Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-837/2023 12.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə 12 iyul 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 08 yanvar 2007-ci il təvəllüdlü X3 və 09 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə etmiş və bildirmişdir ki, Cavabdeh1 ilə həm rəsmi, həmdə faktiki olaraq ayrılmışlar. Birgə nikahlarından doğulmuş 08 yanvar 2007-ci il təvəllüdlü X3 və 09 noyabr 2019-cu il təvəllüdlü X4 hazırda himayəsindədir. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Maddi vəziyyəti olduqca ağırdır. Uşaqları saxlamaqda çətinlik çəkir. 08 yanvar 2007-ci il təvəllüdlü X3 ətrafında narkotik vasitə istifadə edən, pis vərdişləri olan qızlarla yoldaşlıq etdiyi üçün, evə gec gəldiyi üçün onu döymüş və bıçaqla zərbə yetirmişdir. Hazırda özü fəhləlik edir, uşaqları saxlamaqda çətinlik çəkir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, iddiaçı həm rəsmi, həmdə faktiki olaraq ayrılmışlar. Birgə nikahlarından doğulmuş 08 yanvar 2007-ci il təvəllüdlü X3 və 09 noyabr 2019-cu il təvəllüdlü X1 iddiaçını himayəsində saxlanılmasına razı deyil. Bununla bağlı məhkəmədə iddia qaldıracaqdır. İddiaçı həmin uşaqlara işgəncə verir. Təxminən 2023-cü ilin yanvar ayında Çinarə adlı uşağı bıçaqla vuraraq xəsarət yetirmişdir. Məryəm adlı uşağın əlini yandırmışdır. İddiaçının Çinarə adlı uşağı bıçaqlaması ilə bağlı Qazax Rayon Polis Şöbəsinə müraciət edilmiş, lakin İddiaçı barəsində heç bir tədbir görülməmişdir. Maddi imkanı olduqca çətindir. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Həmin uşaqların saxlanılması üçün 440 manat aliment ödəmək imkanı yoxdur. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, iddiaçı onun gəlini cavabdeh isə oğludur. Onların birgə nikahlarından doğulmuş 08 yanvar 2007-ci il təvəllüdlü X3 və 09 noyabr 2019-cu il təvəllüdlü X4 hazırda İddiaçı himayəsindədir. Təxminən 2023-cü ilin yanvar ayında Çinarə adlı uşağı bıçaqla vuraraq xəsarət yetirmişdir. Məryəm adlı uşağın əlini yandırmışdır. Həmin uşaqların iddiaçının himayəsində qalması həyatı üçün təhlükədir. Nə də iddiaçı onlarla bir yerdə qalmaq istəmir, uşaqların tərbiyəsi pozulur. Ana işə gedir, uşaqlar tək qalır, buda böyük qızın tərbiyəsiz həyat tərzi keçirməsinə səbəb olur. Uşaqlara ayrılan pullar onlara təyinatı üzrə xərclənmir. İddiaçının Çinarə adlı uşağı bıçaqlaması ilə bağlı Qazax Rayon Polis Şöbəsinə müraciət edilmiş, lakin İddiaçı barəsində heç bir tədbir görülməmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. İşdə olan sənədlərdən görünür ki, tərəflərin 08 yanvar 2007-ci ildə anadan olmuş Çinarə və 09 noyabr 2019-cu ildə anadan olmuş Məryəm adlı iki uşaqları vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Məşğulluq Agentlinin X2 filialının 03 iyul 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 işsiz və işaxtaran kimi qeydiyyatı və hazırda qüvvəfdə olan əmək müqaviləsi aşkar edilməmişdir. İşdə olan Qazax Rayon İcra və Probasiya şöbəsinin 07 oktyabr 2020-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərardan görünür ki, İddiaçı ərizəsi nəzrə alınmış, icra sənədi icra olunmadan məhkəməyə qaytarılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsini yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyması nəticəsinə gəlməsini ədalətli hesab etmək olmaz. Belə ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə müraciət olunduğu tarixdən yəni, 24 may 2023-cü il tarixdən hesabalanmalıdır. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, tərəflərin birgə münasibətlərindən 08 yanvar 2007-ci ildə anadan olmuş Çinarə və 09 noyabr 2019-cu ildə anadan olmuş Məryəm adlı uşaqların anası İddiaçı himayəsində yaşaması təsdiq edildiyindən və alimentin yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulması qanunvericiliklə müəyyən edildiyindən həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, valideynlərin uşağın saxlanılması üçün bərabər məsuliyyət daşımasını, Cavabdeh1 qazancının qeyri-müntəzəm olmasını, maddi vəziyyətini, ondan ayda hər uşaq üçün 200 manat alimentin tutulmasının real olmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın müəyyən xəstəliklərdən əziyət çəkməsini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının ayda hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 3600 manat məbləğində təşkil etdiyindən 30+26 manat, cəmi 56 (əlli altı manat) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214,216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 08 yanvar 2007-ci il təvəllüdlü X3 və 09 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh1 24 may 2023-cü ildən başlayaraq ayda hər uşaq üçün 150 (bir yüz əlli) manat cəmi 300 (üç yüz) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh1 56 (əlli altı) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-837/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-837/2023
12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver