Məhkəmə qərarları › İş №2(023)-1715/2025

Qazax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(023)-1715/2025

05.09.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qazax rayon İş № 2(023)-1715/2025 05.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, Kreditor Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək borclu 03.11.159-cu ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu xx.xx.2024-cü il tarixli 1 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 980 manat, xx.xx.2025-ci il tarixli 64 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 880 manat ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, cəmi 1960 manat məbləğində pul vəsaitinin Kreditor xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə Borclu ilə aralarında bağlanmış 1-saylı, 25 İyun 2024-cu il tarixli borc müqaviləsi əsasında borcluya ümumi dəyəri 1450 manat təşkil edən 1 ədəd soyuducu, lədəd paltaryuyan satılmışdır. Borclu ilə araları bağlanmış 64-saylı, 11 may 2025-ci il tarixli borc müqaviləsi əsasında borcluya ümumi dəyəri 1000 manat təşkil edən 1 ədəd kondisioner satılmışdır. Eyni zamanda Müqavilə şərtlərinə əsasən borclu, həmin məbləği müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş Cədvəlində göstərilən qaydada hissə-hissə hər ay 25 iyun 2024-cü il tarixli müqavilə üzrə 100 manat olmaqla, 15 ay, 11 may 2025-ci il tarixli müqavilə üzrə 8 ay müddətinə ayda 125 manat məbləği ödəməyi öz öhəsinə götürmüşdür. Lakin, borclu tərəfindən indiyədək 25 iyun 2024-cü il tarixli müqavilə üzrə cəmi 470 AZN (dörd yüz yetmiş manat) pulun ödənişi həyata keçirilsədə, 980 AZN (doqquz yüz səksən manat), 11 may 2025-ci il tarixli müqavilə üzrə 120 (yüz iyirmi) manat ödəsədə hazırda 880 (səkkiz yüz səksən) manat olmaqla ona hər iki müqavilə üzrə 1860 (min səkkiz yüz altmış) manat pulun ödənişi həyata keçirilməmişdir. Nəticədə olaraq, borclunun hər iki müqavilə üzrə 1860 AZN (min səkkiz yüz altmış) manat məbləğində qalıq borcu yaranmışdır. Müqavilə üzrə satılan malın qiyməti və həmin malın borcluya verilməsi tərəflər arasında Qiymət razılaşması və malın təhvil Aktı ilə təsdiq olunur. İş materiallarında olan 25 İyun 2024-cu il tarixli 1 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsindən görünür ki, Borclu ilkin 470 manat ödəmək şərtilə Kreditor 15 ay ərzində hər ay 100 manat ödəməklə, ümumi dəyəri 1450 manat olan məişət avadanlığı almışdır. İş materiallarında olan 11 may 2025-ci il tarixli 64 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsindən görünür ki, Borclu ilkin 120 manat ödəmək şərtilə Kreditor 8 ay ərzində hər ay 125 manat ödəməklə, ümumi dəyəri 1000 manat olan məişət avadanlığı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 275.1ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Kreditor üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Borclu isə müqavilə üzrə öhdəliyi icra etməmişdir «Dövlət rüsumu haqqında» qanunun 8.2-ci maddəsinnə əsasən məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: xx.xx.1959-cu ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 25 iyun 2024-cu il tarixli 1 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 980 manat, 11 may 2025-ci il tarixli 64 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 880 manat və 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 1960 manat alınaraq Kreditor xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar