Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-554/2023 04.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan uşağı-xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat alimentin və 50 (əlli) manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh iddianı qismən qəbul etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh ilə nikahlarını 13 iyul 2019-cu ildə Mingəçevir regional “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmi qaydada qeyd etdirməklə rəsmiləşdirmişlər. Həmin nikahdan onların 28 oktyabr 2021-ci il tarixdə Ləman adlı uşağı olmuşdur. Ailə qurduqdan sonra əvvəllər bir müddət səmimi ailə münasibətində yaşamalarına baxmayaraq sonradan heç bir əsaslı səbəb olmadan cavabdehin təqsiri üzündən aralarındakı səmimi ailə münasibəti kəskinləşmişdir. Demək olar ki, ailə artıq öz varlığını itirmişdir. Artıq uzun müddətdir ki, ayrı yaşayır, azyaşlı qızı Ləman Sadıqova onun himayəsindədir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını və ehtiyacını valideynlərinin köməkliyi ilə o qarşılayır. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Ona İİİ dərəcə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Özü hal-hazırda işləmir. Cavabdeh könüllü olaraq uşağa heç bir diqqət və qayğı göstərmir. Demək olar ki, uşaqla heç maraqlanmır. Azyaşlı Ləman Azərbaycan Respublikası 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununda göstərilən təminatlardan məhrum olur. Valideynlərimin köməkliyi ilə uşağın sağlamlığı və maddi tələbatları ilə bağlı çəkilən bütün xərcləri bu günə kimi o qarşılayır. Cavabdeh özü könüllü olaraq uşağın sağlamlığı, digər tələbatları ilə bağlı çəkilən xərclərdə ona əlavə olaraq köməklik etmir. Onu da qeyd etmək istəyir ki, cavabdehin aylıq gəliri yetərincədir. Tərəflər arasında yaranmış mübahisə ailə münasibətlərindən irəli gələn mübahisələr olduğundan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinin tələbinə əsasən və “Mediasiva haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyqun olaraq tərəfindən Mediasiya Şurasına müraciət edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etmiş, lakin könüllü olaraq alimentin ödənilməsində təşəbbüs göstərməmişdir. Bu səbəbdən də ilkin mediasiya prosesində tərəflər barışıq əldə etməmişlər. Bununla bağlı mediator X1 xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/2023-01402 nömrəli Arayışı iddia ərizəsinə əlavə olunur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən birgə nikahdan olan uşağıxx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat alimentin və 50 (əlli) manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verib göstərdi ki, iddiaçı ilə birgə nikahlarından dünyaya gəlmiş Ləmanın saxlanılması üçün tələb olunan aliment məbləği ilə razı deyildir. Belə ki, əvvəllər sürücü işləsə də hazırda işsizdir. Övladına aliment ödəməkdən imtina etmir. Sadəcə olaraq iddiaçının tələb etdiyi aliment miqdarını ödəməyə maddi imkanı yol vermir. Övladı Ləmanın saxlanılması üçün hər ay 100 manat aliment ödəyə bilər. Göstərdiklərini nəzərə alaraq iddianın qismən, yəni qəbul etdiyi hissədə təmin edilməsini xahiş etdi. İş materiallarında olan AZ-İİ № 346575 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə Sadıqova (Hədisova) İlahə Nəriman qızının nikahları xx.xx.2019-cu il tarixdə ildə rəsmi qeyd edilmişdir. İş materiallarında olan AZ-İV № 639419 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, Ülviyyə Sadıqova və Cavabdeh aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Sadıqov X2 şəhəri, Heydər Əliyev prospekti, 82/1, 78-də qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Əmbərçay kəndində qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2019-cu il tarixdə nikahlarını Mingəçevir regional “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan tərəflərin 28 oktyabr 2021-ci il tarixdə Ləman adlı uşağı olmuşdur. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də uşağın saxlanması üçün cavabdehdən hər ay 220 manat məbləğində aliment tələb edir. Məhkəmə uşağın mənafeyi ilə yanaşı həmçinin cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi aliment miqdarı olduqca yüksək olmaqla yerli şəraitə və cavabdehin hazırkı real vəziyyətinə uyğun deyildir. Bundan başqa məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycanda 2023-cü il üçün yaşayış minimumu haqqında” qanunda uşaqların saxlanması üçün 220 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması müəyyən edilmişdir. Odur ki, uşağın qayğısına qalmaq və ehtiyaclarını təmin etmək hər iki valideynin üzərinə qoyulmuş vəzifə və mənəvi borcdur. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 220 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə cavabdeh Pərviz Hacıyevdən uşaqların saxlanması üçün tutulan alimentin miqdarının hər ay sabit pul məbləğində bir uşaq üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən “Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər”. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28 oktyabr 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və iddiaçının meüdiasiya prosesində iştirak etmək üçün ödədiyi 50 (əlli) manat mediasiya xərci alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, alimentin tutulması xx.xx.2023-cü il tarixdən yəni iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə də qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 40.40 (qırx manat qırx qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 28 oktyabr 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Cavabdeh iddiaçının mediasiya prosesində iştirak etmək üçün ödədiyi 50 (əlli) manat mediasiya xərci alınıb İddiaçı verilsin. Cavabdeh 40.40 (qırx manat qırx qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-554/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-554/2023
04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver