Məhkəmə qərarları › İş №2(024)-139/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-139/2024

09.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-139/2024 09.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı tərəflər Qax rayon notariat ofisinə və DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “əri X1 miras qalan Qax rayonu Şotavar kəndində yerləşən ümumi sahəsi 44.4 kv/m olan fərdi yaşayış evi və 1.28 ha həyətyanı torpaq sahəsindən və “VAZ 21061” markalı **- BG-*** qeydiyyat nişanlı avtomaşından ibarət mirasın qəbul etmə faktının tanınması və onun mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı tərəflər Qax rayon notariat ofisinə və DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət edərək əri X1 miras qalan Qax rayonu Şotavar kəndində yerləşən ümumi sahəsi 44.4 kv/m olan fərdi yaşayış evi və 1.28 ha həyətyanı torpaq sahəsindən və “VAZ 21061” markalı **-BG-*** qeydiyyat nişanlı avtomaşından ibarət mirasın qəbul etmə faktının tanınması və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı tərəflər Qax rayon notariat ofisinin notariusu və DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiklərini və mərhum ataları X1 miras qalan Qax rayonu Şotavar kəndində yerləşən ümumi sahəsi 44.4 kv/m olan fərdi yaşayış evi və 1.28 ha həyətyanı torpaq sahəsindən və “VAZ 21061” markalı **-BG-*** qeydiyyat nişanlı avtomaşından ibarət mirasdan özlərinə düşən paydan onların xeyrinə imtina etdiklərini göstərmiş, maraqlı tərəflər Qax rayon notariat ofisinə və DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə nümayəndəsi gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı tərəflər Qax rayon notariat ofisinin notariusu və DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qax rayonu Şotavar kəndində yaşayır. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Əri öldükdən sonra mirası qəbul etmiş və hal-hazırda orada yaşayır. Qax rayonu Şotavar kəndində yerləşən ümumi sahəsi 44.4 kv/m olan fərdi yaşayış evi və 1.28 ha həyətyanı torpaq sahəsindən və “VAZ 21061” markalı **-BG-*** qeydiyyat nişanlı avtomaşından ibarət miras qalmışdır. Bildirir ki, əri öldükdən sonra o mirası idarə edir. Qızları hər ikisi ərə gediblər. Onlar mirası qəbul etməmişlər. Mirası faktiki olaraq o qəbul etmişdir. O, sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsə də orada aralarında mübahisə olduğu üçün ona məhkəməyə müraciət etməyi məsləhət gördülər. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən əri X1 miras qalan Qax rayonu Şotavar kəndində yerləşən ümumi sahəsi 44.4 kv/m olan fərdi yaşayış evi və 1.28 ha həyətyanı torpaq sahəsindən və “VAZ 21061” markalı **-BG-*** qeydiyyat nişanlı avtomaşından ibarət mirasın qəbul etmə faktının tanınması və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********09-10301 reyestr nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şotavar kəndində yerləşən 1.28 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evi X3 tam, torpaq sahəsi isə X3, İddiaçı və Cavabdeh2 ümumibirgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş AD № 935850 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21061” markalı **-BG-*** qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə İddiaçı nikahları xx.xx.1978-ci ildə rəsmi qeyd edilmişdir. İşə əlavə edilmiş AZ-İİ № 334287 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi № 05/76-216/69 saylı Arayışdan görünür ki, X7 16 yanvar 1988-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Qorağan kənd İƏD-nin verdiyi xx.xx.2023cü il tarixli 409 saylı arayışdan görünür ki, mərhum X3 arvadı İddiaçı, qızları Cavabdeh1 və Məhərrəmova (Məmmədova) Kəmalə Mustafa qızından ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Cavabdeh1 və Məhərrəmova (Mamedova) Kəmalə Mustafa qızının məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar mərhum ataları X1 miras qalmış əmlaklardan ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etmədiklərini, həmin əmlaklardan İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almalarına etiraz etmədiklərini göstərmişlər. İşə əlavə edilmiş Qorağan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 84 nömrəli Arayışından görünür ki, İddiaçı Qorağan Bələdiyyəsində torpaq vergisi ödəyicisi kimi qeydiyyatdadır. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı miras əmlakla bağlı kommunal xərcləri və bələdiyyə vergisini ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********09-10301 reyestr nömrəli Çıxarışa əsasən Qax rayonu Şotavar kəndində yerləşən 1.28 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evi X3 tam, həmin torpaq sahəsi isə X3, İddiaçı və Cavabdeh2 ümumibirgə mülkiyyətindədir. AD № 935850 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “VAZ 21061” markalı **-BG-*** qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. X4 xx.xx.2022-ci ildə ölmüş, onun arvadı İddiaçı, qızları Cavabdeh1 və Məhərrəmova (Mamedova) Kəmalə Mustafa qızından ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən Cavabdeh1 və Məhərrəmova (Mamedova) Kəmalə Mustafa qızı mərhum ataları X1 miras qalmış əmlaklardan ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etmədiklərini, həmin əmlaklardan İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almalarına etiraz etmədiklərini göstərmişlər. İddiaçı mərhum əri X1 miras qalan Qax rayonu Şotavar kəndində yerləşən ümumi sahəsi 44.4 kv/m olan fərdi yaşayış evi və 1.28 ha həyətyanı torpaq sahəsindən və “VAZ 21061” markalı **- BG-*** qeydiyyat nişanlı avtomobildən ibarət mirasın qəbul etmə faktının tanınması və onun mülkiyyətinə verilməsini tələb edir. Cavabdehlər mərhum atalarından miras qalmış əmlaklardan özlərinə düşən paylarından iddiaçının xeyrinə imtina etmişlər. Məhkəmə iddia tələbinin mirasın faktiki qəbul edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı mərhum əri Mustafa Məmmədovun ölümündən sonra miras əmlaklardan yaşamaqla və istifadə etməklə mirası faktiki qəbul etdiklərin açıq-aşkar nümayiş etdirmişlər. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Belə ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddətihüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə müəyyən edildi ki, vərəsələr arasında onların mirası faktiki qəbul etmələri ilə bağlı heç bir narazılıq yoxdur. Məhkəmə iddia tələbi üzrə qeyd edir ki, iş üzrə vəsiyyətnamə mövcud deyildir. qanun üzrə 3 vərəsəsi vardır və iki vərəsə mirası nə notariat ofisinə ərizə verərək nə də faktiki qəbul etmiş və iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi tam olaraq əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********09-10301 reyestr nömrəli Çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 1.28 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən, həmin evin yerləşdiyi torpaq sahəsinin X3 payına düşən 1/3 hissəsindən, AD № 935850 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X3 mülkiyyətinə verilmiş “VAZ 21061” markalı **-BG- *** qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakların İddiaçı tərəfindən faktiki qəbul etməsi müəyyən edilməli, həmin əmlakların hər biri üzərində İddiaçı payı tam olaraq müəyyən edilməli və həmin əmlaklar iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********09-10301 reyestr nömrəli Çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 1.28 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən, həmin evin yerləşdiyi torpaq sahəsinin X3 payına düşən 1/3 hissəsindən, AD № 935850 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X3 mülkiyyətinə verilmiş “VAZ 21061” markalı **-BG-*** qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakların İddiaçı tərəfindən faktiki qəbul etməsi müəyyən edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********09-10301 reyestr nömrəli Çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 1.28 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən, həmin evin yerləşdiyi torpaq sahəsinin X3 payına düşən 1/3 hissəsindən, AD № 935850 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X3 mülkiyyətinə verilmiş “VAZ 21061” markalı **-BG-*** qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakların üzərində İddiaçı qanun üzrə payı tam müəyyən edilsin və həmin əmlaklar iddiaçının mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar