Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-920/2025 10.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment, uşağın 3 yaşı tamam olanadək aliment və hamiləlik dövründə aliment tələbinə dair mülki işə 10 iyun 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cii il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 250 (iki yüz əlli) manat miqdarında alimentin, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşı tamam olanadək 100 manat miqdarında alimentin, hamiləliyi dövründə hər ay 200 manat alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcinin yarısı olan 25 (iyirmi beş) manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2023-cü ii tarixdə X3 adlı uşağı doğulmuşdur. Cavabdehlə xasiyyəti uyğunlaşmadığından ayrılmışdır və övladı ilə birlikdə atası evində yaşayır. Cavabdeh fərdi əməklə məşğul olmaqla yüksək məbləğdə qazanc əldə etsədə, ailəyə və uşağa qayğı göstərməmişdir. O hazırda heç yerdə işləmədiyindən uşağının maddi təminatını təmin edə bilmir və maddi cəhətdən sıxıntı çəkir. xx.xx.2023-cü il təvəllüdlü X2 hələ 3 yaşı tamam olmamışdır və hazırda o ikinci uşağa hamilədir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında və etiraz ərizəsində iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı ilə 2022-ci ilin avqust ayında el adəti ilə evlənərək birgə yaşamışlar və 31 may 2023-cü il tarixdə Adəm Barıyev adlı uşaq dünyaya gəlmişdir. Hamin tarixədək münasibətləri normal olsa da, sonradan münasibətləri pisləməyə başlamışdır. Belə ki, təxminən 2024-cü ilin əvvəllərində İddiaçı xəyanət etməsindən şübhələnmiş, 09 aprel 2024-cü il tarixdə İddiaçı həmkəndliləri Mahit adlı şəxslə münasibətləri mövcud olması ona məlum olmuşdur. Bu barədə ciddi mübahisələri olmuş, o polis şöbəsinə müraciət etmiş, muraciəti asasında polis şöbəsində izahatı alınmış Mahit adlı şexs İddiaçı ilə münasibətinin olmasını etiraf etmişdir. Həmin tarixdən İddiaçı ilə münasibətləri tamamilə kəsilmiş və İddiaçı Bakı şəhərinə köçmüşdür. Bir müddət sonra Bakı şəhərində işləyən zaman İddiaçı atası Ramin Əzizov onları barışdırmışdır və 05 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində rəsmi nikaha daxil olmuşlar. Bir müddət birgə yaşasalar da, sonradan yenidən mübahisələr yaranmışdır. Belə ki, İddiaçı əvvəllər etdiyi hərəkətini davam etdirməsi barədə məlumat almış və 23 noyabr 2024-cu il tarixdə Bakı şəhərindən yaşadığı Qazax rayonu Aslanbəyli kəndinə qayıtmışdır. Həmin tarixdən hazırki vaxtadək İddiaçı görməmişdir və onunla heç bir əlaqəsi yoxdur. Lakin buna baxmayaraq iddiaçı ərizəsində hamilə olduğunu qeyd etmiş və məhkəmədən bununla bağlı aliment tələb etmişdir. O iddiaçını sonuncu dəfə 23 noyabr 2024-cü il tarixdə görmüşdür və onunla heç bir əlaqəsi olmamışdır. Nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Heç bir yerdə işləmir və 80 manat veteran pulu alır. Hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan temin edilməməlidir. O yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün yalnız 80 manat aliment ödəyə bilər. İddia tələbinin qismən, yəni 80 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxmağı xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən qəbul etmiş və verdiyi izahatında göstərmişdir ki, cavabdehin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək imkanı yoxdur. Belə ki, cavabdeh səhhətində olan problemlərlə bağlı heç bir yerdə işləmir. Cavabdeh iddiaçının yanında qalan uşağın saxlanılması üçün ayda 150 manat aliment ödəyə bilər. X2 3 yaşı tamam olanadək 100 manat miqdarında alimentin tutulması və hamiləlik dövründə hər ay 200 manat alimentin tutulmasına dair hissədə isə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 05 oktyabr 2024-cü il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3326 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Barıyeva” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaq doğulmuşdur. İş materiallarına əlavə olunmuş Qazax RMX-nın xx.xx.2025-ci il tarixli USM müayinəsindən görünür ki, İddiaçı 19 həftə 6 günlük hamilədir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 04 may 2022-ci il tarixli xəstəli haqqında şəhadətnamədən görünür ki, Cavabdeh mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, astenik sindromla, gərginlik tip baş ağrısı, sol böyrəyin sadə kistası, hər iki böyrəyin mikrolitləri, sağ ayağın pəncəsinin ön səthinin termiki yanığından sonrakı piqmentasiyası diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kitabçadan çıxarışlardan görünür ki, Cavabdeh F431, F072 posttravmatik stress pozuntusu sindromu, F620, F431 fəlakət keçdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, posttravmatik stress pozuntusu, F072 postkontuzion sindrom, şəxsiyyətin həyəcan (yayındırıcı) pozuntusu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi məşğulluq haqqında arayışdan görünür ki, ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən Cavabdeh əmək müqaviləsi aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2023-cü ii tarixdə X3 adlı uşaq doğulmuşdur. Tərəflər baş vermiş narazılıqlara görə faktiki olaraq ayrılmışlar. Ayrıldıqları vaxtdan azyaşlı uşaq iddiaçının himayəsində qalmışdır. İddiaçı uşağın saxlanılmasında çətinlik çəkdiyini qeyd edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 250 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış Adəm adlı uşağın valideyni olduğundan İddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 160 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 400 (dörd yüz) manatın 0,40 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, iddianın “uşaq 3 yaşına çatana kimi saxlanması üçün iddiaçının özünə 100 manat məbləğində alimentin tutulması” barədə tələbini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsində ər-arvadın bir-birini saxlamaq vəzifəsi aşağıdakı kimi göstərilmişdir: 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. əlilliyi olan ümumi uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi övlada qulluq edən və ehtiyacı olan ər və ya arvad. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələbləri baxımından ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, zəruri vəsaitə malik olduğu halda ərdən məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdir, lakin qeyd edilən Məcəllənin tələblərindən göründüyü kimi qanunvericilik bunun üçün ərin zəruri vəsaitə malik olmasını nəzərdə tutur. Məhkəmə iclasında cavabdehin tələb olunan məbləğdə aliment ödəmək üçün zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır, lakin bununla belə məhkəmə hesab edir ki, cavabdehin tələb olunan məbləğdə alimenti ödəməsi üçün zəruri vəsaitə malik olmaması onu maddi yardıma ehtiyacı olan arvadı saxlamaq vəzifəsindən tamamilə azad etmir. Məhkəmə qeyd edir ki, həmin yardımın edilməsi ilk növbədə uşaq barəsində ana tərəfindən hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqəlidir, yəni uşaq azyaşlı olduğundan ana vəzifələrini həyata keçirərkən kifayət qədər zamana malik olmalı və bu zaman ananın özünün qayğıları həmin vəzifənin həyata keçirilməsinə maneçilik törətməməlidir. Maddi yardıma ehtiycı olan ananın isə uşaq azyaşlı olduğundan işləmək imkanları məhdud olduğu halda ehtiyacların təmin edilməsi məqsədi ilə işləməsi və bunun nəticəsində uşağa kifayət qədər qayğı göstərməməsi ilk növbədə uşağın mənafeyinə ziddir. Bundan başqa məhkəmə, iddiaçının hamiləlik dövründə hər ay 200 manat alimentin tutulması ilə bağlı hissəsinə dair qeyd edir ki, İddiaçı hamiləlik dövrü üçündə aliment tutulmasını xahiş etsədə, məhkəməyə cavabdehin həmin aliment ödəməsi üçün zəruri vəsaitinin olmasını, həmçinin özünün işsiz olması və maddi ehtiyacının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa iş materiallarındsa olan sənədlərdən görünür ki, Cavabdeh İİ Qarabağ müharibəsinin iştirakçısı olmuşdur və ona mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, astenik sindromla, gərginlik tip baş ağrısı, sol böyrəyin sadə kistası, hər iki böyrəyin mikrolitləri, sağ ayağın pəncəsinin ön səthinin termiki yanığından sonrakı piqmentasiyası diaqnozu qoyulmuşdur. Həmçinin Azərbaycan Respublikasının ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi məşğulluq haqqında arayışından görünür ki, Cavabdeh əmək müqaviləsi aşkar edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia hamiləlik dövrü üçün 200 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaq üç yaşına çatanadək iddiaçının özünə 40 (qırx) manat miqdarında aliment tutulmalıdır. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 1920 manat məbləğində təşkil etdiyindən 30+9.20 manat, cəmi 39.20 (doqquz manat 20 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya şəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq, mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 16 aprel 2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində (160 : 400=0,40) sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaq 3 (üç) yaşına çatanadək 40 (qırx) manat sabit pul məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 25 (iyirmi beş) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 39.20 (doqquz manat 20 qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-920/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-920/2025
10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver