Məhkəmə qərarları › İş №2(024)-563/2023

Qax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(024)-563/2023

23.08.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qax rayonu İş № 2(024)-563/2023 23.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu. Kreditor X2 Borclu qarşı “pul tələbi” nə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəmə əmrinin verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, borclu Əhmədova X1 (Rabitel) ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Samsung A13 32GB markalı mobil telefon almışdır. Mobil telefonun qiyməti 390.00 (üç yüz doxsan) manat olmuş lakin ilkin ödəniş kimi Borclu 50 (əlli) manat ödəniş etmişdir. Alıcı ilə yerdə qalan 340 (üç yüz qırx) manat pulu 06 ay müddətinə hissə-hissə hər ay 56.67 (əlli altı manat altmış yeddi qəpik) manat ödəmək şərti ilə xx.xx.2022-ci il tarixdə 8224 nömrəli müqavilə bağlanmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə görə Borclu ödənişləri gecikdirdikdə hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1% həcmində cərimə faizi hesablanır. Borclu ödəniş cədvəli təqdim edilsə də, heç bir ödəniş etməmişdir. Bununla bağlı dəfələrlə xəbərdarlıq edilmiş və ünvanına bildiriş göndərilmişdir. Lakin Borclu müqavilənin şərtlətini pozmuş və nəticədə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 325 (üç yüz iyirmi beş) manat əsas borc və 159 (yüz əlli doqquz) manat faiz borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3(üç) gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən xahiş edir, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Samsung A13 32GB makalı mobil telefon üçün 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş əsas borc, 159 (yüz əlli doqquz) manat faiz borcu ümumilikdə 484 (dörd yüz səksən dörd) manat və 30(otuz) manat ödənilmiş dövlət rüsumu Borclu alınaraq Rabitel-(Narmobile) verilməsi barədə məhkəmə əmri qəbul edəsiniz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 445, 448, 449, 453, 460, 465.2, 275-280-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1979-ci ildə Qax rayonu Əmbərçay kəndində anadan olmuş, Qax rayonu, Əmbərçay kəndində pasport qeydiyyatında olan Borclu 325 (üç yüz iyirmi beş) manat əsas borc, 159 (yüz əlli doqquz) manat faiz borcu olmaqla cəmi – 484 (dörd yüz səksən dörd) manat və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq kreditor Rabitel (Narmobile) X3 verilsin. Borclu məhkəmə əmrinin surətini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmr vermiş məhkəməni yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar