Məhkəmə qərarları › İş №2(024)-638/2023

Qax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(024)-638/2023

30.09.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qax rayonu İş № 2(024)-638/2023 30.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Mən Qax rayon Məhkəməsinin hakim Qarayev Malik İbrəhim oğlu, Kreditor Borclu qarşı “məhkəmə əmrinin çıxarılmasına dair” ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor məhkəməyə ərizə ilə müraciət edərək Borclu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Xiomi Redmi 9T Ram (128GB) markalı telefon üçün 152 (yüz əlli iki) manat əsas borc və 85 (səksən beş) faiz borcu olmaqla, ümumilikdə 237 (iki yüz otuz yeddi) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq kreditor Rabitel (Narmobile) Kreditor ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Borclu Narmobile (Rabitel) ilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Xiomi Redmi 9T Ram (128GB) markalı telefon almışdır. Telefonun qiyməti 496 (dörd yüz doxsan altı) manat olmuş, lakin ilkin ödəniş kimi Borclu 100 (bir yüz) manat ödəniş etmişdir. Alıcı ilə yerdə qalan 396 (üç yüz doxsan altı) manat pulu 12 ay müddətinə hissə-hissə hər ay 33 (otuz üç) manat ödəmək şərti ilə xx.xx.2021-ci il tarixdə 6480 nömrəli müqavilə bağlanmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə görə Borclu ödənişləri gecikdirdikdə hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1% həcmində cərimə faizi hesablanır. Borclu ödəniş cədvəli təqdim edilsə də, heç bir ödəniş etməmişdir. Bununla bağlı dəfələrlə xəbərdarlıq edilmiş və ünvanına bildiriş göndərilmişdir. Lakin Borclu müqavilənin şərtlətini pozmuş və nəticədə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 152 (yüz əlli iki) manat əsas borc və 85 (səksən beş) manat faiz borcu hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən Borclu kreditor Rabitel (Narmobile) Kreditor xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Xiomi Redmi 9T Ram (128GB) markalı telefon üçün 152 (yüz əlli iki) manat əsas borc və 85 (səksən beş) faiz borcu, ümumilikdə 237 (iki yüz otuz yeddi) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Borclu Rabitel (Narmobile) Kreditor Xiomi Redmi 9T Ram (128GB) markalı telefonu 496 manata almışdır. Lakin ilkin ödəniş kimi Borclu 100 (bir yüz) manat ödəniş etmişdir. Alıcı ilə yerdə qalan 396 (üç yüz doxsan altı) manat pulu 12 ay müddətinə hissə-hissə hər ay 33 (otuz üç) manat ödəmək şərti ilə xx.xx.2021-ci il tarixdə 6480 nömrəli müqavilə bağlanmışdır. Lakin, borclu müqavilə əsasında, üzərinə götürdüyü pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, kreditor borcludan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3(üç) gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1990-cı ildə ünvan 1 ünvanında pasport qeydiyyatında olan Borclu kreditor Rabitel (Narmobile) Kreditor xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Xiomi Redmi 9T Ram (128GB) markalı telefon üçün 152 (yüz əlli iki) manat əsas borc və 85 (səksən beş) manat faiz borcu olmaqla ümumilikdə 237 (iki yüz otuz yeddi) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq kreditor Rabitel (Narmobile) Kreditor verilsin. Borclu məhkəmə əmrinin surətini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmr vermiş məhkəməni yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar