Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-410/2024 28.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Elçin Feyzullah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə nikahdan xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 235 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o Cavabdeh ilə aralarında bağlanılan nikah Qax Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(024)- 495/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən xx.xx.2006-ci il tarixdə doğulmuş X3 cavabdehin, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 isə onun himayəsində olması faktı müəyyən edilmişdir. Hazırda da qızı X4 onunla birlikdə yaşayır. Ona baxılması üçün cavabdehdən heç vaxt aliment almamışdır. Hazırda uşağın tələbatları çoxaldığı üçün uşağın atasından alimet tələb etmək istəyir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən birgə nikahdan xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 235 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, Cavabdeh ödəyə biləcəyini dediyi 130 manat alimentlə uşağın saxlanılması mümkün deyildir. Özü işləyir və aylıq qazancı 450 manat təşkil edir. İddiaçı heç olmazsa 150 manat aliment ödəsin. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, o usta kimi fəaliyyət göstərir. İş olan vaxt da olur, olmayan da. Himayəsində xəstə anası vardır. Oğlu da onun himayəsindədir. İddiaçı onun dediyi ayda 130 manat aliment ödəmək barədə razılığa gəlsə kredit götürüb iddiaçıya birdəfəlik 3 ilin alimentini ödəmək fikrindədir. Mehcanın 14 yaşı vardır və ona 3 il 7 ay aliment ödəməlidir. İddiaçı onun təklifi ilə razılaşsa kredit götürüb 3 illik alimenti ödəməyə razıdır. Qalan 7 ayın alimenti isə ödəməkdən yayınmır. İddianı qismən qəbul edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşə əlavə edilmiş Qax rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(024)-495/2022 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Qax rayon Qeydiyyat şöbəsində bağlanmış 25 sentyabr 2005-ci il tarixli nikahın pozulması və xx.xx.2006-cı il tarixdə doğulmuş X1 Cavabdeh, xx.xx.2009-cu ildə doğulmuş X2 isə İddiaçı himayəsində olması müəyyən edilmişdir İşə əlavə edilmiş AZE 10993682 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunumş surətindən görünür ki, X5 xx.xx.2009-cu ildə anadan olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahları Qax Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(024)- 495/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən xx.xx.2006-ci il tarixdə doğulmuş X3 cavabdehin xx.xx.2009-cu il tarixdə doğulmuş X4 isə onun himayəsində olması müəyyən edilmişdir. Hazırda Mehcan iddiaçı ilə birlikdə yaşayır. İddiaçı Mehcanın saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh isə məhkəmə iclasında iddiaçının tələb etdiyi aliment məbləğini ödəyə bilmədiyini, əgər iddiaçı 130 manat alimentin ödənilməsi barədə razılığa gələrsə, kredit götürərək 3 illik alimenti birdəfəlik ödəməyə razı olduğunu, qalan 7 aylıq aliment məbləğini də ödəyəcəyini göstərmişdir. Lakin iddiaçı cavabdehlə razılaşmamış, hər ay sabit pul məbləğində 150 manat aliment ödəyəcəyi təqdirdə cavabdehin təklifini qəbul edəcəyini göstərmişdir. Məhkəmə cavabdehin mənafeyi ilə yanaşı uşaqların da mənafeyini nəzərə alaraq hesab edir ki, “Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu haqqında” qanunda uşaqların saxlanması üçün 235 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması müəyyən edilmişdir. Odur ki, uşağın qayğısına qalmaq və ehtiyaclarını təmin etmək hər iki valideynin üzərinə qoyulmuş vəzifə və mənəvi borcdur. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 235 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. İddiaçı isə hər bir uşaq üçün 235 manat aliment tələb edir ki, bu da uşaqların mənafeyinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğundur. Məhkəmə Cavabdeh Mehcan Umuxanlının saxlanması üçün tutulan alimentin miqdarının hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən “Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər”. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, alimentin tutulması xx.xx.2024-cü il tarixdən yəni iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə də qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-410/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-410/2024
28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver