Məhkəmə qərarları › İş №2(023)-858/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-858/2025

30.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-858/2025 30.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Xətai rayon Məhkəməsinin №2(011)-5851/2024,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin azaldılması, 15 fevral 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının indeksasiyası 400 manatın 0,475 misli həddində sabit pul məbləğində 190 manat alimentin məndən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh X2 ilə xx.xx.2021 -ci ildə qeyri rəsmi ailə qurmuşdur. Qeyri rəsmi nikahdan 15 fevral 2022-cü il təvəllüdlü X10 anadan olumuşdur.Xətai rayon Məhkəməsinin iş № 2(011)-5851/2024, xx.xx.2024-cü il tarixli qətnaməsi, ondan 15 fevral 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq anası X1 xeyrinə tutulmasını qət edilmişdir. Qeyd edir ki, cavabdehin himayəsində olan övladı sağlamdır. Son vaxtlar heç bir xəstəliyi barədə ona cavabdeh tərəfindən məlumat verilməmişdir. Onun 2009-cu ildən ailəsi var, arvadı X4, övladları xx.xx.2014-cü il təvəllüdlü qızı X11 və xx.xx.2014-cü il təvəllüdlü oğlu X7 vardır. Bunların saxlanılması üçün iş tapa bilmir. DOST xidmətində işsiz kimi qeydiyyatda durmuş və işsizlik haqqında arayışı vardır. Xətai rayon Məhkəməsinin iş № 2(011)-5851/2024, xx.xx.2024-cü il tarixli qətnaməsində qət edilən 235 manat məbləği ödəniş etmək gücü yoxdur. Ayda işsiz olduğunu günə muzd iş olanda 15-20 manat təşkil edir və bununla dolanır. Müəyən olunmuş alimentin 2025-ci il üçün indeksasiya olunmasını və minimum əmək haqqının 400 manatın 0,475 misli həddində - 190(400x0,475=190) manat aliment ödəməsini ədalətli və onun maddi imkanına uyğun hesab edir.Cavabdehin tələbi 235 manat hissəsi miqdarında tutulması həmin xərcləri tam carşılamağa imkan vermir. Odur ki, təyin edilmiş alimentin minimum əmək haqqının 400 manatın 0,475 misli həddində sabit pul məbləğində 190 manat məbləğində tutulması məqsədə uyğundur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini müdafiə edərək, bildirdi ki, iddiaçının kifayət qədər qazancı olur. O uşağa təkbaşına baxır. Maddi imkanı yoxdur. Cavabdeh İddiaçı öz yaşadığı evdən başqada bir evi var. Hazırda yaşamadığı həmin evi kirayə vermişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir və ona görə də, onun iştirakı olmadan baxıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5851/2024 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı Qazax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(023)-588/2023 saylı qətnaməsinə əsasən 15 fevral 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 13 saylı arayışından görünür ki, İddiaçı orta dərəcəli isterik nevrozu, ipahindirik daxil olmalar diaqnozudur.( F 60.4) İşdə olan xx.xx.2025-ci il tarixli 318 saylı arayışdan görünür ki, Məmmədov X9 rayonu O.Şabanov küçəsi nömrəsiz evdə yaşayır və ali tərkibi həyat yoldaşı-X4, övladları X11 (xx.xx.2014 il təvəllüdlü) və X7 (xx.xx.2014 il təvəllüdlü) vardır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X11 20.08.201cü ildə, X7 xx.xx.2014-cü ildə anadan olmuşdur. Həmin uşaqların atası İddiaçı, anası X3r. İşdə olan elektron çıxarışdan görünür ki, İddiaçı mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin qüvvədə olan əmək müqaviləsi məlumat mövcüd deyildir. İşdə olan etiraz ərizəsindnə Cavabdeh göstərmişdir ki, İddiaçı ərizəsində vurğulayır ki, uşaq sağlamdır, o ondan uşagın xəstəliyi ilə bağlı müraciət etməmiş və o, fəhlə işləyir. Bildirir ki, uşağın alimentinin uşağın xəstəliyinə nə aidiyyatı var. O ondan müalicə pulu istəmir.Uşağına kəsilmiş alimenti istəyir. Onlar uşaq beş aylıq olanda ayrılmışlar. Hazırda dörd yaşı var. Bu müddət ərzində nə özü, nə də yaxınları bir dəfə də olsun uşaqla maraqlanmayıblar, nə də ünsiyyətdə olumuşlar. İddiaçı bildirir ki, heç bir yerdə işləmir, lakin o bunu sübut edə bilmirəm. Onun özünün şəxsi biznesi var, özünə məxsus çıxol sexi var.Tikintidə yük daşıması ilə məşğuldur.Özünə məxsus digər evi var ki, onunla birlikdə yaşayanda onu da kirayi verərək qazanc əldə edirdi.Uşağı böyüyür. Hazırda xroniki allergiyadan əziyyət çəkir.O onu nəzarətə saxlayır, özü də uşağa görə hazırda işləyə bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Qeyd edilən sərəncamla müəyyən edilən məbləğ 2025-ci il tarixədək dəyişdirilməmişdir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi alimentin miqdarının müəyyən edilməsindən sonra, yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişiklik alimentin mqdarının dəyişdirilməsinə əsas ola bilər. Lakin məhkəmə araşdırması zamanı qətnamə üzrə aliment təyin edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində alimentin miqdarının azaldılmasına əsas ola biləcək dəyişiklik baş verməsi müəyyən olunmamışdır. Belə ki, valideynin qazancının olmaması təqdirdə onun uşağı saxlamaq vəzifəsindən tamamilə və ya qismən azad edilməsi barədə qanunvericilikdə göstəriş yoxdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə də məhkəmə iddiaçının məhkəmə iclasında iddianın əsası kimi alimentin ödənilməsinə maddi imkanının olmamasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hal iddianın təmin edilməsi üçün əsas deyildir. Belə ki, iddiaçının iddianın əsası kimi göstərdiyi qeyd olunan xüsusat onun İddiaçı maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Bundan başqa, «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ eyni zamanda iddiaçının uşağına da şamil olunur. Uşaqların saxlanması üçün iddiaçıdan tutulan alimentin miqdarı 235 manat yaşayış minimumundan da aşağıdır. O cümlədən alimentin miqdarına dair məsələ müzakirə olunarkən uşağın saxlanması ilə bağlı gündəlik qayğıların cavabdehin üzərinə düşməsi və uşağa qulluq etməsi diqqətəlayiq mənafe kimi nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı uşağının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıdığından, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, iddiaçıdan tutulan məbləğin əvvəlki miqdarda saxlanılması məqsədəmüvafiqdir və buna görə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması tələbi» barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar