Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qazax rayon İş № 2(023)-1801/2025 30.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Mən, Qazax Rayon Məhkəməsinin hakimi Nemət Əlimusa oğlu Musayev, Qazax şəhəri Vidadi küçəsi 14 nömrəli evin, 2 nömrəli mənzilində yaşayan Kreditor borclu Qazax ray, 707 saylı hərhi hissədə işləyən Borclu və zamin Qazax ray, Nərimanov küç, ev 13A-da yaşayan Zamin qarşı borcun tutulmasına dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, 001-saylı, xx.xx.2025-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə qalıq borc qismində 832 AZN (səkkiz yüz otuz iki manat) məbləğində pulun, cərimə (peniya) olaraq 100 AZN (yüz manat) məbləğində pulun və ərizənin verilməsi üçün ödənilmiş 100 AZN (yüz manat) məbləğində dövlət rüsumunun ümumilikdə 1032 AZN (min otuz iki manat) məbləğində pulun, iş üzrə Borclu və Zamin, Kreditor xeyrinə tutulması barədə məhkəmə əmri çxarılmasını xahiş etmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış, İş üzrə Borclu ilə aramızda bağlanmış 001-saylı, 24 İyul 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında borcluya ümumi dəyəri 864 manat təşkil edən 2 (iki) ədəd mobil telefon satılmışdır. Müqavilə şərtlərinə əsasən borclu, həmin məbləği müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş Cədvəlində (Əlavə 1) göstərilən qaydada hissə-hissə hər ay 72 manat olmaqla, 12 ay müddətində həyata keçirməli idi. Lakin, borclu tərəfindən indiyədək 32 AZN (otuz iki manat) pulun ödənişi həyata keçirilsədə, qalan 832 AZN (səkkiz yüz otuz iki manat) pulun ödənişi həyata keçirilməmişdir. Nəticədə olaraq, borclunun 832 AZN (səkkiz yüz otuz iki manat) məbləğində qalıq borcu yaranmışdır. Müqavilə üzrə satılan malın qiyməti və həmin malın boreluya verilməsi tərəflər arasında Qiymət razılaşması və malın Təhvil Aktı (Olavə 2) ilə təsdiq olunur. Bundan əlavə tərəflər arasında bağlanmış. xx.xx.2025-ci il tarixli müqavilənin 4.2-ci maddəsinə əsasən, borclu vaxtında ödənişi etmədiyi üçün hər gecikmə gününə görə müqavilə üzrə cəmi qalıq məbləğin 0,5% miqdarında (yəni 4,16 manat) cərimə (peniya) ödəməyə borcludur. Borclunun ödəniş cədvəli üzrə növbəti ödənişin həyata keçirilməli olduğu tarixdən (xx.xx.2025) hazırki ərizənin verildiyi tarixədək (xx.xx.2025) olan gecikmə günü 54 gün təşkil edir. Bunu nəzərə alaraq, borclunun kreditora olan müqavilə üzrə cərimə borcu 224,64 AZN (iki yüz iyirmi dörd manat, altmış dörd qəpik) yaranır (832 manat x 0.5% -4.16 dörd manat, on altı qəpik x 54 gün 224,64 AZN cərimə). Borclunun kreditora olan müqavilə üzrə cərimə borcu 224,64 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 55,48%-i tərəfimdən güzəşt edilmişdir və borclu tərəfindən cərimə məbləğinin 44,52 %-i, yəni 100 manat onun xeyrinə ödənilməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Göstərilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Bu Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Göstərilən Məcəllənin 25-ci maddəsinə əsasən əmr icraatı qaydasında işlərə ümumi məhkəmələrdə baxılır. Azərbaycan Respublikası MPM-nin 35-ci maddəsinə əsasən əmr icraatı üzrə ərizələr cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı iş üzrə ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Ona görə də alqı-satqı müqaviləsi üzrə ümumilikdə 1032 AZN manat məbləğində pul tutularaq kreditorun tələbinin ödənilməsinə yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-281-ci maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: Borclu və Zamin 001-saylı, xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borc qismində 832 AZN məbləğində pulun, cərimə (peniya) olaraq 100 AZN məbləğində pulun və ərizənin verilməsi üçün ödənilmiş 100 AZN məbləğində dövlət rüsumu, ümumilikdə 1032 AZN məbləğində pulun tutularaq Kreditor ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1801/2025
Qazax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(023)-1801/2025
30.09.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver