Məhkəmə qərarları › İş №2(023)-2092/2025

Qazax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(023)-2092/2025

02.12.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qazax rayon İş № 2(023)-2092/2025 02.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, Kreditor Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək borclu xx.xx.1993-cü ildə anadan olmuş və Qazax Qazax rayonu Aşağı Əskipara kəndində qeydiyyatda olan Borclu xx.xx.2025-ci il tarixli 001 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 583 manat, cərimə olaraq 70 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, cəmi 753 manat məbləğində pul vəsaitinin Kreditor xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki İş üzrə Borclu ilə aralarında bağlanmış 001-saylı, 23 avqust 2025-ci il tarixli nisyə alqısatqı müqaviləsi əsasında borcluya ümumi dəyəri 636 manat təşkil edən 1 (bir) ədəd Samsung A26 8/256 mobil telefonu satılmışdır. Müqavilə şərtlərinə əsasən borclu, həmin məbləği müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş Cədvəlində göstərilən qaydada hissə-hissə hər ay 53 manat olmaqla, 12 ay müddətində həyata keçirməli idi. Lakin, borclu tərəfindən indiyədək 53 pulun ödənişi həyata keçirilsədə. qalan 583 manat pulun ödənişi həyata keçirilməmişdir. Nəticədə olaraq, borclunun 583 AZN manat məbləğində qalıq borcu yaranmışdır. Müqavilə üzrə satılan malın qiyməti və həmin malın borcluya verilməsi tərəflər arasında Qiymət razılaşması və malın təhvil aktı ilə təsdiq olunur. Borclunun kreditora olan müqavilə üzrə cərimə borcu 108,04 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 35,21 %-i tərəfimdən güzəşt edilmişdir və borclu tərəfindən cərimə məbləğinin 64.79 %-i, yəni 70 manat Kreditor ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 1 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsindən görünür ki, Borclu Kreditor 12 ay ərzində hər ay 53 manat ödəməklə, ümumi dəyəri 636 manat olan məişət 1 ədəd Samsung A26 8/256 mobil telefon almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 275.1ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Kreditor üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Borclu isə müqavilə üzrə öhdəliyi icra etməmişdir «Dövlət rüsumu haqqında» qanunun 8.2-ci maddəsinnə əsasən məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: xx.xx.1993-cü ildə anadan olmuş və Qazax rayonu Aşağı Əskipara kəndində qeydiyyatda olan Borclu xx.xx.2025-ci il tarixli 001 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 583 manat, cərimə olaraq 70 manat və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 753 manat alınaraq Kreditor xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar