Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-404/2024 01.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2020-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 235 manat aliment təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə birgə yaşadıqları dövrdə xx.xx.2020-ci il tarixdə Xədicə adlı uşağı olmuşdur. Onların rəsmi nikahı yoxdur. O, neçə ildir ki, valideyinlərinin yanında yaşayır. Övladına tək baxır. Cavabdeh ona övladına baxmağa heç bir maddi köməklik etmir. Hazırki dövrdə uşağı tək saxlamaq mümkün deyil, uşağın çoxlu ehtiyacları var. Cavabdeh dövlət işində işləməsə də fərdi işlərlə məşğul olur. O isə uşağı maddi cəhətdən dolandırmaqda çətinlik çəkir. Uşağın ehtiyaclarını ödəmək mümkün deyil. Hazırda X1 üçün alimentin 235 manat məbləğində müəyyən olunmasını istəyir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2020-cü il tarixdə anadan olmuş X3 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 235 manat aliment təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, X4 27 yanvar 2020-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Almalı kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(024)- 6/2024 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 235 manat aliment təyin olunması barədə tələbi” baxılıb mahiyyəti üzrə həll olunanadək 22 fevral 2020-ci il tarixdə Ukrayna Respublikasının Zaporojye vilayəti, Melitopol şəhərində anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 200 manat aliment alınıb İddiaçı verilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması, qərardadın dərhal icra edilməsi və icrasının müvafiq olaraq Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Almalı kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün 60 manat rüsum ödəmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında rəsmi nikah bağlanmamış, birgə yaşadıqları dövrdə xx.xx.2020-ci il tarixdə Xədicə adlı uşağı doğulmuşdur. Tərəflər fatkiki olaraq ayrılmışlar və azyaşlı Xədicə iddiaçının himayəsindədir. İddiaçı Xədicənin saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tələb edir. Məhkəmə Xədicə Məmtiyevanın mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alaraq hesab edir ki, “Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu haqqında” qanunda uşaqların saxlanması üçün 235 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması müəyyən edilmişdir. Odur ki, uşağın qayğısına qalmaq və ehtiyaclarını təmin etmək hər iki valideynin üzərinə qoyulmuş vəzifə və mənəvi borcdur. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 235 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. İddiaçı isə bir uşaq üçün 235 manat aliment tələb edir ki, bu da uşaqların mənafeyinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğundur. Məhkəmə Cavabdeh Xədicə Məmtiyevanın saxlanması üçün tutulan alimentin miqdarının hər ay sabit pul məbləğində 200 (iki yüz) manat məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən “Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər”. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, alimentin tutulması xx.xx.2024-cü il tarixdən yəni iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan başlanılmalıdır. Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(024)-6/2024 saylı müvəqqəti alimentin tutulması barədə qərardadının qəbul edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, aliment həmin qərardad nəzərə alınmaqla hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə də qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Aliment Qax rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 16(024)-6/2024 saylı müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-404/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-404/2024
01.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver