Məhkəmə qərarları › İş №2(024)-572/2023

Qax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(024)-572/2023

25.08.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qax rayonu İş № 2(024)-572/2023 25.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu. Kreditor Borclu qarşı “pul tələbi” nə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəmə əmrinin verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, borclu Oruclu X1 (Rabitel) ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Samsung A12 32GB markalı mobil telefon almışdır. Mobil telefonun qiyməti 386.00(üç yüz səksən altı) manat olmuş lakin ilkin ödəniş kimi Borclu 50 (əlli) manat ödəniş etmişdir. Alıcı ilə yerdə qalan 336 (üç yüz otuz altı) manat pulu 12 ay müddətinə hissəhissə hər ay 28 (iyirmi səkkiz) manat ödəmək şərti ilə xx.xx.2021-ci il tarixdə 6446 nömrəli müqavilə bağlanmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə görə Borclu ödənişləri gecikdirdikdə hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1% həcmində cərimə faizi hesablanır. Borclu ödəniş cədvəli təqdim edilsə də, heç bir ödəniş etməmişdir. Bununla bağlı dəfələrlə xəbərdarlıq edilmiş və ünvanına bildiriş göndərilmişdir. Lakin Borclu müqavilənin şərtlətini pozmuş və nəticədə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 188 (yüz səksən səkkiz) manat əsas borc və 90 (doxsan) manat faiz borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3(üç) gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən xahiş edir, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Samsung A12 32GB makalı mobil telefon üçün 188 (yüz səksən səkkiz) manat ödənilməmiş əsas borc, 90 (doxsan) manat faiz borcu ümumilikdə 278 (iki yüz yetmiş səkkiz) manat və 30(otuz) manat ödənilmiş dövlət rüsumu Borclu alınaraq Rabitel-(Narmobile) verilməsi barədə məhkəmə əmri qəbul edəsiniz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 445, 448, 449, 453, 460, 465.2, 275-280-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1997-ci ildə Qax şəhərində anadan olmuş, Qax rayonu, İ.Qabulov küçəsi, ev 26 pasport qeydiyyatında olan Borclu 188 (yüz səksən səkkiz) manat ödənilməmiş əsas borc, 90 (doxsan) manat faiz borcu ümumilikdə 278 (iki yüz yetmiş səkkiz) manat və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq kreditor Rabitel (Narmobile) Kreditor verilsin. Borclu məhkəmə əmrinin surətini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmr vermiş məhkəməni yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar