Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-101/2023 11.01.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza xərcinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh iddianı qəbul etməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, atası X3 məxsus Qax rayonu Marsan kəndində ümumi sahəsi 1.93 hektar torpaq sahəsi olmuşdur. İçində fındıq ağacları olan bu sahə atasından qalmışdır. 2002-ci ildə atası sahənin 1.30 hektarı borc müqabilində həmkəndlisi Cavabdeh vermişdir. Həmin ildən etibarən torpağın qalan hissəsini də Fərrux zəbt etmişdir. Atası dəfələrlə müraciət etməsinə baxmayaraq işə biganə yanaşılmış, onlara məxsus ərazini geri qaytarmamışdır. 2016-cı ildə atası dünyasını dəyişdikdən sonra o X4 göstərərək ərazini yenidən ölçdürmək istədiyini bildirmişdir. Fərrux razılaşmasa da sonda Qax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ərazini ölçməyə nail olmuşdur. Bundan sonra o Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək sahəsi 0.23 ha olan 20 ildən çox bir vaxt zəbt olunan həmin əraziyə Dövlət Reyestrindən **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli “Çıxarış” almışdır. Əlində “Çıxarış” olmasına baxmayaraq, Fərrux onu yenə də əraziyə girməyə qoymamışdır. O, yenidən Qax rayon Məhkəməsinə müraciət edərək cavabdehi zəbt olunmuş ərazidən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçmə işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 22 fevral 2022-ci il tarixli 10/587 saylı rəy verilmişdir. Ekspertin rəyi ilə iddiada göstərilən məhkəmə predmeti olan **********88 nömrəli “Çıxarışda” göstərilən 0.23 ha torpaq sahəsi naturada Cavabdeh istifadəsindədir. Bütün bu sübutlara baxmayaraq Əliyev X1 məhkəməsinə şikayət versə də Qax rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2 (024)-15/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödədiyi ekspertiza xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia tələbində göstərilənləri qəbul etmir. O, iddiaçıya ekspertiza xərcini ödəməyəcəkdir. Çünki həmin ekspertiza rəyi ilə razılaşmamışdır. İddianı qəbul etmir, rədd edilməsini xahiş edir. İş materiallarında olan Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-15/2022 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı və X2 ümumibirgə mülkiyyətində olan Qax rayonu Marsan kəndində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılması qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-812/2022 saylı qətnaməsinin surətindən görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)- 15/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonu Dəymədağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Seriya AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Qax rayonu Qaşqaçay kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı mütəxəssis rəyinin verilməsi üçün tələb olunan 316.30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-15/2022 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı və X2 ümumibirgə mülkiyyətində olan Qax rayonu Marsan kəndində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, iddiaçı tərəfindən ekspert rəyinin verilməsi üçün 316 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda ödədiyi həmin dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Beləliklə iddia tələbi işin faktiki halları, iş materialları və iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş xx.xx.2021-ci il tarixli qəbzlə sübuta yetirilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ekspertiza xərcinə görə ödənilmiş 316 manat pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ekspertiza xərcinə görə ödənilmiş ödənilmiş 316 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-101/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-101/2023
11.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver