Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qazax rayon İş № 2(023)-725/2023 02.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu, Kreditor Tələbkar Borclu qarşı “pul tələbi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyənetdi: Kreditor Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, 001 saylı, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə qalıq borc qismində 1332 manat pulun, 166,5 manat cərimənin və ödənilmiş 100 manat dövlət rüsumu, cəmi 1598,5 manat pulun Borclu alınıb ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditor ilə borclu arasında xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsinə əsasən borcluya ümumi dəyəri 1332 manat təşkil edən bir ədəd “Samsung” markalı mobil telefon satmışdır.Müqavilə şərtlərinə əsasən borclu, həmin məbləği müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində göstərilən qaydada hissə-hissə hər ay 111 manat olmaqla 12 ay müddətində həyata keçirməli idi. Lakin borclu tərəfindən indiyənədək heç bir pulun ödənişi həyata keçirilməmişdir. Nəticədə borclunun 1332 AZN məbləğində qalıq borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq borc müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müqavilə predmeti olan pulu borcluya vermişdir. Borclu isə müqavilə əsasında kreditordan pulu almasına dair hüququndan istifadə etmiş, borcu ödəməsinə dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, kreditor borcludan borc müqaviləsi üzrə yaranmış əsas borc və müqavilə şərtlərinə əsasən hesablanmış cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, məhkəmə əmretdi: xx.xx.1996-ci ildə Qazax rayonunda doğulmuş, Qazax Qazax rayonu Yuxarı Salahlı kəndində yaşayan Borclu 001 saylı, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə yaranmış 1332 manat pulun, 166,5 manat cərimənin və ödənilmiş 100 manat dövlət rüsumu, cəmi 1598,5 manat pul və ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul tutularaq ünvan 1 ünvanında yaşayan Tələbkar ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-725/2023
Qazax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(023)-725/2023
02.05.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver