Məhkəmə qərarları › İş №2(023)-607/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-607/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-607/2024 16.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 və İddiaçı İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh QİZİNA qarşı uşaqların atasının himayəsinə verilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh QİZİNA qarşı uşaqların atasının himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, Cavabdeh QİZİNA qarşı uşaqların atasının himayəsinə verilməsi tələbinə dair mülki işin aidiyyatı üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilməsinə etirazı yoxdur. Cavabdeh QİZİ ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işin Daşkəsən Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə ki, məhkəmənin hazırlıq iclasından sonra Cavabdeh QİZİNİN şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən müəyyən olunmuşdur ki, o, Daşkəsən rayonu, Çıraqlı kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, hazırki mülki işdə Cavabdeh QİZİNİN ünvanı Daşkəsən rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh QİZİNA qarşı uşaqların atasının himayəsinə verilməsi tələbinə dair 2(023)-607/2024 saylı mülki iş aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar