Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1597/2025 14.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment üsulunun dəyişdirilərək sabit pul məbləğində tutulması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 sentyabr 2016-cı il təvəllüdlü X1 üçün hər ay yetkinlik yaşına çatana qədər sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş mum əmək haqqının 0,88 misli həddində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-ci el adəti üzrə evlənmişlər. xx.xx.2016-cı il tarixdə Fatimə adlı uşağı doğulmuşdur. Qazax rayon Məhkəməsinin 2(023)-2137/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 26 sentyabr 2016-cı ildə anadan olmuş Fatimə adlı uşağın saxlanması üçün Cavabdeh aylıq və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment 26 sentyabr 2017-ci ildən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir. 2025-ci ilin may ayından etibarən cavabdeh işdən çıxmşdır. Ona görə də onun əmək haqqından hissədə alimentin tutulması mümkün deyil. Ona görə də Fatimə adlı uşağın saxlanması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Uşağın saxlanması üçün cavabdeh heç bir addım atmadığı üçün xx.xx.2025ci tarixdə Qazax 1 saylı Mediasiya Təşkilatına ərizə yazmışdır. Cavabdeh mediasiya sessiyasında iştirak etmədi və bu barədə MŞQ/-00398 saylıxx.xx.2025-ci il tarixli X4 iştirak edilməməsi barədə Arayış tərtib edilmişdir. 2017-ci ildən 2025-ci ilin may ayına qədər aliment cavabdehin əmək haqqının ¼ hissəsi ilə ödənilib. Ərizəsinə əlavə etdiyi bank çıxarışından göründüyü kimi 2025-ci il ərzində bu məbləğ minimum 325.19 manat olmuşdur. Qanunvericilik uşağın təminatının əvvəlki səviyyədə saxlanmasını vacib hesab edir. Həmçinin qeyd etmiş ki, uşaq ciddi xəstəlik keçirib və çoxsaylı müayinə və müalicələrdən keçib. Bu da onun saxlanması xərclərini artırıb. Cavabdeh əlavə xərclərdə iştirak etməyib. Ona görə də hesab edir ki, alimentin məbləği müəyyən edilərkən bunlar da nəzərə alınmalıdır. Həm əvvəlki təminatını saxlamaq və həm də yeni müayinələri qarşılaya bilmək üçün alimentin 350 manat sabit pul məbləğində tutulması məqsədəuyğun olar. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh hissəvi tutulmuş alimentin dəyişdirilərək hər ay bir uşaq üçün 0,88 misli həddində sabit aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Uşağın səhətində problem olduğu üçün, müalicə olunmasına ehtiyac vardır. Özü heç bir yerdə işləmir. Əvvəl cavabdehin əmək haqqından aliment tutulurdu. Hazırda işləmədiyi üçün tutulmur. Ona görədə alimentin üsulunun dəyişdirilərək sabit pul məbləğində hər ay təxminən 350 manat tutulmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, hazırda günəmuzd fəhlə işləyir və aylıq gəliri 400 manat təşkil edir. Eyni zamanda iddiaçıdan ayrıldıqdan sonra nikaha daxil olmuşdur və hazırda himayəsində iki azyaşlı övladı vardır. Uşağın saxlanması üçün 150-200 manat arasında aliment təyin edilməsini istəyir. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qazax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(023)- 2137/2017 nömrəli qətnaməsindən görünür ki, 26 sentyabr 2016-cı ildə anadan olmuş X3 atası Cavabdeh müəyyən edilmiş, həmçinin 26 sentyabr 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 26 sentyabr 2016-cı il tarixdə X6 adlı 1 nəfər uşaqları anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı kimi yazılmşdır. İş materiallarında olan qohumluq barədə elektron çıxarışdan görünür ki, Cavabdeh həyat yoldaşı X2 və övladları xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X7r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, həmçinin cavabdehin yeni nikahdan olan digər iki azyaşlı uşağının mənafəyini nəzərə alaraq, hesab edir ki, 26 sentyabr 2016-cı ildə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. X9 “8.11-1 bəndində göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşağın mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(023)-2137/2017 nömrəli qətnaməsi ilə 26 sentyabr 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ miqdarında müəyyən olunmuş alimentin tutulma üsulu dəyişdirilməli və 26 sentyabr 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(023)-2137/2017 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin tutulma üsulu dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən 26 sentyabr 2016-cı ildə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 (sıfır tam yüzdə əlli) misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 15 avqust 2025-ci il tarixdən X6 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1597/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1597/2025
14.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver