Məhkəmə qərarları › İş №2(023)-687/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-687/2025

01.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-687/2025 01.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin sabit pul məbləğində tutulması və uşağa baxan anaya aliment tutulıması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər bir uşağın saxlanması üçün 250 (iki yüz əlli) manat olmaqla ümumilikdə hər ay 500 (beş yüz) manat miqdarında onun xeyrinə aliment tutulması və Cavabdeh birgə nikahdan dünyaya gələn xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşı tamam olanadək onun xeyrinə alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin tutularaq ona verilməsi barədə qətnanə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2019-cu il taixdə el adəti ilə ailə həyatı qurmuşdur. Cavabdehlə nikahlarını rəsmiləşdirməmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2021-ci il tarixdə X1 və xx.xx.2023- cü il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra münasibətləri yaxşı olmuşdur. Cavabdehlə aralarında olan ziddiyətlər nəticəsində ayrılmaq məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh ailəsinə laqeyd yanaşmaqla bərabər ona işgəncələr verirdi. Artıq cavabdehlə ailə münasibətlərinin bərpası mümkün olmadığından məcburiyyət qarşısında ayrılmışdır. Hazırda övladı onun himayəsində olmaqla valideyinilərinə məxsus yaşayış evində yaşayır. Bundan başqa Cavabdeh hansısa MMC-də mühafzəçi işləməklə yanaşı qəssablıqla da məşğul olmaqla yüksək məbləğdə qazanc əldə edir. Lakin cavabdeh ailəyə nə maddi nədəki mənəvi dəstək durmur. Ona görə də uşaqların saxlanılması üçün aliment kəsilməsi zəruridir. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, öz valideyinlik borcunu öz üzərində hiss etsə, bu zaman uşağı daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşağı üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. X3 adlı övladı xx.xx.2023-cü il təvəllüdü olmaqla hələ üç yaşı tamam olmamışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiadan imtina edir.İddiadan imtinanın hüquqi nəticələri ona izah edilmişdir.Ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan İddiaçı ərizəsindən görünür ki, İddiaçı iddiadan imtina edir.İddiadan imtinanın hüquqi nəticələri ona izah edilmişdir.Ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «alimentin sabit pul məbləğində tutulması və uşağa baxan anaya aliment tutulması» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar