Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-844/2025 15.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması və uşağa baxan anaya aliment tutulması tələbinə dair mülki işə 15 may 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüldü X3 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı hissəsi miqdarında aliment tutulması və Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X4, xx.xx.2023cü il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək 100 manat alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərcinin yarısı olan 25 (iyirmi beş) manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci il tarixdə el adəti ilə ailə quraraq, 08 avqust 2014-cü il tarixdə nikahı rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2023-cü il tarixdə Ümid, xx.xx.2023- cü il tarixdə Dilək və xx.xx.2024-cü il tarixdə Uğur adlı uşaqları doğulmuşdur. Hazırda cavabdehlə bir yerdə yaşamasına baxmayaraq o ailəsinə laqeyd yanaşır və heç bir maddi və mənəvi dəstək olmaq istəmir. Cavabdeh Göy-Göl rayonu Çaykənd kəndində yerləşən N saylı hərbi hissədə hərbiçi (gizir) işləməklə yüksək məbləğdə qazanc əldə edir. Lakin cavabdeh ailəyə nə maddi, nədəki mənəvi dəstək durmur. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, öz valideyinlik borcunu öz üzərində hiss etsə, bu zaman uşaqları daha yaxşl saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Uşaqların normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşaqları üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, cavabdehlə birgə nikahdan Ümid, Dilək və Uğur adlı uşaqları doğulmuşdur. Hazırda cavabdehlə olan nikahları pozulmamışdır. Cavabdehlə bir yerdə yaşamaqlarına, cavabdehin maddi imkanının olmasına baxmayaraq, sonuncu ailəsinə laqeyd yanaşır və uşaqların saxlanılmasına heç bir maddi köməklik göstərmir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 08 avqust 2014-cü il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 222 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Hacalıyeva” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüldü X3 və xx.xx.2024cü il təvəllüdlü X6 adlı uşaqlar doğulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2011-ci il tarixdə el adəti ilə ailə quraraq, 08 avqust 2014-cü il tarixdə nikahı rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2023-cü il tarixdə Ümid, xx.xx.2023- cü il tarixdə Dilək və xx.xx.2024-cü il tarixdə Uğur adlı uşaqları doğulmuşdur. İddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini qeyd edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış Ümid, Dilək və Uğur adlı uşaqların valideyni olduğundan İddiaçı uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların hal-hazırda anasının himayəsində olması, onların saxlanılması üçün vəsait tələb olunduğu, uşaqların mənafeyi və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq cavabdehdən onun aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmalıdır. İddia tələbinin “uşaqlar 3 yaşına çatana kimi saxlanması üçün iddiaçının özünə 100 manat məbləğində aliment tutulması”na dair hissəsi də qanuni əsaslara söykənir və məhkəmə iddiaçının Ümid, Dilək və Uğur adlı uşaqların üç yaşına çatanadək saxlanması üçün ona vəsait ödənilməsi barədə tələbini qismən əsaslı hesab edir. Məhkəmə hazırkı məsələyə ilk növbədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin ər və arvadın bir-birinə maddi cəhətdən kömək etməlidirlər müddəasından yanaşır və qeyd edir ki, X2 hazırkı tələbi qanuni əsaslara söykənir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələbləri baxımından ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, zəruri vəsaitə malik olduğu halda ərdən məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdir, lakin qeyd edilən Məcəllənin tələblərindən göründüyü kimi qanunvericilik bunun üçün ərin zəruri vəsaitə malik olmasını nəzərdə tutur. Məhkəmə iclasında cavabdehin tələb olunan məbləğdə aliment ödəmək üçün zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır, lakin bununla belə məhkəmə hesab edir ki, cavabdehin tələb olunan məbləğdə alimenti ödəməsi üçün zəruri vəsaitə malik olmaması onu maddi yardıma ehtiyacı olan arvadı saxlamaq vəzifəsindən tamamilə azad etmir. Məhkəmə qeyd edir ki, həmin yardımın edilməsi ilk növbədə uşaq barəsində ana tərəfindən hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqəlidir, yəni uşaq azyaşlı olduğundan ana vəzifələrini həyata keçirərkən kifayət qədər zamana malik olmalı və bu zaman ananın özünün qayğıları həmin vəzifənin həyata keçirilməsinə maneçilik törətməməlidir. Maddi yardıma ehtiycı olan ananın isə uşaq azyaşlı olduğundan işləmək imkanları məhdud olduğu halda ehtiyacların təmin edilməsi məqsədi ilə işləməsi və bunun nəticəsində uşağa kifayət qədər qayğı göstərməməsi ilk növbədə uşağın mənafeyinə ziddir. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətlərini, cavabdehin uşaqlara tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının, eyni zamanda iddiaçının özünə də tələb olunan məbləğdə aliment ödəməsi üçün zəruri vəsaitə malik olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını, lakin bununla belə iddiaçının heç bir yerdə işləmədiyini, himayəsində azyaşlı uşaqlarının olduğunu və bu səbəbdən işləmək imkanlarının məhdud olmasını nəzərə alır və hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Ümid, Dilək və Uğur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin, Ümid, Dilək və Uğur adlı uşaqlar üç yaşına çatanadək iddiaçının özünə 50 (əlli) manat miqdarında alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 88.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının əmək haqqının və digər gəlirlərinin miqdarı barədə sənəd olmadığından, qiymətləndirilməyən iddia kimi nəzərə alınaraq 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya şəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq, mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 04 aprel 2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X4, xx.xx.2023cü il təvəllüldü X3 və xx.xx.2024-cü il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment, həmçinin xx.xx.2023-cü il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüldü X3 və xx.xx.2024-cü il təvəllüdlü X6 adlı uşaqlar 3 (üç) yaşına çatanadək 50 (əlli) manat sabit pul məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 25 (iyirmi beş) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 100 (bir yüz) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-844/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-844/2025
15.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver