Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-919/2025 13.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkili Vəkil, İddiaçı Cavabdeh qarşı «atalığın mübahisələndirilməsi tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «atalığın mübahisələndirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 onun bioloji uşağı olmaması müəyyən edilməli, Qazax rayon Qeydiyyat şöbəsində 10 may 2022-ci il tarixdə 368 nömrə ilə qeyd edilmiş həmin uşağa dair doğum akt qeydinin ata qrafasından onun soyadının, adının və ata adının silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə el adəti ilə evlənmişlər. Nikahlarını xx.xx.2013-cü ildə Ağsu rayon qeydiyyat şöbəsində 258 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan bir övladı anadan olmuşdur - xx.xx.2010-cu il təvəlüdlü X6. Həmin uşaq hal-hazırda onun himayəmdə yaşayır. Həmçinin, Cavabdeh xx.xx.2022-ci il tarixdə X8 da doğmuşdur. Həmin uşağa doğum haqqında şəhadətnamə verilərkən, həmin şəhadətnamədə uşağın atasının İddiaçı, anasının isə Cavabdeh olduğu göstərilmişdir. O da Əlinin atası olduğunu guman etmişdir. Lakin, sonradan cavabdehin ona xəyanət etməsi məlum olanda, onun Əli adlı uşağın atası olmağı onda ciddi şübhələr yaratmışdır. Ona görə də müvafiq DNT analizinin keçirilməsinə nail oldu Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki "xxxx" MMC-nin DNT laboratoriyasında xx.xx.2024-cü il tarixdə keçirilən bioloji atalığın müayinəsinin nəticələrinə əsasən onun xx.xx.2022-ci il təvəllüdlü X5 bioloji atası kimi istisna edilməsi müəyyən olunmuşdur. Bundan sonra xx.xx.2022-ci il təvəllüdlü X5 atası olmadığına tam əmin oldmuşdur. Bu səbəbdən də cavabdehlə boşanmaq qərarına gələrək, ona qarşı Qazax rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmalı olmuşdur. Həmin mülki işin məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Beləliklə də, cavabdeh atası evinə getməli olmuşdur. Həmin vaxt xx.xx.2010-cu il təvəllüdlü X6 onun yanında qaldı, xx.xx.2022-ci il təvəllüdlü X8 isə cavabdeh özü ilə aparmalı olmuşdur. Qazax rayon icra hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşna çatmayanların işləri üzrə komissiyanın üzvlərinin iştirakı ilə xx.xx.2022-ci il təvəllüdlü X8 cavabdehə təhvil verildi. Bu zaman cavabdeh xx.xx.2022-ci il təvəllüdlü Əli Kazımlımn başqa kişidən doğulduğu, həmin uşağın atasının o olmadığını etiraf etmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixdə keçirilən mediasiya sessiyası zamanı cavabdehlə aralarında müvafiq barışıq sazişi bağlandı ki, həmin sazişin şərtlərinə əsasən cavabdeh ona qarşı atalığın mübahisələndirilməsinə dair iddia tələbini qəbul etmiş, xx.xx.2022-ci il təvəllüdlü X5 bioloji atasının onun olmadığını etiraf etmiş və həmin mübahisə ilə bağlı məhkəməyə veriləcək iddia tələbinin təmin olunmasına razılığını bildirmişdir. Göründüyü kimi, qeyd edilən hallar xx.xx.2022-ci il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməsində ona aid qeydin ləğvi üçün əsaasdır. Belə olduğu halda hesab edir ki, Cavabdeh doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 onun bioloji uşağı olmaması müəyyən edilməli, Qazax rayon Qeydiyyat şöbəsində 10 may 2022-ci il tarixdə 368 nömrə ilə qeyd edilmiş həmin uşağa dair doğum akt qeydinin ata qrafasmdan onun soyadının, adının və ata adının silinməsi barədə qətnamə çıxarılmalıdır. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X5 onun bioloji uşağı olmaması müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir. 04 may 2022-ci il təvəllüdlü X5 bioloji atası İddiaçı deyil. 04 may 2022-ci il təvəllüdlü X5 bioloji atası Elvin Asalnovdur. Odur ki, nəzərə alınmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bildirmişdir ki, onun Cavabdeh ilə heç bir yaxınlıq münasibəti olmamışdır. O, xx.xx.2022-ci il təvəllüdlü X5 bioloji atası olmasını qəbul etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, uşağın qan qrupu onun qan qrupu ilə eyni olmadığından uşağın ondan olmamasını sonradan anlamışdır. Həmin məsələ ilə bağlı ekspertiza mərkəzinə müaricət etmiş və həmin erspertiza mərkəzinin rəyində müəyyən olundu ki, mübahisələndirilən uşaq yəni X9 onun övladı deyildir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və onun nümayəndəsi vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, 04 may 2022-ci il tarixdə anadan olmuş X5 atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi qaydada evlənmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞQ/00091 saylı barışıq sazişindən görünür ki, Cavabdeh İddiaçı iddiasını qəbul edir və 04 may 2022-ci il tarixdə anadan olmuş X9 adlı uşağın bioloji atasının İddiaçı olmadığını etiraf edir. Bu mübahisəylə bağlı gələcəkdə məhkəməyə veriləcək iddia tələbinin təmin olunmasına razılığını bildirir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********9725 nömrəli bioloji atalığın müayənə nəricəsinə dair rəydən görünür ki, molekulyar -genetik analiz sistemi cədvəlində göstərilmiş müayinə nəticələrinə əsaslanaraq, ehtimal edilən atanın (İddiaçı) uşaq (X16) barəsində bioloji atalığı istisna edilir, çünki onlarda 11 təqdim edilmiş lokuslar üzrə ümumi allellərin olmaması aşkar edilmişdir.Atalığın ehtimalı 0%. İşdə olan Azərbaycan Respulikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X3» X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 429/2025-TBŞ nömrəli rəydən görünür ki, genetik test nəticəsində testə uğradılan güman olunan ata (F) ilə uşaq (C) arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır.Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir.Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X10 adlı uşağın bioloji atası olması inkar olundu. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh 2008-ci il tarixdə el adəti ilə evlənmiş, xx.xx.2013-cü il tarixdə Ağsu rayon Qeydiyyat şöbəsində nikahlarını qeydə aldırışlar. Tərəflərin birgə nikahı dövründə xx.xx.2010-cu il tarixdə X6 və xx.xx.2022-ci il tarixdə X10 anadan olmuşdur. İddiaçı Əli adlı uşağın atası olmamasının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmədə baxılarkən, «məhkəmə-tibbi genetik» ekspertizası təyin edilmişdir. «Məhkəmə-tibbi genetik» ekspertizasının xx.xx.2025-ci il tarixli, 429/2025-TBŞ nömrəli rəyində İddiaçı ekspertizaya təqdim olunmuş X10 adlı uşağın bioloji atası olmasının inkar olunduğu göstərilmişdir. Bundan başqa məhkəmə iclaslarında Cavabdeh özüdə Əli adlı uşağın bioloji atasının İddiaçı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.2-ci maddəsinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1 və 46.2-ci maddələrinə uyğun olaraq, doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hazırki halda isə tərəflər arasında mübahisə tərəflərin birgə nikahı dövründə 04 may 2022-ci il tarixdə anadan olmuş X7 atadan mənşəyinin müəyyən edilməsi ilə əlaqədardır. Bu qəbildən olan mübahisələrin məhkəmədə həlli zamanı məhkəmə genetik ekspertizası digər sübutlarla yanaşı tərəflərin öz tələb və etirazlarının həqiqiliyini təsdiq edən əsas sübutetmə vasitərlərindən birindir. Mülki işə məhkəmədə baxılarkən keçirilmiş «məhkəmətibbi genetik» ekspertizasının xx.xx.2025-ci il tarixli, 429/2025-TBŞ nömrəli rəyində İddiaçı ekspertizaya təqdim olunmuş X10 adlı uşağın bioloji atası olmasının inkar olunduğu göstərilmişdir. Cavabdeh isə həmin ekspert rəyinin əsaslılığını şübhə altına alan və ya təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa Cavabdeh özü etiraf etmişdir ki, Əli adlı uşağın atası İddiaçı deyildir.Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı 04 may 2022-ci il tarixdə Cavabdeh doğulmuş X7 atası olmadığı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı 04 may 2022-ci il tarixdə Cavabdeh doğulmuş X7 atası olmadığı müəyyən edilsin. Qtnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-919/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-919/2025
13.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver