Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-407/2023 08.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi , İddiaçı, Cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusu X4 etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə. İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusu X5 qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusu X5 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi X1, 01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi notariusunda işlədiyi mütəxəssis vəzifəsi üçün hesablanmış ümumilikdə 27 (iyirmi yeddi) ay üçün 8100 (səkkiz min bir yüz) manat əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə etmiş, cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusu X4 etibarnamə üzrə nümayəndəsi Vəkil isə iddianı qəbul etməmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, 01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi notariusunda mütəxəssis vəzifələrdə işləmişdir. İş üzrə cavabdeh Qax Rayon Notariat Ofisinin xüsusi notariusu X4 05 iyul 2022-ci il tarixli əmri ilə qanunsuz və əsassız olaraq onunla bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi işlədiyi müddətdə ona ödənilməyən əmək haqqı ilə bağlıdır. Belə ki, iş üzrə cavabdeh Qax Rayon Notariat Ofisinin xüsusi notariusu X7 01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək olan müddətdə ona əmək haqqı ödəməmişdir. İşə başladığı vaxtdan əmək haqqım sabit olaraq aylıq 300 (üç yüz) manat olmuşdur. Yəni hal hazıradək iş üzrə cavabdeh Qax Rayon Notariat Ofisinin xüsusi notariusu X4 ona ödənilməmiş əmək haqqısı 27 (iyirmi yeddi) ay üzrə ümumilikdə 8100 (səkkiz min bir yüz) manat (27 ay x 300 manat) təşkil edir. İş üzrə cavabdeh Qax Rayon Notariat Ofisinin xüsusi X1 əmək haqqının ödənilməsini tələb etsə də, sonuncu bundan imtina etmiş və nəticədə Mediasiya Təşkilatına müraciət etmək məcburiyyətində qalmışdır. Lakin iş üzrə cavabdeh Qax Rayon Notariat Ofisinin xüsusi notariusu X7 mediasiya sesiyasında iştirak etməmiş və nəticədə mediasiya baş tutmamışdır. Hazırkı ərizə ilə Qax Rayon Məhkəməsinə müraciət etməsinin səbəbi də iş üzrə cavabdeh Qax Rayon Notariat Ofisinin xüsusi X1 ödənilməyən 8100 (səkkiz min bir yüz) manat pulun tutularaq ona ödənilməsini xahiş etməkdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi X1, 01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi notariusunda işlədiyi mütəxəssis vəzifəsi üçün hesablanmış ümumilikdə 27 (iyirmi yeddi) ay üçün 8100 (səkkiz min bir yüz) manat əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq onu da göstərdi ki, 2020-ci ilin mart ayından 2022-ci ilin iyul ayının 5-ə dək Qax rayon Notariat ofisində mütəxəssis kimi işləmişdir. Müqavilə üzrə onun əmək haqqı 300 manat olmalı idi. Ona əmək haqqı kartı verilməmişdir. Ona nağd şəkildə və yaxud bank vasitəsi ilə əmək haqqı verilməmişdir. Bundan vaxtında şikayət etməməsinin səbəbi işlədiyi müddətdə maddi imkanının yaxşı olması, əmək haqqına ehtiyacının olmamasıdır. Hazırda isə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusu X7 izahatında göstərmişdir ki, İddiaçı ilə 2020-ci ilin mart ayında əmək müqaviləsi bağlamaqla və minimum əmək haqqı 300 manat göstərilməklə onu mütəxəssis vəzifəsinə qəbul etmişdir. Hər ayın 1-5 arası o işçilərə əmək haqqı vermişdir. İddiaçı əmək haqqını onunla bağlanmış əmək müqaviləsinə əsasən nağd şəkildə vermişdir. Abid işə gəlmədiyi üçün əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə iclasında cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusu X4 etibarnamə üzrə nümayəndəsi Vəkil izahat verərək göstərdi ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi Qax rayon Notariat Ofisinin Xüsusi X1 01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək Qax rayon Notariat Ofisinin Xüsusi Notariusunda işlədiyi mütəxəssis vəzifəsi üçün hesablanmış ümumilikdə 27 (iyirmi yeddi) ay üçün 8100 (səkkiz min bir yüz) manat əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə biləcəyi göstərilmişdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 yanvar 2009-cu il tarixli qərarlarında, R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 oktyabr 2007-ci il tarixli qərarında və bir sıra Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında öz əksini tapmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən İddiaçı cavabdeh X5 qarşı əmək haqqı tələbinə dair iddiasına iddia müddətinin tətbiq olunaraq iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, 2018-ci ildən Qax rayon Notariat ofisində işləyir. 2019-cu ildə nağd şəkildə 200 manat əmək haqqı almışdır. Əmək haqqı verilən zaman birinci İddiaçı, daha sonra onlar almışlar. İşlədiyi müddətdə İddiaçı əmək haqqı ilə bağlı şikayəti olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi fərdi şəxsi haqqında arayışdan görünür ki, X10 2022-ci ilin aprel ayında gəliri 300 manat, may ayında 300 manat, iyun ayında 105 manat, yanvar ayında 300 manat, fevral ayında 300 manat, mart ayında 300 manat, avqust və sentyabr aylarında 0 manat və iyul ayında 207.24 manat olmuşdur. İş materiallarına əlavə edilmiş “Kapital Bank”ın ödəniş kartı üzrə Çıxarışından görünür ki, İddiaçı məxsus “VSDC” Electron Salary növlü karta xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci ildə dövr üzrə 954.79 manat mədaxil və məxaric olunmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi fərdi şəxsi haqqında arayışdan görünür ki, X10 2022-ci ilin aprel ayında gəliri 300 manat, may ayında 300 manat, iyun ayında 105 manat, yanvar ayında 300 manat, fevral ayında 300 manat, mart ayında 300 manat, avqust və sentyabr aylarında 0 manat və iyul ayında 207.24 manat olmuşdur. İş materiallarına əlavə edilmiş X11 X12 verdiyi 02 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, daxil olmuş müraciətin araşdırılması üçün X5 (VÖEN:**********) iddiaçıya aid kadr və mühasibatlıq sənədlərin təqdim edilməsi ilə bağlı xx.xx.2022-ci ci il tarixli, **********1 nömrəli rəsmi məktub ünvanlanmışdır. xx.xx.2022-ci il tarixdə Qax rayon notariat ofisindən daxil olmuş kadr və mühasibatlıq sənədlərinə baxış keçirilərkən məlum olmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Qax notariat ofisində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək intizamını nizamintizam qaydalarını pozduğuna görə Qax notariat ofisinin xususi notariusu X7 tərəfindən akt tərtib edilmiş və sizə xx.xx.2022-ci ci il tarixdə töhmət verilmiş, xx.xx.2022-ci ıl tarixdən 2021-2022-ci iş ili üçün 21 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmışdır. Məzuniyyət müddəti bitdikdən sonra xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə çıxmamış, bunun üçün barəsində xx.xx.2022-ci ıl tarixli və xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Qax notariat ofisinin xususi notariusu X7 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin “4” bəndinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulmuş, qeyd olunan pozuntu halına əsasən X2 Xətalar Məcəlləsnin 192.4-cü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) əsasən inzibati məsiliyyətə cəlb edilmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilərkən iddiaçıya ödənilməli olan son haq-hesabın qanunamüvafiq qaydada hesablanıb ödənilməsi ilə bağlı Qax notariat ofisinin xususi notariusu X5 xx.xx.2022-ci il tarixli, **********8 nömrəli icrası məcburi göstəriş verilmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon xüsusi notariusu X4 xx.xx.2020-ci il tarixli 1 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2020ci il tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə Azərbaycan Respublikasının Əmək Məcəllədsinin 51-ci maddəsinə əsasən ilk 3 (üç) ay sınaq müddəti təyin olunmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2022-ci il tarixədək aparıcı mütəxəssis (kargüzar) vəzifəsınə işə qəbul edilmişdir. İşə əlavə edilmiş 10 mart 2020-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iki il müddətinə bağlanmış, işçiyə hər ay 300 manat əmək haqqı verilməsi və əmək haqqının ödənilməsi ayda bir dəfə ayın sonuncu və ya növbəti ayın birinci iş günü ödənilməsi nəzərdə tutulmuş, əmək haqqı və digər ödənişlərin işçiyə nağd şəkildə və yaxud işəgötürənin əməkdaşlıq etdiyi bankla işçi üçün açdırdığı bank hesabına ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon xüsusi notariusu X4 xx.xx.2022-ci il tarixli 7 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Qax rayon Notariat ofisində tutduğu aparıcı mütəxəssis (kargüzar) vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ləğv edilmişdir. Həmin əmrdə 2021-2022-ci illər üzrə əmək məzuniyyətinin ödənilməsi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qax notariat ofisinin xususi notariusu X7 tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Qax notariat ofisində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək intizamını pozduğuna görə Qax notariat ofisinin xususi notariusu X7 tərəfindən akt tərtib edilmiş və ona xx.xx.2022-ci ci il tarixdə töhmət verilmiş, xx.xx.2022-ci ıl tarixdən 2021-2022-ci iş ili üçün 21 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmışdır. Məzuniyyət müddəti bitdikdən sonra xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə çıxmamış, bunun üçün barəsində xx.xx.2022-ci ıl tarixli və xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. İddiaçı hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi X1, 01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi notariusunda işlədiyi mütəxəssis vəzifəsi üçün hesablanmış ümumilikdə 27 (iyirmi yeddi) ay üçün 8100 (səkkiz min bir yüz) manat əmək haqqının tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi qanunvericilik işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etməsi üçün bəlli 1 il ərzində müddət müəyyən etmişdir. Bu da hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Hazırkı iddia tələbi üzrə iddiaçı bildirir ki, 05 iyul 2022-ci il tarixdən işdən kənarlaşdırılmış, 01 mart 2020-ci ildən 05 iyul 2022-ci il tarixədək ona əmək haqqı ödənilməmişdir. İddiaçı 12 may 2023cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə çəkişməsi zamanı cavabdehin nümayəndəsi Vəkil iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001- ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddiaçı özünün də qeyd etdiyi kimi 01 mart 2020-ci ildən ona əmək haqqının ödənilmədiyini göstərməklə hüququnun pozulmasını bilmişdir. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı onun hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 ildən çox müddət sonra məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001- ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusu X5 qarşı “01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisinin xüsusi notariusunda işlədiyi mütəxəssis vəzifəsi üçün hesablanmış ümumilikdə 27 (iyirmi yeddi) ay üçün 8100 (səkkiz min bir yüz) manat əmək haqqının tutularaq ona ödənilməsi tələbi”nə dair iddiası iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-407/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-407/2023
08.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver