi borcunu tam ödəyəcək. Məhkəmə baxışı iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, maşın satıldığını eşitmiş və ailəsinə dəstək olmaq üçün həmin maşını 48 min manata alqı-satqı yolu ilə almışdır. Həmin vaxt maşının problemli olduğunu bilməmişdir. Maşını aldıqdan sonra səhhətində problemlər olduğu üçün maşını idarə etmək üçün Seymura vermişdir. Seymur eyni zamanda ona da köməklik edəcəkdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə göndərdiyi ərizədə üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işin başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Cavabdeh1 namayəndəsi Nümayəndə məhkəməyə göndərdiyi ərizədə üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işin başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus Krone SDP 27 markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu 15000 manata Cavabdeh1 satmışdır. xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus MANTGX 18.440 4X2 BLS markalı **-XV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini 55000 manata Cavabdeh1 satmışdır. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Vəliyev X2 Seymur Saday oğluna DİN-in BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsində bağlanmış 12 may 2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin bağlandığı andan ləğv edilməsi barədə razılaşmaya dəvət etmişdir. Qazax Rayon Məhkəməsinin 16(023)-13/2025 saylı 23 may 2025-ci il tarixli qərardadından görünür ki, Cavabdeh1 mülkiyyətində olan 2011-ci il buraxılışlı 99ZG742 dövlət qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqunun və 2011-ci il buraxılışlı, 77XV742 dövlət qeydiyyat nişanlı, MANTGX 18.440 4X2 BLS yük avtomobilinin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. Eyni zamanda müvəqqəti təminat tədbirinin müddəti bir ay müəyyən edilmiş və müvəqqəti təminat tədbirinin 23 iyun 2025-ci il tarixdə qüvvədən düşməsi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus Krone SDP 27 markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu 18000 manata Cavabdeh2 satmışdır. xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus MANTGX 18.440 4X2 BLS markalı **-XV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini 30000 manata Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası DİN-in BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB-nin xx.xx.2025-ci il tarixli 818 saylı məktubundan görünür ki, DİN-in BDYPİ-nin “X1” sisteminə əsasən məktubda qeyd edilən Qazax rayonu Yuxarı Salahlı kəndində qeydiyyatda olan İddiaçı adına xx.xx.2023-cü il tarixdə BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsində Krone SDP 27 markalı 99ZG742 qeydiyyat nişanlı yarımqoşqu xx.xx.2023-cü il tarixdə Man TGX 18.440 4x2 BLS markalı 77XV742 qeydiyyat nişanlı yük avtomaşını qeydiyyata alınmışdır. Hər iki nəqliyyat vasitəsi 12.05.202 5-ci il tarixdə şöbəmizdə Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olan Cavabdeh1 adına qeydiyyata alınmış, hər iki nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq həmin tarixdə Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olan Cavabdeh2 adına rəsmiləşdirərək yük avtomaşınına 35B0362 qeydiyyat nişanı,yarımqoşquya 35ZA162 qeydiyyat nişanı verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 569.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. İş materiallarından göründüyü kimi iddiaçı hal-hazırda “əqdin, alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, işin mübahisə edilməyən halı kimi, iddiaçı mülkiyyətində olan 2011-ci il buraxılışlı, 77XV742 dövlət qeydiyyat nişanlı, MANTGX 18.440 4X2 BLS yük avtomobilini və 2011-ci il buraxılışlı 99ZG742 dövlət qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqunu 6 ay müddətində ödəmək şərti ilə 70000 manata cavabdehə satmağa razılaşmışdır. Cavabdeh həmin nəqliyyat vasitələrinin dəyərindən ümumilikdə 32 min manat ödəniş etmiş, 24 min manat maşının təmirinə xərcləmişdir. İddiaçı alqı-satqının dəyərindən cəmi 21500 manat ödənildiyini, qalan 48500 manatın cavabdeh tərəfindən ona ödənilmədiyini, bununla da aldadıldığını iddia edərək alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia qaldırmışdır. Məhkəmə iddia üzrə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi üzrə alınmış əşyanın dəyərinin alıcı tərəfindən ödənilməməsi, söügedən müqvilənin şərtlərinin pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından da görünür ki, həqiqətən də tərəflər arasında müqavilənin şərtləri pozulmuşdur. Belə ki, müqavilə şərtələrinə əsasən alqı-satqı müqaviləsi üzrə müəyyən olunmuş məbləği cavabdeh tam olaraq iddiaçıya ödəməmiş və məhkəmə iclasında verdiyi izahatında müqavilə şərtlərini pozduğunu hazırda iddiaçıya bocunun qaldığını etiraf etmişdir. Eyni zamanda müvəqqəti təminat tədbiri barədə qərardad qüvvədən düşən, yenidən həbs qərardadı qəbul edilən müddət ərizində cavabdeh tərəfindən həmin avtomobili digər şəxsə Cavabdeh2 48000 manata satmışdır. Yuxarıda qeyd olunan hallar müqavilənin ləğv edilməsinə əsas olan hal ola bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı müqavilə üzrə ödənilməli pulun cavabdeh tərəfindən ona ödənilmədiyini iddia etdiyi halda, müqavilə üzrə ona ödənilməli olan pulun tələb edilməsi ilə bağlı iddia qaldırmaqda haqlı ola bilərdi. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, mahiyyət etibarı ilə iddiaçının tələbinin əsasını da Mülki Məcəllənin 337.5-ci maddəsi təşkil edir. İddia üzrə iddiaçı alqı-satqı müqaviləsinin ləğv edildikdən sonra cavabdehin iddiaçıya ödədiyi 21500 manat pul Cavabdeh1, Cavabdeh1 2011-ci il buraxılışlı, 77XV742 dövlət qeydiyyat nişanlı, MANTGX 18.440 4X2 BLS yük avtomobilini və 2011-ci il buraxılışlı 99ZG742 dövlət qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqunu İddiaçı Söydəkar oğluna, Cavabdeh2 2011-ci il buraxılışlı, 77XV742 dövlət qeydiyyat nişanlı, MANTGX 18.440 4X2 BLS yük avtomobilini və 2011-ci il buraxılışlı 99ZG742 dövlət qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqunu Cavabdeh1 və Cavabdeh1 isə 48000 manat pulu Cavabdeh2 qaytarmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış mübahisə predmeti olan alqısatqı müqaviləsi konsensual müqavilə şəklində bağlanmışdır. Belə ki, iddiaçı iddiasında qeyd etmişdir ki, müqavilə rəsmiləşdirilərkən cavabdeh tərəfindən ona müqavilə predmetinin dəyəri olan pul məbləği verilməmişdir. Cavabdeh tərəf bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan vəziyyətdə məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi bağlandıqdan sonra alıcı (cavabdeh) müqavilə predmeti olan pul məbləğini satıcıya (iddiaçıya) vermək öhdəliyi daşımışdır. Lakin, iddiaçının izahatı ilə müəyyən olunur ki, cavabdehlə aralarında olan müqavilə bağlandıqdan sonra alqı-satqı müqaviləsi və şifahi razılaşmaya əsasən ümumilikdə alqı-satqının dəyəri olan pul məbləği cavabdeh tərəfindən iddiaçıya verilməmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və qeyd olunan alqı-satqı müqaviləsi üzrə müəyyən edilmiş pul məbləğini iddiaçıya verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış konsensual alqı-satqı müqaviləsi üzrə alıcı (cavabdeh) müqavilə predmeti olan pul məbləğini satıcıya (iddiaçı) vermək vəzifəsini icra etmədiyindən, bununla da o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi əhəmiyyətli dərəcədə pozduğundan iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Qazax Vəkil Bürosunun hesabına 320 manat pul köçürülmüşdür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və vəkil xərci də cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 320 manat vəkil xərci cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 ilə 12 may 2025-ci il tarixdə DİN-in BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsində bağlanmış 12 may 2025-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqavilələri bağlandığı andan ləğv edilsin. Cavabdeh1 tərəfindən 2011-ci il buraxılışlı, 77XV742 dövlət qeydiyyat nişanlı, MANTGX 18.440 4X2 BLS yük avtomobil və 2011-ci il buraxılışlı 99ZG742 dövlət qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqu İddiaçı qaytarılsın, İddiaçı tərəfindən 21500 manat pul Cavabdeh1 ödənilsin. Cavabdeh1 Cavabdeh2 ilə DİN-in BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsində bağlanmış 09 iyul 2025-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı” müqavilələrinin bağlandırığı andan ləğv edilsin. Cavabdeh2 tərəfindən 2011-ci il buraxılışlı, 77XV742 dövlət qeydiyyat nişanlı, MANTGX 18.440 4X2 BLS yük avtomobil və 2011-ci il buraxılışlı 99ZG742 dövlət qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqu Cavabdeh1 qaytarılsın, Cavabdeh1 tərəfindən 48000 manat pul Cavabdeh2 ödənilsin. Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 100 manat dövlət rüsumu və 320 manat vəkil xərci alınaraq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1390/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1390/2025
26.12.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver