Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-535/2024 19.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi tələbinə dair mülki işə 19 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyul 2015-ci il təvəllüdlü X1 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə nikahı məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. 01 iyul 2015-ci il təvəllüdlü X2 cavabdehin himayəsində saxlanılmışdır. Lakin Maarif adlı uşaq müəyyən müddət keçdikdən sonra onun yanına gəlmiş və hal-hazıradək onun yanındadır. 01 iyul 2015-ci il təvəllüdlü X2 faktiki olaraq onun himayəsində olsa da, bununla bağlı məhkəmə qərarı yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etmiş və verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdehin nikahı pozulduqdan sonra 01 iyul 2015-ci il təvəllüdlü Maarif adlı uşaq cavabdehin himayəsinə verilmişdir. Bir müddət sonra Maarif adlı uşaq atasının yanına getmişdir və hazırda atası ilə birlikdə yaşayır. Cavabdeh isə yenidən ailə qurmuşdur. Uşağın iddiaçının himayəsinə verilməsinə etiraz etmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahından 01 iyul 2015-ci il təvəllüdlü X2 adlı uşaq doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(023)-1005/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qazax rayon Qeydiyyat şöbəsində 12 noyabr 2012-ci ildə bağlanmış və 383 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 01 iyul 2015-ci ildə doğulmuş X2 iddiaçı Cavabdeh himayəsində qallması, 01 iyul 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı aylıq və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alkiment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin 34-cü maddədə göstərilmişdir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edib. Həmçinin həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 9-cu maddəsində göstərilmişdir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biri-birindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 64.0.6-ci maddəsinə əsasən valideynlər (onlardan biri) xroniki alkoqol və narkomaniya xəstəsidirsə valideynlik hüquqlarından məhrum edilə bilərlər. Məhkəmə, Qazax rayon məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(023)-1005/2018 saylı qətnaməsi ilə 01 iyul 2015-ci il təvəllüdlü X1 anasının himayəsinə verilməsinə baxmayaraq, faktiki olaraq atanın yanında olmasını, cavabdehin hazırda başqa şəxslə ailə qurmasını, iddiaçının uşağın lazımi qaydada saxlanılması üçün qənaətbəxş həyat şəraitinə malik olmasını və digər mənafelərini nəzərə alaraq hesab edir ki, 01 iyul 2015-ci il təvəllüdlü X2 adlı uşağın iddiaçı (atası) İddiaçı yanında yaşaması onun maraqlarının təmin olunması, hərtərəfli inkişafı və digər mənafeləri baxımından daha məqsədəmüvafiqdir. Məhkəmə qeyd edir ki, uşağın atasına verilməsi ananı valideynlik hüquqlarını həyata keçirmək, uşaqla ünsiyyətdə olmaq, onun təlim tərbiyəsi ilə məşğul olmaq hüququndan məhrum etmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 01 iyul 2015-ci il təvəllüdlü X2 adlı uşaq atası İddiaçı himayəsinə verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 01 iyul 2015-ci il təvəllüdlü X2 atası İddiaçı himayəsinə verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-535/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-535/2024
19.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver