Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-208/2024 28.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Qax rayon Məhkəməsinin hakimi Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı cavabdehlər Cavabdeh2nə və X1 İstismar idarəsinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2nə və X1 İstismar idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında mənə qanunsuz olaraq hesablanmış 12960 kub/m qazın dəyəri 1555,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edlməsini xahiş emişdir. Mülki işin materiallarına əlavə edilmiş Qax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli AZ-İİ 392787 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunan prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı vəfat etdiyindən və o öldükdən sonra mübahisəli hüquq münasibətləri üzrə hüquq varisləri müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2nə və X1 İstismar idarəsinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi tələbi”nə mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Qax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-208/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-208/2024
28.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver