Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1423/2023 13.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı MEHVALİ QİZİNİN Cavabdeh qarşı alimentin hissəvi tutulması tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MEHVALİ QİZİNİN Cavabdeh qarşı alimentin hissəvi tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə ki, məhkəmənin hazırlıq iclasından sonra Cavabdeh şəxsiyyət vəsiqəsi barədə məlumatlardan müəyyən olunmuşdur ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, hazırki mülki işdə Cavabdeh ünvanı Şamaxı rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı MEHVALİ QİZİNİN Cavabdeh qarşı alimentin hissəvi tutulması tələbinə dair 2(023)-1423/2023 saylı mülki iş aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1423/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1423/2023
13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver