Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-161/2023 01.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh, X3 Baqratoviçin iştirakı ilə. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək meşə fondu sahəsində özbaşına qanunsuz olaraq X8 məxsus 2 ədəd köküstə yaş qızılağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin 421,23 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq X9 Təsərrüfatı Mərkəzinin “KapitalBankın” Şəki rayon şöbəsinin müvafiq hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə etmiş, Cavabdeh iddianı qəbul etmişdir. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, X9 X5 meşəbəyliyinin 08 saylı meşə dolayısında qəfləti yoxlama keçirilən zaman Qax rayonu, Əlibəyli kənd sakini Cavabdeh X8 məxsus 2 ədəd köküstə yaş qızılağac kəsdiyi faktı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci ii 1 may tarıxii, 78 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 2.2-1 -ci maddəsinə əsasən, meşə qanunvericiliyinə riayət edilməsim, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmadan qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Həmin Qaydaların 2.3-cü maddəsinə əsasən, meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüdudlarında meşə fondu ərazisində meşə qanunvericiliyinə riayət olunmasına nəzarət etmək, meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək hüquqlarına malikdirlər. X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi sübuta yetirilmiş və xx.xx.2022-ci il tarixli qərarla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə inzibatı tənbeh tətbiq edilmişdir. Eyni zamanda, inzibati xəta haqqında işə baxılarkən X6 hüquqazidd hərəkətləri nəticəsində X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 421 (dörd yüz iyirmi bir) manat 23 (iyirmi üç) qəpik maddi zərər vurulması müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə 283 nömrəli məktubla X8 vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinin müddəalarına əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən meşə fondu sahəsində özbaşına qanunsuz olaraq X8 məxsus 2 ədəd köküstə yaş qızılağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin 421,23 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq X9 Təsərrüfatı Mərkəzinin “KapitalBankın” Şəki rayon şöbəsinin müvafiq hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qıpçaq meşəbəyliyinin 08 saylı meşə dolayısında heç bir icazə sənədi olmadan 2 ədəd köküstə yaş qızılağacı kəsməklə iddiaçıya maddi ziyan vurmuşdur. Lakin o iddiaçıya ziyan vurduğunu bilməmişdir, belə ki həmin meşə sahəsinə bitişik onun pay torpaq sahəsi var. O elə zənn etmişdir ki, həmin kəsdiyi ağaclar ona verilən pay torpaq sahəsində olmuşdur. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan qərardan görünür ki, Cavabdeh Azərbaycan respublikasının İXM-nin 253.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, X9 X5 meşəbəyliyinin 08 saylı meşə dolayısına baxış keçirilən zaman Qax rayonu Əlibəyli kənd sakini Cavabdeh qanunsuz olaraq 2 ədəd köküstə yaş qızılağacı kəsməklə X8 vurduğu ziyanın məbləği 421,23 manat hesablanmışdır. İş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 X5 meşəbəyliyinin 08 saylı meşə dolayısında qəfləti yoxlama keçirilən zaman Qax rayonu, Əlibəyli kənd sakini Cavabdeh X8 məxsus 2 ədəd köküstə yaş qızılağac kəsdiyi faktı müəyyən olunmuşdur. Bununla da, Cavabdeh X8 421,23 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh X8 vurduğu ziyanın məbləği 421,23 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etmişdir. Məhkəmə tədqiqatı zamanı iddia tələbi cavabdehin etirafedici izahatı və işdə olan digər mötəbər sübutlarla ilə sübuta yetirlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, meşə fondu sahəsində özbaşına qanunsuz olaraq X8 məxsus 2 ədəd köküstə yaş qızılağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin 421,23 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq X9 Təsərrüfatı Mərkəzinin “KapitalBankın” Şəki rayon şöbəsinin müvafiq hesabına ödənildir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Meşə fondu sahəsində özbaşına qanunsuz olaraq X8 məxsus 2 ədəd köküstə yaş qızılağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin 421,23 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq X9 Təsərrüfatı Mərkəzinin “KapitalBankın” Şəki rayon şöbəsinin müvafiq hesabına ödənilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-161/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-161/2023
01.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver