Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1431/2024 31.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Bayramova (Mehtixanlı) Nigar Şəhraz qızının iştirakları ilə, İddiaçı Bayramova (Mehtixanlı) Nigar Şəhraz qızına qarşı «alimentin sabit pul məbləğində tutulması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bayramova (Mehtixanlı) Nigar Şəhraz qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bayramova (Mehtixanlı) Nigar Şəhraz qızından xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 475 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsalandırmışdır ki, cavabdeh Bayramova (Mehtixanlı) Nigar Şəhraz qızı ilə 2009-cu ildə el adəti ilə evlənmişlər və nikahlarını xx.xx.2011-ci ildə Qazax rayon İcra Hakimiyyəti Başçısının Kosalar kənd icra nümayəndəliyində 09 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdü X5 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə xx.xx.2022-ci ildən faktiki olaraq ayrılmışlar. Buna səbəb isə cavabdehin ona xəyanət etməsi olmuşdur. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdə Kosalar kənd sakini, ailəli olan X3 qoşularaq evdən çıxıb getmiş və uşaqları onun yanımda qoymuşdur. Həmin vaxtdan uşaqların ikisi də onunla birlikdə yaşayırlar. Qazax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-103/2023 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X4 ve xx.xx.2015-ci il təvəllüdlü X5 onun yanımda saxlanılmışlar. Cavabdeh evdən çıxıb getdiyi vaxtdan uşaqlarla maraqlanmamış, onlara könüllü olaraq maddi yardım göstərməkdən boyun qaçırmışdır. Ona görə də hesab edirəm ki, uşaqların saxlanması üçün vəsait (aliment) cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh işləyirdi və aylıq qazancı olurdu. Cavabdehin hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment təyin edilməsinə etiraz etmir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bayramova (Mehtixanlı) Nigar Şəhraz qızı bildirdi ki, heç bir yerdə işləmir və aliment ödəyə bilmir. İddiaçı uşaqları versə o özü onlara baxacaqdır. Əgər gələcəydə iş tapıb işləsə hər ay iki uşaq üçün cəmi 200 manat aliment təyin edilməsinə etiraz etmir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 19 oktyabr 2010-cu il tarixdə anadan olmuş, ata qrafasında İddiaçı ana qrafasında isə Cavabdeh kimi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 19 mart 2015-ci il tarixdə anadan olmuş, ata qrafasında İddiaçı ana qrafasında isə Cavabdeh kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2(023)-103/2023 saylı Qazax Rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Bayramova (Mehtixanlı) Nigar Şəhraz qızı arasında olan xx.xx.2011-ci il tarixli nikah pozulmuş və birgə nikahlarından anadan olmuş X4 və X5 adlı uşaqlar İddiaçı yanında saxlanılmışdırlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə göndərək göstərmişdir ki, Bakı şəhərində getməli olduğu məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Odur ki, üçün mülki işə onun iştirakı olmadan baxıb təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və cavabdeh ilə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə 19 oktyabr 2010-cu il tarixdə anadan olmuş X1 və 19 mart 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Bayramova (Mehtixanlı) Nigar Şəhraz qızından 19 oktyabr 2010-cu il tarixdə anadan olmuş X1 və 19 mart 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 13 sentyabr 2024-cü il tarixdən X4 və X5 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1431/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1431/2024
31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver