Məhkəmə qərarları › İş №2(023)-570/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-570/2024

23.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-570/2024 23.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi barədə müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə 23 may 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2022-ci il tarixli alimentin ödənilməsi barədə müqavilənin ləğv edilməsi və dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun Cavabdeh tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, müqavilə ləğv olunarkən iki uşağın saxlanılması üçün hər uşaq üçün 200 manat, cəmi 400 manat alimentin ondan tutulub Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 24 mart 2013-cü il tarixdə Uğur və 28 fevral 2017-ci il tarixdə Mətin adlı iki uşaq doğulmuşdur. Cavabdehlə ailə münasibətləri ilk vaxtlar normal olsada, sonradan cavabdeh tərəfindən baş vermiş zidiyyətlər ailənin dağılmasına səbəb olmuşdur. Hazırda cavabdehlə ayrılmışlar. 24 mart 2013-cü il tarixdə anadan olmuş Uğur və 28 fevral 2017-ci il tarixdə anadan olmuş Mətin adlı uşaqların saxlanılması üçün onun əmək haqqının 80%-i miqdarında aliment tutularaq Cavabdeh verilməsi ilə bağlı öz aralarında alimentin ödənilməsi barədə 18 fevral 2022-ci il tarixdə notarial qaydada müqavilə bağlamışlar. O həmin müqavilədən narazıdır və ləğv olunmasını istəyir. Belə ki, müqavilə bağlanan vaxt onun banka yüksək məbləğdə borcu olmuşdur, banka pul tutulmasın deyə həmin müqaviləni bağlamışlar. Həmin müqaviləyə əsasən uşaqlarının saxlanılması üçün ondan 360 manat tutulmuşdur. Hazırda həmin müqavilə ləğv oluarsa hər uşaq üçün sabit pul məbləğində aliment tutulmasına razıdır. Qeyd olunanların nəzərə alınaraq, 18 fevral 2022-ci il tarixli alimentin ödənilməsi barədə müqavilənin ləğv edilməsi, müqavilə ləğv olunarkən iki uşağın saxlanılması üçün hər uşaq üçün 200 manat, cəmi 400 manat alimentin ondan tutulub Cavabdeh ödənilməsi və dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun Cavabdeh tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində iddianı tamamilə əsassız və qanunsuz hesab etdiyini bildirmiş və göstərmişdir ki, mülki qanunvericilikdə tərəflərin istəyi və düşüncəsi, niyyəti ilə müqavilənin ləğvi müəyyən edilməmişdir. Müqavilənin hüquqi əsasları ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1,75.2,75.3, 94-98- ci maddələrinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edir, eləcə də aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Onlar isə öz aralarında, üstəlik iddiaçının təklifi və təkidi əsasında İddiaçı əmək haqqının və bütün növ gəlirləri-nin (qazancının) 80 faiz miqdarında alimentin tutulub ona ödənilməsi barədə icra vərəqəsi hüquqi qüvvəsinə malik müqavilə bağlamışlar. Həmçinin hazırki müqaviləni və şərtlərini iddiaçının özü təklif etmiş və ona qəbul etdirərək, onu özü ilə Ağstafa rayon Notariat Ofisinə apararaq, bağlatdırmışdır. Hətta, müqavilənin rüsumunu və xidmət haqqını da özü ödəmişdir. Ümumiyyətlə, kiminsə razılığı olmadan müqavilə bağlatdırmaq olardımı və 8 fevral 2022-ci il tarixdən indiyə kimi İddiaçı niyə həmin müqavilə ilə bağlı narazılığını ifadə etməmiş, notariusa müraciət etməmiş və ona hər hansı müraciət etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyə uyğun olaraq pretenziya qaydasında ona müraciət etməli idi, müeqavilənin dəyişdirilməsi yə ya ləğv edilməsi tələbini tərəf məhkəməyə müqaviləni dəyişdirmək yə ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda yə ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırki işin materiallarından da görünür ki, belə bir təklif olmamışdır. Qeyd edir ki, iddiaçının əmək haqqından tutulan 80 faiz miqdarında alimentin məbləği 2(iki) uşaq üçün aylıq 360 manat təşkil edir. Bu isə bir uşaq üçün 2024-cü il üçün müəyyən edilmiş yaşayış minimumunun həddindən də əhəmiyyətli dərəcədə aşağı məbləğdir. Həmin müqavilənin nəinki ləğvi, hətta mübahisələndirilməsi belə uşaqların qanunla qorunan üstün mənafeyini pozur. İddiaçı müqavilə bağlanan zaman və indi də eyni iş yerində və eyni vəzifədə işləyir və əmək və ailə-məişət həyatında heç bir dəyişiklik yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə X2 07 iyul 2012-ci il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 172 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Musavi” soyadı verilmişdir. Doğum haqqında arayışlardan görünür ki, tərəıflərin birgə nikahından xx.xx.2013cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 fevral 2022-ci il tarixli alimentin ödənilməsi barədə müqavilədən görünür ki, tərəflərin birgə nikahından doğulmuş iki azyaşlı uşağın xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün uşaqların 18 yaşınadək İddiaçı hər ay əmək haqqının 80% məbləğində Cavabdeh aliment ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 07 iyul 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü Uğur və xx.xx.2017-ci il təvəllüdlü Mətin adlı uşaqları doğulmuşdur. 18 fevral 2022-ci il tarixdə tərəflər uşaqların 18 yaşınadək saxlanılması üçün hər ay İddiaçı əmək haqqının 80% məbləğində Cavabdeh aliment ödəməsi ilə bağlı aralarında müqavilə bağlamışlar. İddiaçı hazırda həmin müqavilənin ləğv edilməsi ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası MM-nin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İcra haqqında Azərbaycan Respublikasının qanununun 6.1.3-ci maddəsinə əsasən alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər icra sənədi hesab edilir. Həmin Qanunun 75.2-ci maddəsinə əsasən birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. Məhkəmə iclasında iddiaçının izahatından görünür ki, qeyd olunan müqavilə uşaqların saxlanmasının təminatı kimi deyil, hər hansı bir əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, həmçinin iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq, həmçinin tərəflər arasında bağlanmış müqaviləyə əsasən tutulan alimentin məbləğinin hazırda uşaqlar üçün müəyyən edilmiş minimum yaşayış meyarı həcmindən xeyli miqdarda az olduğundan məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay uşağına görə 200 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 4800 manat məbləğində təşkil etdiyindən 30+38 manat, cəmi 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya şəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq, mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh 18 fevral 2022-ci il tarixdə Ağstafa rayon Notariat Ofisində alimentin ödənilməsi barədə bağlanmış müqavilə ləğv edilsin. xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 manat (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu və mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 25 (iyirmi beş) manat tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar