Məhkəmə qərarları › İş №2(023)-854/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-854/2023

21.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-854/2023 21.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı, eyni zamanda cavabdeh İddiaçı, Cavabdeh, eyni zamanda iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqların himayədə saxlanılması və aliment tələbi və iddiaçı Cavabdeh İddiaçı qarşı uşaqların himayəyə verilməsi tələbi barədə mülki işlərə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2016-cı ildə doğulmuş X3 və 13 noyabr 2017-ci ildə doğulmuş X2 himayəsində saxlanılması və həmin uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2016-cı ildə doğulmuş X3 və 13 noyabr 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək cavabdehdən alınıb himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(023)-854/2023 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqların himayədə saxlanılması və aliment tələbinə dair 2(023)-854/2023 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı uşaqların himayəyə verilməsi tələbinə dair 2(023)-893/2023 saylı mülki işlə eyni icraatda birləşdirilmiş, mülki işə 2(023)–854/2023 nömrəsi verilmişdir. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, cavabdehlə 2014-cü ildə el adəti ilə evlənmişlər, lakin nikahı rəsmiləşdirməmişlər. Faktiki nikahından Mədinə və Eyyub adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurandan sonra Qazax rayonunun Aşağı Salahlı kəndində onun valideynlərinə məxsus evdə yaşamışlar. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan cavabdehin valideynləri ilə baş vermiş ziddiyyətlər səbəbindən cavabdehdən ayrılmışdır. Sonradan cavabdeh onunla sazış bağlayaraq hər ay hər uşaq üçün 150 manat ödəməyi öhdəsinə götürdü və 2023-cü ilin aprel ayınadək alimenti ödədi. Lakin ondan sonra aliment ödəməkdən imtina etdi. Hazırda heç bir yerdə işləmir, uşaqlarının maddi təminatını təmin edə bilmir. Cavabdehin valideynləri ilə birlikdə kədli fermer təsərrüfatı vardır. Bundan başqa cavabdeh taksi fəaliyyəti ilə də məşğul olur. Qeyd olunanlara əsasən 01 aprel 2016-cı ildə doğulmuş X3 və 13 noyabr 2017-ci ildə doğulmuş X2 onun himayəsində saxlanılması və həmin uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh - iddiaçı Cavabdeh iddianı müdafiə etmiş və əlavə olaraq verdiyi izahatında bildirmişdi ki, cavabdehlə 2014-cü ildə el adəti ilə evlənmişlər, lakin nikahı rəsmiləşdirməmişlər. Faktiki nikahdan Mədinə və Eyyub adlı iki uşaqları doğulmuşdur. Cavabdeh ailələrinə xəyanət etdiyi üçün ondan ayrılmışdır. Bu səbəbdən cavabdehin uşaqları düzgün tərbiyə etməyəcəyini hesab edir və cavbdehin himayəsində qalmasını istəmir. Uşaqların onun himayəsinə verilməsi onların həm indiki, həm də gələcək ikişafı və təhsilləri baxımından onların ən üstün mənafelərinə uyğundur. Həmçinin uşaqları ona bağlıdır və onunla qalmaq istəyirlər. Bundan başqa uşaqların saxlanılması üçün iddiaçının tələb etdiyi miqdarda aliment ödəmək imkanı yoxdur. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddiasının təmin edilməməsini, 01 aprel 2016-cı ildə doğulmuş X3 və 13 noyabr 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək cavabdehdən alınıb himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs Qazax rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edərək, mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Qazax rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Kəmalə Cəfərova uşaqların ananın himayəsində saxlanması barədə komissiyanın rəyini müdafiə etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, Qazax rayonu İcra Hakimiyyəti Başçısı aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, mülki işin materiallarını araşdırıb hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin faktiki nikahından 01 aprel 2016-cı il təvəllüdlü X3 və 13 noyabr 2017-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. İşdə olan Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 07 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri hər iki tərəfin yaşadığı ünvanda olmuş, müayinə aktı tərtib etmiş və tərəflərin hansının uşaqların təlim-tərbiyəsi ilə məşğul olmağa daha yaxşı qadir olması, uşaqların maddi təminat məsələsi, yaşadığı şərait və s. bu kimi hallarla tanış olmuşlar. Tərəflərin həyat şəraiti və davranışları yoxlanılarkən onların fiziki və psixi vəziyyətlərinin normal olduğu, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaq iqtidarında olduğu müəyyən edilmişdir. Qazax rayon İcra Hakmiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası Elnurə və Nəsib İsmayılovların azyaslı olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci, 58.2-ci, 60.2-ci, 60.3-cü, 60.4-cü, 61.3-cü və 52-ci maddələrinin tələblərini rəhbər tutaraq 01 aprel 2016-cı il təvəllüdlü Mədinə Rüstəmlinin və 13 noyabr 2017-ci il təvəllüdlü Eyyub Rüstəmlinin anası İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə, uşaqların faktiki olaraq ananın yanında olmasını, eləcə də 01 aprel 2016-cı il təvəllüdlü X3 və 13 noyabr 2017-ci il təvəllüdlü X5 adlı uşaqların azyaşlı olmaqla, ana qayğısına daha çox ehtiyaclarının olmasını, qəyyumluq və himayəçilik orqanın rəyini nəzərə alınaraq, İddiaçı uşaqların lazımi qaydada saxlanılması üçün qənaətbəxş həyat şəraitinə malik olmasını və digər mənafelərini nəzərə alaraq, hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş 01 aprel 2016-cı il təvəllüdlü X3 və 13 noyabr 2017-ci il təvəllüdlü X5 adlı uşaqların iddiaçı-cavabdeh (anası) İddiaçı yanında yaşaması onların maraqlarının təmin olunması, hərtərəfli inkişafı və digər mənafeləri baxımından daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarın 7.6-cı bəndində məhkəmələrə tövsiyə etmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Bununla yanaşı uşaqların anasına verilməsi atanı valideynlik hüquqlarını həyata keçirmək, uşaqlarla ünsiyyətdə olmaq, onların təlim tərbiyəsi ilə məşğul olmaq hüququndan məhrum etmir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaq üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə, yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqlar yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 01 aprel 2016-cı il təvəllüdlü X3 və 13 noyabr 2017-ci il təvəllüdlü X5 İddiaçı himayəsinə verilməli, tərəflərin maddi və ailə vəziyyətləri nəzərə alınaraq 01 aprel 2016-cı il təvəllüdlü X3 və 13 noyabr 2017-ci il təvəllüdlü X5 adlı uşaların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı uşağın saxlanılması ilə bağlı aliment tələbini xx.xx.2023-cü il tarixdə məhkəməyə bildirmişdir. Buna görə də alimentin tutulma müddəti həmin tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialardabir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Göstərilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 3840 manat məbləğində təşkil etdiyindən 30+28.40 manat, cəmi 58.40 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ilk Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddia qismən təmin edilsin. 01 aprel 2016-cı il təvəllüdlü X3 və 13 noyabr 2017-ci il təvəllüdlü X1 Şərqiyyə Mustafa qızının himayəsində saxlanılsın. Cavabdeh 01 aprel 2016-cı il təvəllüdlü X3 və 13 noyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31 may 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı uşaqların himayəyə verilməsi tələbinə dair iddia təmin edilməsin. Cavabdeh 58.40 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar