Məhkəmə qərarları › İş №2(024)-688/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-688/2023

22.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-688/2023 22.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Qulyev Elçin Feyzullah oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı “aliment və yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştiraka cəlb edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və X2 hər birindən hər ay sabit pul məbləğində 350 manat alimentin alınıb özünə verilməsi və cavabdehlərdən əməliyyat üçün tələb olunan 2500 manat pul vəsaitinin alınıb özünə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü ildə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X1 Rəşidova kimi oxunmasını xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək Almaniya Federativ Respublikasında vətəndaşlıq üçün baş vurduğunu, hal hazırda AFR-i tərk edə və yaxud səyahət edə bilmədiyini, onun 10 000 AVRO maaş almasının doğru olmadığını göstərmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verib göstərdi ki, onun 4 övladı vardır. Hazırda 66 yaşı var. O, əmək qabiliyyətini itirmişdir. Sol diz qapağından əməliyyat olunmuş, sağ diz qapağından da əməliyyat olunmasına ehtiyac var. Belində 7.5 mm yırtıq var və ona görə də əməliyyat olunmalıdır. O, heç bir yerdə işləmir. Əmək qabiliyyətini tamamilə itirmişdir. Cavabdehlər isə ona yardım etmirlər. O cavabdehlərə bir ata kimi hər cür qayğı göstərmişdir. Türanəni oxutmuş və işlə təmin etmişdir. Həm maddi həm də mənəvi dəstəyini əsirgəməmişdir. Eyni zamanda da Günaya həm maddi həm də mənəvi dəstəyini əsirgəməmişdir. Onun təhsil almasına daim dəstək göstərmişdir. Ona atasından qalmış miras evi bağışlamışdır. Əlavə cehiz əşyaları almaq üçün 8000 manat pul ödəmişdir. Hazırda əməliyyatına 2500 manat pul lazımdır. Lakin cavabdehlər ona he çbir maddi və mənəvi dəstək göstərmirlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh2 və X2 hər birindən hər ay sabit pul məbləğində 350 manat alimentin alınıb özünə verilməsi və cavabdehlərdən əməliyyat üçün tələb olunan 2500 manat pul vəsaitinin alınıb özünə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verib göstərdi ki, iddia tələbində göstərilənlərlə razılaşmır. Belə ki. hazırda işləmir və gəliri yoxdur. Evdar qadındır. İddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkan yol vermir. Göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan DSMF-nin 2 saylı Şəki-Zaqatala regional filialının Qax rayon qəbul şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı orqanizm funksiyalarının 61-80 faiz (ikinci dərəcəli əlillik) pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi müddəti daimi olmaqla əmək pensiyası alır. Əmək zəmanəti-Əmək qabiliyyətsizdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-197779/2023 saylı Arayışdan görünür ki, İddiaçı xx.xx.1982-ci ildən orqanizm funksiyalarının 61- 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi müddəti daim olmaqla 327.22 manat əmək pensiyası alır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı evlidir və 4 övladı var. Hazırda iddiaçının 66 yaşı var. O əmək qabiliyyətini qismən itirmişdir. Belə ki, iddiaçı orqanizm funksiyalarının 61-80 faiz (ikinci dərəcəli əlillik) pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi müddəti daimi olmaqla əmək pensiyası alır. İddiaçı əmək qabiliyyəti olmayan şəxsdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehlərin əmək qabiliyyətsizliyinin olması müəyyən edilməmişdir. İddiaçı özünü saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görədə iddiaçı cavabdehlərdən aliment tələb edir. Məhkəmə iddiaçının mənafeyi ilə yanaşı həmçinin cavabdehlərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi aliment miqdarı olduqca yüksək olmaqla yerli şəraitə və cavabdehlərin hazırkı real vəziyyətinə uyğun deyildir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları əmək qabiliyyəti olmayan şəxslərdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Həmçinin iddiaçı iddia ərizəsində cavabdehlərdən əməliyyat olunması üçün 2500 manat məbləğində pulun alınaraq özünə verilməsini xahiş etmişdir. Lakin iş materiallarına bununla bağlı hər hansı mötəbər sübut əlavə etməmişdir. İş materiallarında olan tibbi sənədlərlə bağlı məhkəmə qeyd edir ki, həmin sənədlər iddiaçının səhhəti ilə bağlı problemlərinin olmasını əks etdirsə də, əməliyyat xərclərinin 2500 manat təşkil etməsini sübut etmir. Ona görə də məhkəmə iddianın həmən hissəsinin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin qeyd olunan maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla iddiaçının özü üçün cavabdehlərdən Cavabdeh2 100, Cavabdeh1 isə 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, alimentin tutulması xx.xx.2023-cü il tarixdən yəni iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan başlanılmalıdır. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehlərdən birgə qaydada 56 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 hər ay 100 manat, Cavabdeh1 hər ay 200 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 56 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar