Məhkəmə qərarları › İş №2(024)-486/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-486/2024

17.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-486/2024 17.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı xx.xx.2024-cü il tarixli etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə qarşı “X3 və X10ndan miras qalan Qax şəhəri N.Gəncəvi küçəsi ev 4 (Yeni qaydalarla Qax şəhəri Nizami küçəsi giriş 21) fərdi yaşayış evi və 0.0393 ha həyətyanı torpaq sahəsindən ibarət əmlaka vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosesual müddətin üzürlü hesab edilməklə uzadılması, X2 və X10ndan miras qalan Qax şəhəri N.Gəncəvi küçəsi ev 4 (Yeni qaydalarla Qax şəhəri Nizami küçəsi giriş 21) 140.40 k/m fərdi yaşayış evindən və 0.0393 ha həyətyanı torpaq sahəsindən özünə düşən payın müəyyən edilməsi və mülkiyyətimə verilməsi” tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Qax rayon məhkəməsinə müraciət edərək, X2 və X10ndan miras qalan Qax şəhəri, N.Gəncəvi küçəsi ev 4 (Yeni qaydalarla Qax şəhəri, Nizami küçəsi giriş 21) fərdi yaşayış evi və 0,0262 ha həyətyanı torpaq sahəsindən ibarət əmlaka vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosesual müddətin üzürlü hesab edilməklə uzadılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qax şəhəri, A.Şaiq küçəsi ev 19-da yaşayır. X9 xx.xx.1941-ci il tarixdə Qax rayonu, İlisu kəndində anadan olmuş, əmisinin övladı olmamışdır. X10 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, subay olmuş, evlənməmiş və övladı olmamışdır. Övladların hər biri vəfat etmişdir. X3 və X10nın İ dərəcəli vərəsələri qalmamışdır. X3 həyat yoldaşı X44 xx.xx.2023-cü il tarixdə, X24 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Digər bibisi X16 isə xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X9 və X10ndan Qax şəhəri N.Gəncəvi küçəsi ev 4 (Yeni qaydalarla Qax şəhəri Nizami küçəsi giriş 21) fərdi yaşayış evi və 0.0262 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Əmisi və bibisi öldükdən sonra mirası iddiaçı idarə etmişdir. İddiaçı əmisindən və bibisindən qalan miras əmlakı sənədləşdirmək üçün Qax rayon Notariat Ofisinə müraciət etmiş, orada ona müddəti keçirdiyi üçün prosesual müddətin bərpası üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Prosesual müddəti ötürdüyünü bilməmiş, elə bilmişdir ki, əmisi və bibisi öldükdən sonra mirası öz adına keçirə bilər. Həmçinin vərəsə olaraq daim əmisinin qulluğunda durmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək X2 və X10ndan miras qalan Qax şəhəri N.Gəncəvi küçəsi ev 4 (Yeni qaydalarla Qax şəhəri Nizami küçəsi giriş 21) fərdi yaşayış evi və 0.0393 ha həyətyanı torpaq sahəsindən ibarət əmlaka vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosesual müddətin üzürlü hesab edilməklə uzadılması, X2 və X10ndan miras qalan Qax şəhəri N.Gəncəvi küçəsi ev 4 (Yeni qaydalarla Qax şəhəri Nizami küçəsi giriş 21) 140.40 k/m fərdi yaşayış evindən və 0.0393 ha həyətyanı torpaq sahəsindən özünə düşən payın müəyyən edilməsi və mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X17 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, digər üç vərəsə olan İddiaçı qardaşı X45 və digər bibisi X7 uşaqları özlərinə çatacaq paydan onun xeyrinə imtina etmişlər. Vərəsələr arasında hazırda hər hansı mübahisə yoxdur. İddiaçının miras əmlak barədə qanunla müəyyən edilmiş müddətdə vərəsəlik şəhadətnaməsi almamasının səbəbi qanunla müəyyən edilmiş müddətin olmasından xəbərsiz olması olmuş, lakin X9 və X10 öldükdən sonra miras əmlakı daim iddiaçı idarə etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Qax rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X11 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 388 nömrəli məktubdan görünür ki, mərhum X12 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın qəbulu müddətinin ötürülməsi göstərilmişdir. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 554 nömrəli məktubdan görünür ki, mərhum X15 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın qəbulu müddətinin ötürülməsi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********10-10301 reyestr nömrəli, xx.xx.2024-ci il qeydiyyat tarixli arayışdan görünür ki, Qax şəhəri, Nizami Gəncəvi küçəsi ev 4 (Yeni qaydalarla Qax şəhəri Nizami küçəsi giriş 21) 140.40 kvadratmetr fərdi yaşayış evi və 0.0393 ha həyətyanı torpaq sahəsi X24 (fərdi yaşayış evi tam və torpaq sahəsi ümumi birgə), X29 və X7 (torpaq sahəsi ümumi birgə) mülkiyyətindədir. № 3-16-5/8-69-101/2024 nömrəli 09 iyun 2024-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X14 atası X38, anası isə X30r. № 3-16-5/8-xx-xx/2024 nömrəli 04 aprel 2024-cü il tarixli doğum haqqında arayışın surətindən görünür ki, X20 atası X38, anası isə X30r. Vİİİ-ЖГ № 326640 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 atası X32, anası isə X25r. İİ-ЖГ № 424770 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 atası X32, anası isə X25r. AZE № ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X34 xx.xx.1964-cü il təvəllüdlüdür. AZE № 07169292 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.1959-cu il təvəllüdlüdür. Ölüm haqqında AZ-İ № 390831 saylı şəhadətnamədən görünür ki, X16 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 1451 nömrə ilə qeydiyyat aparılmışdır. 3-16-5/8-69-102/2024 saylı xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X44 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023ci il tarixdə 172 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İ № 832242 saylı şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017ci il tarixdə 40 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İ № 739190 saylı şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015ci il tarixdə 66 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İ № 623626 saylı şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013cü il tarixdə 107 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İİ № 427485 saylı şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.1967-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1967ci il tarixdə 14 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İİ № 427484 saylı şəhadətnamənin surətindən görünür ki, X41 xx.xx.1982-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1982ci il tarixdə 18 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İİ № 427499 saylı şəhadətnamənin surətindən görünür ki, X46 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005ci il tarixdə 44 nömrə ilə qeydiyyat aparılmışdır. İV-ЖГ № 384670 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X31 xx.xx.1988-ci il tarixdə Qax rayon VVAQ Şöbəsi tərəfindən 36 nömrəli qeydlə nikahları qeydə alınmış, nikahdan sonra ərə İbrahimli, arvada İbrahimova soyadı verilmişdir. Qax RİHB-nın Qax şəhər İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 113 nömrəli arayışdan görünür ki, X24 xx.xx.2017-ci il tarixdə ölmüş və onun birinci dərəcəli vərəsələrindən hal-hazırda sağ qalan yoxdur. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli № 05-09-lS/060924-24 nömrəli məktubdan görünür ki, X19 birinci dərəcəli vərəsələrindən hal-hazırda sağ qalan yoxdur. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli № 05/09lS/078635-24 nömrəli arayışdan görünür ki, xx.xx.1940-cı il tarixdə doğulmuş, xx.xx.2015-ci il tarixdə ölmüş X20 X34 və X26 ibarət vərəsələri qalmışdır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli № 05/09lS/078636-24 nömrəli arayışdan görünür ki, xx.xx.1936-cı il tarixdə doğulmuş, xx.xx.2009-cu il tarixdə ölmüş X7 X51 və X22 ibarət vərəsələri qalmışdır. Qax RİHB-nın Qax şəhər İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 1019 nömrəli arayışdan görünür ki, X7 X51 və X22 ibarət vərəsələri qalmışdır. Qax RİHB-nın Qax şəhər İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 1020 nömrəli arayışdan görünür ki, X19 X34 və X26 ibarət vərəsələri qalmışdır. Qax RİHB-nın Qax şəhər İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 1021 nömrəli arayışdan görünür ki, X14 X34 və X26 ibarət vərəsələri qalmışdır. X13 imzasının həqiqiliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə notariat qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, dayısı X14 və xalası X19 ölməsindən sonra mirasın açılmasından məlumatı vardır. X1 və xalası X15 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq mirasın özünə çatası hissəsini nə notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmişdir. X1 və xalası X15 qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq mirasın ona çatası pay hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin dayısı qızı X21 almasına etiraz etmir. X5 imzasının həqiqiliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə notariat qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, dayısı X14 və xalası X19 ölməsindən sonra mirasın açılmasından məlumatı vardır. X1 və xalası X15 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq mirasın özünə çatası hissəsini nə notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmişdir. X1 və xalası X15 qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq mirasın ona çatası pay hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin dayısı qızı X21 almasına etiraz etmir. Vərəsə X62 imzasının həqiqiliyi Bakı şəhəri 3 saylı Asan Xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə notariat qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, X3 və X10nın ölməsindən sonra mirasın açılmasından məlumatı vardır. X2 və X10ndan qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq mirasın özünə çatası hissəsini nə notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmişdir. X2 və X10ndan qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq mirasın ona çatası pay hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bacısı X21 almasına etiraz etmir. Qax RİHB-nın Qax şəhər İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 906 nömrəli arayışdan görünür ki, X4 şəhəri, A.Şaiq küçəsi ev 19-da yaşayır. xx.xx.2024-cü il tarixli AR-İİİ № 391273 nömrəli etibarnamədən görünür ki, İddiaçı X11 verdiyi etibarnamə xx.xx.2034-cü il tarixədək qüvvədədir. Azərsu ASC-nin xx.xx.2024-cü il tarixli abonentin hesab fakturasından görünür ki, ünvan 1 ünvanında su sərfiyyatı üçün ödənişlər İddiaçı tərəfindən ödənir. KapitalBank ASC-nin xx.xx.2024-cü il tarixli 16634 nömrəli qəbzindən görünür ki, iddiaçı tərəfindən qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, miras qoyanlar iddiaçının əmisi mərhum X24 və X10dır. Onlardan qalmış miras əmlak isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********10-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli arayışa əsasən Qax şəhəri, Nizami Gəncəvi küçəsi ev 4 (Yeni qaydalarla Qax şəhəri Nizami küçəsi giriş 21) 140.40 kvadratmetr fərdi yaşayış evi və 0.0393 ha həyətyanı torpaq sahəsidir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyanlar 2000-ci ildən sonra vəfat etdiklərinə görə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146-cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin iddiaçı mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, əmisinin və bibisinin yegəna vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin buraxılmasının səbəbləri üzürlüdür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin buraxılmasının səbəblərinin üzürlü olması nəticəsinə gəlindiyi üçün mirasın kütləsinda iddiaçının payı müəyyən edilməlidir. Bu hissədə işin halları araşdırılan zaman müəyyən edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********10-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli arayışa əsasən Qax şəhəri, Nizami Gəncəvi küçəsi ev 4-də (Yeni qaydalarla Qax şəhəri Nizami küçəsi giriş 21) yerləşən fərdi yaşayış evi və 0.0393 ha həyətyanı torpaq sahəsindən ibarət miras kütləsində İddiaçı payı tam müəyyən edilməlidir. Belə ki, miras qoyanlar X24 və X19 bacı və qardaşları olan X16 və X32 vəfat etmiş, X7 uşaqları X51 və X43, X20 oğlu X45 notariat qaydada təsdiq edilmiş ərizə verərək mirası faktiki olaraq qəbul etmədiklərini, gələcəkdə bununla bağlı müraciət etməyəcəklərini bəyan etmişlər. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunanlara məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ********** qeydiyyat nömrəli, **********10-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Qax şəhəri N.Gəncəvi küçəsi ev 4 (Yeni qaydalarla Qax şəhəri Nizami küçəsi giriş 21) fərdi yaşayış evi və 0.0393 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və Qax şəhəri N.Gəncəvi küçəsi ev 4-də (Yeni qaydalarla Qax şəhəri Nizami küçəsi giriş 21) yerləşən fərdi yaşayış evi və 0.0393 ha həyətyanı torpaq sahəsinin üzərində iddiaçının qanun üzrə payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, hüququn ölmüş şəxsə məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********10-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli arayışa əsasən mərhum X24 və X15 miras qalmış Qax şəhəri N.Gəncəvi küçəsi ev 4 (Yeni qaydalarla Qax şəhəri Nizami küçəsi giriş 21) fərdi yaşayış evi və 0.0393 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, hüququn ölmüş şəxsə məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********10-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli arayışa əsasən mərhum X12 və X15 miras qalmış Qax şəhəri N.Gəncəvi küçəsi ev 4 (Yeni qaydalarla Qax şəhəri Nizami küçəsi giriş 21) yerləşən fərdi yaşayış evi və 0.0393 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar