Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1717/2025 21.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 nümayəndəsi iştirakı ilə, İddiaçı Barıyeva (Əzizova) Xumar Ramin qızının Cavabdeh qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Barıyeva (Əzizova) Xumar Ramin qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan rəsmi nikahdan doğulmuş, xx.xx.2025-d il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 246 manat məbləğində alimentin, o cümlədən cavabdehlə birgə nikahdan doğulmuş X8 adında uşağın 3 yaşı tamam olana qədər hər ay sabit pul məbləğində, 100 (yüz) manat məbləğində aiimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Barıyeva (Əzizova) Xumar Ramin qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o 2022-ci ildə iş üzrə Cavabdeh ilə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahı 05 oktyabr 2024-cü il tarixdə rəsmiləşdirmişlər. Faktiki nikahdan xx.xx.2023-cü il tarixdə Adəm adlı və xx.xx.2025-ci il tarixdə Ramin adlı oğlu doğulmuşdur. Bildirir ki, cavabdehlə ailə münasibətləri əvvəllər normal olsa da sonradan aralarında yaranan anlaşılmazlıq, baş vermiş ziddiyyətlər ailələrinin dayaqlarını sarsıtmışdır. Bir-birni başa düşməməsi səbəbindən ayrılmışdırlar. Artıq faktiki olaraq ayrı yaşayır və hal-hazırda atası evindədir. Qeyd edir ki, cavabdehlə ayrıldığı zaman ikinci uşağı hələ doğulmamışdır və 1ci uşağı xx.xx.2023-cü il təvəllüdlü Adəm adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Qazax rayon Məhkəməsinə müraciət etmişdir. Qazax rayon Məhkəmisinin 2(023)-920/2025 saylı qətnaməsi ilə Adəm adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləği müəyyən edilərək cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Bununla eyni zamanda Adəm adlı uşağın 3 yaşı tamam olana qədər aliment ödənilməsi qət edilmişdir.Hal-hazırda 2-ci uşağı doğulmuşdur və bu uşaq da onun himayəsindədir. Cavabdehdən ayrı yaşadığı üçün bu uşağın da saxlanması üçün aliment müəyyən olunmalıdır. Bundan başqa uşağı 1 aylıqdır, körpə olduğundan da onun işləməyi mümkürsüzdür. Bu səbəbdən də qanunvericiliyə əsasən cavabdeh ona aliment ödəməlidir. Yəni, uşağın 3 yaşı tamam olanadək anaya (ərdən arvada) verilən alimenti ödəməlidir. Hal-hazırda cavabdehdən ayrı yaşayır və azyaşlı uşaqları da onun yanında qalırlar. Cavabdehdən ayrı yaşamağına baxmayaraq, cavabdeh 2-ci uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir. Uşaqlara təkbaşına baxmaq ona çətindir. 1-ci uşağı üçün məhkəmə tərəfindən aliment müəyyən edilib və 2-ci uşaq üçün də aliment müəyyən olunmalıdır. Hesab edir ki, cavabdeh uşaqların saxlanması üçün aliment verməyə borcludur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 bildirdi ki, oğlu 500 manat əmək haqqı və 80 manat təqaüd alır. Maddi imkanı zəifdir. Tərəflərin birinci nikahından olan uşağa 200 manat aliment ödəyir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Barıyeva (Əzizova) Xumar Ramin qızı ilə Barıyev Kərı̇ m İbad oğlu xx.xx.2024-cü il tarixdə 5 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. İşdə olan Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-920/2025 saylı qətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixli X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində pul məbləğində aliment və həmin uşağın 3 yaşınadək 40 manat sabit pul məbləğində vəsait tutularaq Barıyeva (Əzizova) Xumar Ramin qızının xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-1073/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh və Barıyeva (Əzizova) Xumar Ramin qızı arasında olan nikah pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 27 iyul 2025-ci il tarixdə X8 adlı 1 nəfər uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh Barıyeva (Əzizova) Xumar Ramin qızının xeyrinə hər ay bir uşaq üçün 180 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə xx.xx.2025-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa iddiaçı Barıyeva (Əzizova) Xumar Ramin qızı X3 oğlunun 3 yaşı tamam olanadək onun xeyrinə 100 manat tutulmasını xahiş etsədə, məhkəməyə cavabdehin həmin aliment ödəməsi üçün zəruri vəsaitinin olmasını, həmçinin özünün işsiz olması və maddi ehtiyacının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia X3 3 yaşına çatanadək 100 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Barıyeva (Əzizova) Xumar Ramin qızının iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh Barıyeva (Əzizova) Xumar Ramin qızının xeyrinə, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması X8 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Barıyeva (Əzizova) Xumar Ramin qızının iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1717/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1717/2025
21.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver