Məhkəmə qərarları › İş №2(024)-207/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-207/2025

18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-207/2025 18.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində hər birindən 150 manat aliment alınıb ona verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahlarını xx.xx.1982-ci il tarixdə rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan tərəflərin 4 övladı olmuşdur. Uşaqların yetkinlik yaşı tamam olmuş və övladları ailə qurmuşlar. Cavabdehlə xasiyyətləri uyğun gəlməmiş və cavabdeh xəstə olduğu halda heç bir əsaslı səbəb olmadan tərk etmişdir. Aralarında olan nikah Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli. 2(024)615/2023 №li, 07 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Ailəlidir 4 övladı vardır. Ağır xəstədir, 67 yaşı var. Əmək qabliyyətini itirmişdir. O, sol diz qapağından əməliyyat olunmuşdur. Sag diz qapağı da əməliyyat olunmalıdır. Eyni zamanda belində 7.5 mm yırtıq var və əməliyyat olunmalıdır. Bundan əlavə prostat vəzindən əməliyyat olunmuşdur. Heç bir yerdə işləyə bilmir. Əmək qabliyyətini tamamilə itirmişdir. Cavabdeh isə ona heç bir yardım etmir. Lakin o cavabdehə hər cür qayğı göstərmişdir. Həm maddi və həm də mənəvi dəstəyini daim əsirgəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Ayda 327 manat pensiya alır. 4 uşaq böyütmüş, evləndirmişdir. Hamı iddiaçının yanındadır və ona baxırlar. Ondan isə imtina etmişlər. O, təkdir və yardım edən yoxdur. Başqa bir qadınla nikaha girmişdir. İki uşağı ona aliment ödəyir. Lakin 2 il ərzində 450 manat aliment ödəyiblər. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında göstərmişdir ki, bacısı Cavabdeh iddiaçı hansısa yolla pensiyaya çıxartmış və televiziyada cavabdehi saxta yolla pensiyaya çıxartdığını bildirmişdir. Hazırda Dövlət tərəfindən Cavabdeh təqaüdündən pul tutularaq əvvəl təyin oluna təqaüdə görə verilən pul geri qaytarılır. Məlakət hazırda onkoloji xəstədir və qızının evində qalır. İddianı qəbul etmir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İ 492170 №li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Qax Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və nikaha 07 dekabr 2023-cü ildə xitam verilmişdir. İş materiallarında olan DSMF-in 2 saylı Şəki-Zaqatala regional filialının Qax rayon qəbul şöbəsinin verdiyi 23 avqust 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 24 iyun 1982-ci il tarixdən orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi müddəti daimi olmaqla 327.22 manat əmək pensiyası alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komsisiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı onurğanın yayılmış osteaxandrozu, diskagen bel oma radikuliti, tez-tez residiv verən sürəkli lumbaişalgiya, sağda kökcüyünün zədələnməsi diaqnozu əsasında müddəsiz, ümumi xəstəliyə görə İİ dərəcəli əllik təyin edilmişdir. Ambulator kitabçadan Çıxarışdan görünür ki. İddiaçı prostat vəzinin hiperplaziyası diaqnozu qoyulmuş, müəyyən edilmə tarixi 03 dekabr 2024-cü ildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin nikahı Qax Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və nikaha 07 dekabr 2023-cü ildə xitam verilmişdir. İddiaçı orqanizm funksiyalarının 61-80 faiz (ikinci dərəcəli əlillik) pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi müddəti daimi olmaqla əmək pensiyası alır. Hazırda iddiaçı cavabdehdən hər ay sabit pul məbləğində 150 manat aliment tələb edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə keçmiş ər-arvadın aliment öhdəlikləri üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qüvvədə olan Ailə Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslər, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları əmək qabiliyyəti olmayan şəxslərdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2.18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Ailə Məcəlləsinin 85.1.3-cü maddəsinin dispozisiyasından da göründüyü kimi, alimenti ödəməyə zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququndan bəhs edilir. Lakin məhkəmə iclasında işin araşdırılan həqiqi halları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Cavabdeh ƏG-İİ qrup əlildir və 370.36 manat pensiya alır. Cavabdeh da əmək qabiliyyətinin böyük hissəsini itirmişdir və onun maddi cəhətdən iddiaçını saxlamaq qabiliyyəti yoxdur. İddiaçı tərəfindən isə cavabdehin onu saxlamaq üçün kifayət qədər vəsaiti olmasına dair hər hansı bir əsaslı və mötəvbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddiaçının saxlaması üçün onun yetkinlik yaşına çatmış ovladlarından alm=iment tutulması barədə məhkəmə qətnamələri mövcuddur. Ona görə də, məhkəmə iddia tələbinin sübuta yetirilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia rədd edildiyi üçün iddia ərizəsinin verilməsi üçün iddiaçını ödəməkdən azad olunduğu 38 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə, 60 manat ödənilmiş mediasiya xərci isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «Cavabdeh hər ay sabit pul məbləğində hər birindən 150 manat aliment alınıb ona verilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməkdən azad olunduğu 38 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə, 60 manat ödənilmiş mediasiya xərci isə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar