Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-536/2023 06.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ http://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Azerbaijan_coa.png Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla evə köçürülmə tələbinə dair mülki işə Qazax Rayon Məhkəməsində məhkəmə hazırlıq iclasında baxaraq , məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla evə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla evə köçürülmə" tələbinə dair iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və həmin ərizənin baxılmamış saxlanılmasını istəmişdir. Lakin, hazırda həmin iddiadan imtina etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Ona görə də, həmin maddələrə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla evə köçürülmə" tələbinə dair iddiadan imtina etməyinin qəbul olunmasını və həmin iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikasının MPM-nin 261.0. və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının ərizəsini müzakirə edərək hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmin imtina Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.2. maddəsinə əsasən məhkəmə tərəfindən təsdiq olunmalı, Azərbaycan Respublikasının MPM-nin 261.0.4 maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla evə köçürülmə tələbinə dair mülki iş İddiaçı iddiadan imtina etməsi təsdiq edilsin və həmin iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(023)-536/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-536/2023
06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver