Məhkəmə qərarları › İş №2(050)-1058/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1058/2023

05.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1058/2023 05.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı hər birinin mirasın qəbul etmələri faktının müəyyən edilməsi tələbi barədə mülki işə Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı X1 miras qalmış Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.20 ha torpaq sahəsinə mirasın qəbul edilməsi faktının və həmin miras üzərində hüququnun müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, valideynləri X12 ilə X15 nikahlarını qeyd etdirmədən ailə qurmuş və onların faktiki nikahlarından onunla yanaşı qardaşları Cavabdeh1, Cavabdeh2 və Hüseynov Şərafət anadan olmuşlar. Valideynlərinin rəsmi nikahları olmadığından soyadları analarının soyadı ilə qeyd olunmuşdur. Sonradan Masallı Rayon Məhkəməsinin qətnaməsi əsasında X8 atası olması faktı müəyyən edilmiş və o da babasının adı ilə Rəsulov soyadını qəbul etmişdir. Valideynlərinin hər ikisi vəfat etmiş, qardaşlarından isə Şərafət vəfat etmişdir. Şərafətin, eləcə də digər qardaşlarının atalığı müəyyən edilməmiş, həmçinin ölən günədək valideynlərinin nikahları qeydə alınmamışdır. Nəticədə atasının yeganə vərəsəsi kimi o qalmışdır. Vəfat edənədək atasının mülkiyyətində torpağın mülkiyyətə verilməsinə dair JN-097A saylı şəhadətnamə ilə Masallı rayonu, Öncəqala kəndində 0.20 ha həyətyanı torpaq sahəsi olmuşdur. Atasının sağlığında və onun ölümündən sonra qeyd olunan həyətdə yerləşən evdə ailə üzvləri ilə yaşamaqla, təsərrüfatı idarə edərək, kommunal xərcləri ödəmiş, həmçinin atasının yas mərasimində onun bəzi şəxsi əşyalarını xatirə olaraq götürməklə mirası faktiki qəbul etmişdir. Miras torpaqda olan evi də o tikdirmişdir. Lakin mirasın qəbulu ilə bağlı notariusa ərizə verməmişdir. Mirası sənədləşdirmək notariat kontorunda mümkün olmamış, bu səbəbdən də atasına aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mərhum atası X12 07 noyabr 1996-cı ildə vəfat etmişdir. Atasının vəfatından əvvəl və sonra atasının evində və həyətyanı torpaq sahəsində o, yaşamış, təsərrüfatı idarə etmişdir. Mərhum atasından qalmış köhnə ev dağıldığı üçün, onun yerində yeni ev inşa inşa etmiş və hal-hazırda da həmin evdə yaşayır. Lakin evin yerləşdiyi 0,20 ha torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 nömrəli qərarı ilə mərhum atasının mülkiyyətinə verilmişdir. Ötən illər ərzində o, bütün təsərrüfatı idarə etmiş, torpaq sahsini hasara almış, vergilərini, kommunal xərcləri ödəmişdir. Qardaşlarından Hüseyn kənddə ayrı təsərrüfatda, Əlicavad Rusiyada yaşayır. Mərhum qardaşı Şərafətin övladları Şəfaxət, Rahid, Səxavət də mərhum ataları ilə ayrı təsərrüfatda yaşamışlar. Hal-hazırda atalığl müəyyən olunduğu üçün özünü yeganə vərəsə hesab edir. Ona görə də iddasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildridi ki, mərhum atasından miras qalmış 0,20 ha həyətyanı torpaq sahəsində onun və qardaşlarının payı vardır. Ata evində uzun illərdir İddiaçı yaşayır, atasının evini sökmüş, yerində yenisini inşa etmişdir. Onların da miras paylarının müəyyən olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı atası X12 tərəfindən 07 iyun 1989-cu ildə, onun adına verdiyi vəsiyyətnamədə onu yəni, İddiaçı vərəsəlikdən və övladı olmasından imtina etmişdir. Atasının təsərrüfatı, mal-qarası olduğu üçün heç kimdən asılı olmayıb. O, hər ay valideynlərinə maddi köməklik etmişdir. Valideynlərinin dəfn xərclərini o ödəyib, başdaşlarını qoydurmuşdur. Qeyd etmişdir ki, üç qardaş iddiaçı Şakirlə şərtləşmiş, təsərrüfatdan, həyətyanı sahədən gələn gəlirlə vergiləri ödəsin, çünki onlar gələn gəlirdən Şakirin xeyrinə imtina etmişlər. O, atasının mülkündən və həyətyanı sahədən ona düşən vərəsəlik payını ayrılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Masallı Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı müraciətinə cavab məktubundan görünür ki, xx.xx.1996-cı ildə vəfat etmiş X5 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, faktiki qəbul barədə heç bir sənəd olmadığından, vərəsəliyin qəbul müddətinin keçməsi və vərəsələr arasında mübahisə olması əsası ilə müraciətdən imtina edilmişdir. JN-097A nömrəli kod 80511028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarı əsasında X9 0.20 ha fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi verilmişdir. Ölüm haqqında arayışlardan görünür ki, X12 07 noyabr 1996-cı ildə, X6 04 iyun1997-ci ildə vəfat etmişdir. Doğum haqqında arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1955-ci ildə anadan olmuşdur. Onun atası X12, anası isə X13r. Masallı rayon Öncəqala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, 1958-ci il təvəllüdlü Masallı rayonu Öncəqala kəndində doğulmuş Hüseynov X4 ərazisində daimi qeydiyyatda deyil və yaşamır. Masallı rayon Öncəqala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Rəsulov X10 kənd sakinidir. Onun atası mərhum X12 07 noyabr 1996-cı il tarixdə Masallı rayonunun Öncəqala kənd qəbristanlığında dəfn olunmuşdur. X2 ölümündən sonra ondan qalan mirası oğlu İddiaçı tərəfindən idarə olunur. Masallı rayon Öncəqala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı mərhum atası X12 07 noyabr 1996-cı ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu Öncəqala kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvlərindən İddiaçıdur. Mərhumun ailə tərkibində qeydiyyatdan çıxıb gedənlər oğulları Cavabdeh1, X6 (vəfat edib), Cavabdeh2dur. X7 qeyd edilənlərdən başqa vərəsələri yoxdur. İşdə olan doğum akt qeydi barədə arayışlardan görünür ki, Cavabdeh1 xx xxxx 1951ci ildə, Cavabdeh2 06 may 1958-ci ildə, X6 25 mart 1953-cü ildə anadan olmuşlar, doğum akt qeydlərinin ata qrafası boşdur, onların atalarının X12 olması faktı müəyyən edilməmişdir. Cavabdeh2 ərizəsinə əlavə edilmiş 07 iyul 1989-cu il tarixli, notariat qaydada təsdiq edilmiş (kserosurət) vəsiyyətnamədə qeyd olunmuşdur ki, X3 rayonu Öncəqala kəndində 0,20 ha torpaq sahəsində yerləşən bir mərtəbəli dörd otaqlı yaşayış evini oğlu Cavabdeh2 vəsiyyət edir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Miras 07 noyabr 1996-cı ildə açıldığına görə, mübahisə hüquq mühasibəsinin yarandığı zaman qüvvədə olan (xx.xx.1961) Mülki Məcəllənin maddi normalarına uyğun həll edilməlidir. Belə ki, AR MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mülki Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Azərbaycan SSR Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab edilir. Azərbaycan SSR Mülki Məcəllənin 530 və 532-ci maddələrinə əsasən qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə vərəslər sırasına daxildir. Azərbaycan SSR Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası qəbul etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu müddətdə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Məhkəmə göstərilən maddi hüquq normalarına əsasən qeyd edir ki, iddiaçının birinci növbə qanun üzrə vərəsə olması, miras qoyan mərhum Hüseynxan Gözəlovun miras açıldıqdan sonra mülkiyyətində 0,20 ha həyətyanı torpaq sahəsinin olması mübahisəli deyil. Tərəflər arasında mirasın bölüşdürüməsi barədə mübahisə olduğuna görə, mirasın bölüşdürülməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Məhkəmənin tədqiq etdiyi sübutlardan, həmçinin iddiaçı və Cavabdeh1 izahatlarından məlum olur ki, Hüseynxan Gözəlovun vəfat etməsindən sonra 0,20 ha miras qalmış torpaq sahəsinə faktiki olaraq birinci növbə vərəsə kimi İddiaçı sahiblik etmişdir. Belə ki, məhkəmə araşdırması ilə tam müəyyən olunmuşdur ki, Cavabdeh1 və digər cavabdehlər mərhum Hüseynxan Gözəlov ilə bir təsərrüfatda yaşamamışlar, onunla birlikdə və ölümündən sonra da miras qalmış torpaq sahəsində olan yaşayış sahəsində İddiaçı ailəsi ilə birlikdə yaşamış, 1996-cı ildən bu günədək həmin ünvanda yaşamaqla 27 il müddətində fasiləsiz təsərrüfatı idarə edir. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etirazlarına, o cümlədən digər cavabdehlərə münasibətdə qeyd edir ki, onların atalıq faktı müəyyən olunmadığına görə, qanunilik baxımından mərhum X12 ilə qan qohumluqları, yəni qanun üzrə vərəsə olmaları müəyyən olunmur. Həmçinin Cavabdeh2 vəsiyyətnamə təqdim etsə də, həmin vəsiyyətnamə ksero surət olmaqla bərabər, vəsiyyətnamə verilən vaxt Hüseynxan Gözəlovun xüsusi mülkiyyətində 0,20 ha torpaq sahəsi olmamış, bununla da onun sərəncam hüququ olmamışdır. Vəfat etdikdən sonra 2 il sonra Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarı əsasında X7 adına 0.20 ha torpaq sahəsi verilmişdir. Bundan başqa Azərbaycan SSR Mülki Məcəllənin 552-ci maddəsinin tələbləri baxımından, miras açıldıqdan sonra 6 ay müddətində iddiaçı miras əmlakını faktiki surətdə idarə etməyə başlamaqla və mirasa yiyələnməklə mirası faktiki qəbul etmişdir. Ona görə də onun iddiası əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 miras qalmış 0,20 ha torpaq sahəsi qanun üzrə birinci növbə vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar