Məhkəmə qərarları › İş №2(023)-851/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-851/2024

12.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-851/2024 12.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə 12 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17 iyun 2019-cu il tarixdə anadan olmuş X6 və 07 avqust 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyü gündən, yəni 29 fevral 2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi, eləcədə 50 manat mediasiya xərcinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 24 yanvar 2019-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və nikahı 24 yanvar 2019-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 17 iyun 2019-cu il tarixdə Nur və 07 avqust 2020-ci il tarixdə Onur adlı uşaqları doğulmuşdur. Nikahın ilkin dövrlərində ailə münasibətləri normal olsa da, sonradan mübahisələr yaranmışdır. Hazırda faktiki olaraq ayrılmışlar, nikah formal xarakter dayışır və nikahı bərpa etmək mümkün olmamışdır. Birgə nikahımızdan doğulmuş uşaqlar onun himayəsindədir. Buna baxmayaraq cavabdeh uşaqların saxlanılmasında heç bir köməklik göstərmir. O ilk dəfə cavabdehdən aliment tələb etmək məqsədi ilə 29 fevral 2024-cü il tarixdə mediasiyaya müraciət etmişdir. Cavabdeh qərəzli olaraq uşaqların saxlanılmasında iştirak etməmiş, verdiyi vədləri qərəzli olaraq icra etməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddianı qismən qəbil edir və hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı ondan 17 iyun 2019-cu il təvəllüdlü X6 və 07 avqust 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda hər uşağa görə 300 manat, cəmi 600 manat alimentin tutulmasını tələb edir. Nəzərə çatdırır ki, o keçmiş hərbiçi olmaqla 44 günlük Vətən Müharibəsi iştirakçısıdır. xx.xx.2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən, düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində Barotravma. Nevrotik vəziyyət. Sağtərəfli xroniki pielonefrit, sistit" diaqnozu ilə xəsarət hərbi tarvma) almışdır. Həmin vaxtdan xəstəliyi ilə əlaqədar olaraq daimi müayinə və müalicələr alır. Bütün ehtiyaclarını (dərmanların alınması, gündəlik tələbatlar, geyim, yemək valıdeynlərinin maddi köməyi ilə son dərəcə çətinliklə ödəyir. Özü heç bir yerdə işləmir. Heç bir yerdən gəliri və qazancı yoxdur. Xəstəliyi ilə əlaqədar iş qabiliyyətini itirmişdir. İddiaçı onun işləməsi və zəruri vəsaitə malik olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, o 17 iyun 2019-cu il təvəllüdlü X6 və 07 avqust 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində aliment ödəyə bilər. Bu məbləğdən artıq alimentı heç cürə ödəyə bilməz. Məhkəmə cəmi 200 manatdan artıq aliment müəyyən edərsə, bu hal onun son dərəcə ağır vəziyyətə düşəcəyinə səbəb olar. Qeyd olunanların nəzərə alınaraq İddiaçı ona qarşı "aliment" tələbinə dair iddiasının qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddianı qismən qəbil edərək verdiyi izahatında göstərmişdir ki, cavabdeh Vətən Müharibəsi iştirakçısıdır. Döyüşlərdə yaralanmışdır və 2023-cü ilin noyabr ayından işdən azad olunmuşdur. Hazırda cavabdeh heç bir yerdə işləmir və cavabdehin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. Cavabdeh ayda hər uşağa 100 manat, cəmi 200 manat məbləğində aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan olan nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı 24 yanvar 2019-cu il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. Doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahından 17 iyun 2019-cu il təvəllüdlü X6 və 07 avqust 2020-ci təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında arayışdan görünür ki, Cavabdeh elektron informasiya sistemində hazırda qüvvədə olan əmək müqaviləsi aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 161 nömrəli Hərbi Hissənin verdiyi travma haqqında arayışdan görünür ki, kiçik çavuş Cavabdeh xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma” xəsarəti almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 24 yanvar 2019-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 17 iyun 2019-cu il tarixdə Nur və 07 avqust 2020-ci il tarixdə Onur adlı uşaqları doğulmuşdur. Baş vermiş narazılıqlara görə tərəflər ayrılmışlar. Hazırda həmin uşaqlar iddiaçının himayəsində yaşayır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa 300 manat məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, azyaşlı uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, həmçinin iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, onların diqqətəlayiq mənafeyləri kimi nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqlar yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin alimentin məhkəməyə müraciət edənədək tədbirlər görüldüyü gündən, yəni 29 fevral 2024-cü il tarixdən başlayaraq tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 4320 manat məbləğində təşkil etdiyindən 30+33.20 manat, cəmi 63.20 (altmış üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya şəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq, mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 17 iyun 2019-cu il təvəllüdlü X6 və 07 avqust 2020-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 25 (iyirmi beş) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 63.20 (altmış üç manat 20 qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar