Məhkəmə qərarları › İş №2(024)-565/2023

Qax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(024)-565/2023

23.08.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qax rayonu İş № 2(024)-565/2023 23.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu. Kreditor X2 Borclu qarşı “pul tələbi” nə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəmə əmrinin verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Borclu Narmobile (Rabitel) ilə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Redmi Note 12-6 Ram (128GB) markalı mobil telefon almışdır. Mobil telefonun qiyməti 550.00 (beş yüz əlli) manat olmuş lakin ilkin ödəniş kimi Borclu 100 (yüz) manat ödəniş etmişdir. Alıcı ilə yerdə qalan 450 (dörd yüz əlli) manat pulu 06 ay müddətinə hissə-hissə hər ay 75 (yetmiş beş) manat ödəmək şərti ilə xx.xx.2023-cü il tarixdə 9548 nömrəli müqavilə bağlanmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə görə Borclu ödənişləri gecikdirdikdə hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1% həcmində cərimə faizi hesablanır. Borclu ödəniş cədvəli təqdim edilsə də, heç bir ödəniş etməmişdir. Bununla bağlı dəfələrlə xəbərdarlıq edilmiş və ünvanına bildiriş göndərilmişdir. Lakin Borclu müqavilənin şərtlətini pozmuş və nəticədə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 470 (dörd yüz yetmiş) manat əsas borc və 75 (yetmiş beş) manat faiz borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3(üç) gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən xahiş edir, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Redmi Note 12-6 Ram (128GB) makalı mobil telefon üçün 470 (dörd yüz yetmiş) manat ödənilməmiş əsas borc, 75 (yetmiş beş) manat faiz borcu ümumilikdə 545 (beş yüz qırx beş) manat və 30(otuz) manat ödənilmiş dövlət rüsumu Borclu alınaraq Rabitel-(Narmobile) verilməsi barədə məhkəmə əmri qəbul edəsiniz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 445, 448, 449, 453, 460, 465.2, 275-280-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1978-ci ildə Qax rayonu Marsan kəndində anadan olmuş, Qax rayonu, Marsan kəndində pasport qeydiyyatında olan Borclu 470 (dörd yüz yetmiş) manat ödənilməmiş əsas borc, 75 (yetmiş beş) manat faiz borcu ümumilikdə 545 (beş yüz qırx beş) manat və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq kreditor Rabitel (Narmobile) X3 verilsin. Borclu məhkəmə əmrinin surətini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmr vermiş məhkəməni yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar