Məhkəmə qərarları › İş №2(024)-394/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-394/2023

26.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-394/2023 26.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcdan ödənilməmiş 5300 manatın tutularaq özünə ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə əmrinə əsasən tələb təmin edilmişdir. Cavabdeh məhkəmə əmrinə etiraz edərək işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-394/2023 saylı qərardadına əsasən xx.xx.2023-cü il tarixli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Həmçinin iddiaçı məhkəməyə teleqram vuraraq işə özünün iştirakı olmadan baxılmasını iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, kreditor İddiaçı borclu Cavabdeh ilə 11 iyun 2022-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində “kredit müqavilsi” adlanan borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, kreditor İddiaçı 7000 ( yeddi min) manat pulu borc kimi verməyi, borclu Cavabdeh isə həmin pulu 31 oktyabr 2022-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərin son müddəti gəldikdə borclu kreditora pulu qaytarmadığından, kreditor ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma zamanı izahatı alınmış borclu Cavabdeh kreditor İddiaçı 7000(yeddi min) manat borcu olduğunu etiraf etmiş, həmin puldan 1100(min yüz) manatını Polis şöbəsində ödəmiş, qalan pulu isə hər ayın sonunda 200(iki yüz) manat olmaqla tam ödəyəcəyinə soz vermişdir. İndiyədək borclu Cavabdeh kreditor İddiaçı cəmi ödədiyi məbləğ 1700(min yeddi yüz) manatdır, 5300(beş min üç yüz) manat ödənilməmiş qalmışdır. Borclu Cavabdeh ödəniş cədvəli təqdim edilsə də, heç bir ödəniş etməmişdir. Bununla bağlı dəfələrlə xəbərdarlıq edilmiş və ünvanına bildiriş göndərilmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcdan ödənilməmiş 5300 manatın tutularaq özünə ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı 7000 manat məbləğində borc pul almışdır. Məhkəmə işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 11 iyun 2022-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində “kredit müqavilsi” adlanan borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İddiaçı 7000 ( yeddi min) manat pulu borc kimi verməyi, Cavabdeh isə həmin pulu 31 oktyabr 2022-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərin son müddəti gəldikdə borclu kreditora pulu qaytarmadığından, kreditor ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçı 7000(yeddi min) manat borcu olduğunu etiraf etmiş, həmin puldan 1100(min yüz) manatını Polis şöbəsində ödəmiş, qalan pulu isə hər ayın sonunda 200(iki yüz) manat olmaqla tam ödəyəcəyinə soz vermişdir. Hazırki vaxtadək Cavabdeh İddiaçı cəmi ödədiyi məbləğ 1700(min yeddi yüz) manatdır, 5300(beş min üç yüz) manat isə ödənilməmiş qalmışdır. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin iddiaçıya 5300 manat borcunun olması işin halları və kredit müqaviləsi ilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5300 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5300 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5300 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar