Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1043/2021 15.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili X1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi"nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Qəbələ rayonunun Nohurqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Cavabdeh ********** qeydiyyat nömrəli, 09 sentyabr 2017-ci il qeydiyyat tarixli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən xüsusi mülkiyyətində olan Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yerləşən 0,45 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsində qanunsuz inşa etdiyi tikililərin onun öz hesabına sökülməsinə və həmin torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin ********** qeydiyyat nömrəli, 09 sentyabr 2017-ci il qeydiyyat tarixli, seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına və torpaq sahəsinin planı və ölçüsünə əsasən iddiaçının xüsusi mülkiyyətində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində 0.45 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsi vardır. Həmin torpaq sahəsini o, 09.02.2017-ci ildə cavabdehin əmisi olan Qəbələ rayon Nohurqışlaq kənd sakini X12, onun həyat yoldaşı X5 və onların övladları X3 33750 manata almışdır. Torpağın alqı-satqısmı rəsmiləşdirən zaman artıq dəyərinin bir hissəsini vermiş, yalnız 20000 (iyirmi min) manat borcu qalmış, ona görə də Qəbələ “Asan xidmət” mərkəzində yerləşən notariat kontorunda rəsmiləşdirilmiş “Daşınmaz əmlakın alqı-satqı müqavilə”sində torpağın dəyərini 20000 (iyirmi min) manat göstərmişlər. Torpağı alandan sonra məlum olmuşdur ki, hazırkı iş üzrə Cavabdeh həmin torpağa dair əmisi ilə aralarında narazılıqlar var. Belə ki, Cavabdeh həmin torpağın bir hissəsini əvvəllər əmisi Oktay Ağayev ilə aralarında olan razılığa əsasən özünün aldığını bildirmişdir. Torpağı iddiaçıya satmasına baxmayaraq X12, onun həyat yoldaşı X5iddiaçıya torpaqdan istifadə etməyə maneçilik törətməyə başlamışlar. Belə ki, iddiaçının icazəsi olmadan həyətinə keçərək meyvələri yığmışlar, torpağa girmək üçün iddiaçıya yol verməmişlər və digər xoşagəlməz hərəkətlər etmişlər. Bu səbəbdən iddiaçının valideynləri ilə yuxarıda adlarını çəkdiyi şəxslər arasında mübahisələr yaranmışdır. Müraciətləri əsasında yerli icra orqanları tərəfindən X12 və onun həyat yoldaşı X5 iləsöhbətlər aparılmış, torpaq sahəsini qanuni əsaslarla iddiaçının almağı və onun mülkiyyətində olması onların nəzərinə çatdırılsa da, adı çəkilən şəxslər iddiaçının torpağından istifadə etməyinə maneə olmağa davam etmişlər. Yekun nəticədə iddiaçı və onun ailəsi belə qərara gəlmiş ki, torpaqlarını başqa adama satsınlar. Bu məqsədlə Qəbələ rayonunun fəaliyyət göstərən torpaq alqı-satqısı maklerlərinə müraciət etmişlər. Məlum olmuş ki, torpağın qiyməti 40000 manatdan çoxdur. Maklerlər tərəfindən dəfələrlə həmin torpağa müştərilər aparılmış, lakin X12 və onun həyat yoldaşı X5 bütün alıcıları və maklerləri söyərək torpaqdan qovmuşlar. Belə vəziyyət təxminən 2 il davam etmiş, son nəticədə məcbur olmuşlar ki, torpağı yarı qiymətə hazırki üzrə Cavabdeh satsınlar. Cavabdeh Ağayev Oktayın qardaşı oğludur.Bakı şəhəri 19 saylı notaiat ofsində rəsmiləşdirilmiş 3M-885 reystr nömrəli, 21 avqust 2019-cu il tarixli “Beh Müqavilə”sinə əsasən torpağı 20000 (iyirmi min) manata Cavabdeh satmışdır.Cavabdehlə iddiaçı arasında bağlanmış həmin müqavilənin 1.1-ci bəndinə görə, iddiaçı özünə məxsus Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən 0.45 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsini 20000 (iyirmi min) manata Cavabdeh satır. Ödəniləcək məbləğ tam hazır olmadığına notariat qaydasında alqı-satqı müqaviləsi rəsmiləşdirilə bilinmir. Beh olaraq ikinci tərəf, yəni Cavabdeh birinci tərəfə, yəni iddiaçıya 5000 (beş min) manat notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalıq qalmış 15000 (on beş min) manatı isə 1 (bir) il müddətinə ödəniləcək və ödəniş başa çatdıqdan sonra alqı-satqı müqaviləsi rəsmiləşdiriləcəkdir.Bundan sonra iddiaçı tərəf kimi, həmin torpaq sahəsini cavabdehə təhvil vermişdir. Bununla da o, tərəf kimi üzərinə düşən öhdəliyimi tam icra etmişdir.Cavabdeh aralarında beh müqaviləsi bağlanaraq rəsmiləşdirildikdən və torpaq sahəsini təhvil aldıqdan sonra iddiaçıya beh kimi verməli olduğu puldan 3000 manatını 02 noyabr 2019-cu il tarixdə, 3000 manatını isə 26 yanvar 2020-ci il tarixdə vermişdir. İddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindəcavabdeh aidiyyatı orqanlardan icazə almadan müəyyən tikinti işləri aparmışdır. Həmin tikililər də cavabdehin hesabına sökülməlidir.Torpaq sahəsinin Cavabdeh satılması ilə əlaqədar iddiaçıya olan 9000 manat behi ödəməsini cavabdehdən dəfələrlə xahiş və tələb etsə də, eləcə də müqavilə müddəti başa çatsa da, müqavilədə göstərilən müddətdə iddiaçıya ödəməməklə və həmin müqavilənin şərtlərini pozmaqla üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda iddiaçı “Beh Müqavilə”sinin 2-ci bəndinə əsasən cavabdehdən xüsusi mülkiyyətində olan 0.45 hektar torpaq sahəsində inşa etdiyi tikililərin sökülməsini və torpaq sahəsindən çıxarılmasını ondan tələb etsə də, o həmin torpaq sahəsindən könülllü çıxmamış, əksinə torpaq sahəsində tikililəri davam etdirir. 07.07.2021-ci il tarixdə Cavabdeh məhkəməyə İddiaçı qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı ona qarşı olan “qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair” iddiasının təmin edilməməsinə və onun “əqdin bağlanmış hesab edilməsi tələbinə dair” qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni tarixli məhkəmə baxış iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. 29.07.2021-ci il tarixdə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı 22000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 24.08.2021-ci il tarixdə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı beh müqaviləsinə görə üzərinə düşən öhdəlikləri icra etmədiyinə görə 20 000 (iyirmi min) manat real ziyan və 16 (on altı min) manat tikiliyə çəkdiyi xərc, cəmi 36000 (otuz altı min) manat pulun məcburi qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbinin artırılmasına dair ərizəsində Cavabdeh bildirmişdir ki, Ceyhun ilə aralarında torpaq alqı-satqısı olmuşdur. Ceyhunun mülkiyyətində Qəbələ rayonunun Nohurqışlaq kəndində 0,45 ha torpaq sahəsi olmuşdur. O, həmin torpaq sahəsini ona almağı təklif etmiş, o da həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. Torpaq sahəsini cavabdeh 20000 manat qiymətləndirmişdir. Onlar razılaşmışlar, lakin onun nəğd 20000 manat pulu yox imiş. Nəğd 5000 manat pulu var imiş. Ona görə də belə qərara gəlmiş ki, ona 5000 manat beh vermiş. 15000 manatı isə bir il ərzində ödəmişdir. Bu səbəbdən 21 avqust 2019-cu il tarixdə cavabdehlə aralarında beh müqaviləsi bağlanmış və həmin müqavilə 21 avqust 2019-cu il tarixdə Bakı şəhəri, notarius ofisində 3M-885 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. Beh müqaviləsinin 1.1.1-ci maddəsində qeyd edilmişdir ki, birinci tərəf İddiaçı, özünə məxsus olan ünvan 1i ünvanında yerləşən mülkiyyətində olan 0.45 ha torpaq sahəsini ikinci tərəf Cavabdeh 20000 (iyirmi min) manata satır. Ödəniləcək məbləğ tam hazır olmadığı üçün notariat qaydasında alqı-satqı müqaviləsi rəsmiləşdirilə bilinmir. Beh olaraq ikinci tərəf birinci tərəfə 5000 (beş) manat notariusun depozit hesabı vasitəsilə ödəyir. Qalıq qalmış 15000 (on beş min) manatı isə 1 (bir) il müddətinə kimi ödəniləcək və ödəniş başa çatdıqdan sonra alqı-satqı müqaviləsi rəsmiləşdiriləcək. Həmçinin beh müqaviləsində Azərbaycan Respublikası MM-nin 491-492-ci maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Həmçinin onların danışıqlarında, eləcə də beh müqaviləsi bağlanarkən Ceyhunun atası Gülməmmədov Mahmud iştirak etmişdir. Aralarında olan müqavilə rəsmi olaraq Ceyhunla bağlanmış olsa da bütün danışıqlar və sövdələşmələr onun atası ilə olmuşdur. Beh müqaviləsində göstərilmiş bir il müddət ərzində də hər dəfə cavabdehin atası ilə danışıqlar aparılmışdır. Aralarında beh müqaviləsi bağlandıqdan sonra 02 noyabr 2019-cu il tarixdə Bakı şəhəri 19 saylı notarius ofisində cavabdehə notarial qaydada 3000 manat pul ödəmişdir. Bundan başqa 26 yanvar 2020-ci il tarixdə də 3000 manat ödəmişdir. Həmin ödəniş 02 noyabr 2019-cu il tarixdə notarial qaydada ödədiyi sənədin (ərizənin) aşağısında daha 3000 manat ödəməsi hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Ondan sonra beh müqaviləsində göstərilən bir il ərzində Cehunun atasına dəfələrlə pul ödəmişdir. Ümumiyyətlə cavabdehin atasına 17000 (on yeddi) min manat pul ödəmişdir. Qalıq 3000 (üç) min manat pulu da vermək üçün dəfələrlə dəvət etsə də, müxtəlif bəhanələrlə onlar gəlməkdən imtina etmişlər. Belə ki, gah demiş ki, pandemiyadır, çölə çıxa bilmirlər, gah da demişlər ki xəstələri var. Ümumiyyətlə müxtəlif bəhanələrlə pulu almaqdan imtina etmişlər ki, beh müqaviləsində göstərilən bir il müddət başa çatsın. Cavabdeh bunu qəsdən etmişdir ki, beh müqaviləsinə guya əməl edilməməsinə görə o məsuliyyət daşısın. Bu barədə cavabdehin atasının onunla telefon danışığı var və o, həmin danışığı diskə köçürmüşdür. Diski Ceyhunun ona qarşı Qəbələ rayon Məhkəməsində “qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsinə əlavə etmişdir. Belə olan halda hesab edir ki, İddiaçı notariusa gələrək alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən qəsdən yayınmaq üçün ona qarşı əsassız iddia qaldırır və iddia ərizəsində qeyd etdiklərinin çoxu həqiqətə uyğun deyildir. O, beh müqaviləsində göstərilən şərtlərə əməl etmiş, lakin cavabdeh tərəf həmin şərtləri yerinə yetirməyinə qərəzli şəkildə mane olmuşlar. Onların mane olmaları telefon danışıqları ilə təsdiq olunur və cavabdehin yeganə marağı torpaq sahəsini adına rəsmiləşdirilməsindən boyun qaçırmaqdır. Torpağın adına rəsmiləşdirilməsi üçün onları dəfələrlə dəvət etmişdir, lakin cavabdeh ona qarşı olan iddia ərizəsində qeyri-səmimi olaraq göstərdiklərini bəhanə edərək gəlməkdən imtina etmişdir. Bir sözlə cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, nəticədə ondan aldığı 17000 (on yeddi min) manatı əsassız olaraq özündə saxlamışdır. Qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə cavabdeh ona əvvəlcədən ona beh kimi verdiyi 5000 (beş min) manat pulun iki mislini qaytarmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda cavabdehin qarşılıqlı iddia ərizəsini qəbul etməyərək qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. 07.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsini təxmini 2017-ci ilin sonları 2018-ci ilin əvvəlləri almışdır. Torpaq sahəsini alarkən hər şey normal olmuşdur. Lakin torpaq sahəsini almamışdan öncə torpaq sahəsinin sənədləri qaydasında deyilmiş. O da buna görə torpaq sahəsini aldığı insanlara sənədləri qaydasına qoymaq üçün bir miqdar pul ödəmişdir. Onlar torpaq sahəsinə çıxarış aldıqdan sonra alqı-satqını rəsmiləşdirmək üçün notariat kontoruna getmişlər. O vaxt torpağı aldığı şəxslərlə arasında sadəcə 20.000 manat pul qalmışdır. Artıq onlara 20.000 manata yaxın pul ödəmişdir. Alqısatqını 20.000 manatla rəsmiləşdirmişlər. Bundan sonra torpağın sahibi X12 və onun həyat yoldaşı ilə problemlər yaranmağa başlamışdır. Belə ki, həmin torpaq sahəsində meyvə ağacları əkmiş və bağa su çəkdirmişdir. Lakin nə meyvələri yığa bilmiş, nə də bağa girə bilməmişdir. Bağa girmək üçün yol və giriş qapısı yoxdur. Həyətə qonşunun həyətindən girib-çıxırmış. Orada olan mübahisələrdən icra, polis və Bələdiyyənin də məlumatı olmuşdur. Bundan əlavə Ağayev Oktay torpaq sahəsini ona satmamışdan öncə həmin torpaq sahəsinin bir hissəsini qardaşı oğlu Cavabdeh söz ilə satıb və yaxud bağışlamışdır. Həmin torpaq sahəsini isə sonra onlara sənəd ilə satmışdır. Onlar torpaq sahəsini alandan sonra onlara məlum olmuşdur ki, həmin torpaq sahəsində mübahisə var. Cavabdeh atası onlarla mübahisə edir ki, onlar bu torpaq sahəsinə pul ilə çıxarış almışlar. Onlar da bu mübahisələrdən qurtarmağın tək yolunu həmin torpaq sahəsini Qəbələ rayon Nohurqışlaq kəndindən bir şəxsəmi və yaxud başqa bir şəxsə satmaqda görmüşdür. Buna görə onlar Qəbələ rayon əmlak işinən məşğul olanlara müraciət etmişlər. Torpaq sahəsinə baxmaq üçün alıcı gəlirmiş. X18 həyat yoldaşı Fazilə xanım alıcılara torpaq sahəsini özləri aldıqlarını bildirərək həmin alıcıları oradan kənarlaşdırmışdır. Sonda onlar məcbur qalmışlar ki, həmin torpaq sahəsini Cavabdeh 20.000 manata satsınlar.Pərvizlə atası Gülməmmədov Mahmud əlaqə saxlamışdır. Pərviz ilə danışmışlar, razılaşmışlar, ortaq məxrəcə gəlmişlər və torpaq sahəsini ona satmaq qərarına gəlmişlər. İlkin danışıqları atası aparmış, lakin torpaq sahəsini o satmışdır. Pərvizlə 2019-cu ilin avqust 22-də, 1 il müddətinə müqavilə bağlamışlar. O və qarşı tərəf müqavilə üzrə öz öhdəliklərini bilirmişlər. Bundan sonra ölkədə pandemiya başlamışdır. Hamı kimi onunda pula ehtiyacı olmuşdur. İlkin ödəniş 5.000 manat olmuş və Pərviz pulu notariatda ödəmiş, o da həmin 5.000 manatı Muğam Bankın kassasından götürmüşdür. Qalan 3.000 və 3.000 manatı isə öz aralarında kağıza imza ataraq qəbul etmişlər. Ondan sonra artıq pandemiya başlamış və o, ödəniş görməmişdir. Ona heç vaxt gəl qalan pulu götür deyə zəng gəlməmişdir.2020-ci ilin payız aylarında atasıona demişdir ki, alqı-satqını etsin. O da atasına öz öhdəliyini bildiyini və artıq planlarını dəyişdiyini bildirmişdir. O, bir il ərzində maddi və mənəvi çox zərər çəkmişdir. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbini qəbul etməyərək göstərdi ki, aralarında olan müqavilə rəsmi olaraq İddiaçı ilə bağlanmış olsa da, bütün danışıqlar və sövdələşmələr onun atası ilə olmuşdur. Beh müqaviləsində göstərilmiş bir il müddət ərzində də hər dəfə cavabdehin atası ilə danışıqlar aparılmışdır. Aralarında beh müqaviləsi bağlandıqdan sonra 02 noyabr 2019-cu il tarixdə cavabdehə notarial qaydada 3000 manat pul ödəmişdir. Ondan sonra beh müqaviləsində göstərilən bir il ərzində cavabdehin atasına dəfələrlə pul ödəmişdir. Ümumiyyətlə cavabdehin atasına 17000 (on yeddi) min manat pul ödəmişdir. Qalıq 3000 (üç) min manat pulu da vermək üçün dəfələrlə dəvət etsə də, müxtəlif bəhanələrlə onlar gəlməkdən imtina etmişlər. Belə ki, gah demiş ki, pandemiyadır çölə çıxa bilmirlər, gah da demişdir ki, xəstələri var. Ümumiyyətlə müxtəlif bəhanələrlə pulu almaqdan imtina etmişlər. Bu barədə cavabdehin atasının telefon danışığı var və o həmin danışığı diskə köçürmüşdür. Cavabdehin (ilk iddia üzrə iddiaçı) təqsiri üzündən almış olduğu 0,45 ha torpaq sahəsini öz adına rəsmiləşdirə bilmir. Belə olan halda hesab edir ki, cavabdeh notariusa gələrək alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən qəsdən yayınmaq üçün ona qarşı əsassız iddia qaldırır və iddia ərizəsində qeyd etdiklərinin çoxu həqiqətə uyğun deyildir. O, beh müqaviləsini göstərilən şərtlərə əməl etmiş, lakin cavabdeh tərəf həmin şərtləri yerinə yetirməyinə qərəzli şəkildə mane olmuşlar. Onların mane olmaları telefon danışıqları ilə təsdiq olunur və cavabdehin yeganə marağı torpaq sahəsini adına rəsmiləşdirilməsindən boyun qaçırmaqdadır. Torpağın adına rəsmiləşdirilməsi üçün onları dəfələrlə dəvət etmişdir. Lakin cavabdeh iddia ərizəsində qeyri-səmimi olaraq göstərdiklərini bəhanə edərək gəlməkdən imtina etmişdir.Odur ki, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını, ilkin iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X4göstərdi ki, əvvəlki qarşılıqlı iddia tələbində texniki səhv olara 17 min manat pul ödənildiyi qeyd olunub və 22 min manat tələb olunubdur. Hazırda iddia tələbini dəqiqləşdirmişlər. Belə ki, 17000 manat yox Cavabdeh behlə birlikdə 15000 manat pul ödəyibdir. 10000 manatı beh müqaviləsinin sonrakı şərtlərinə uyğun olaraq ödənilən 3000, 3000 və 4000 manat. (bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilibdir.) 5000 manat da beh. Onlar həmin behi qanunvericiliyin tələblərinə uyğun olaraq öhdəlik əks tərəf tərəfindən pozulduğu üçün, üzərinə götürdükləri öhdəlikləri icra etmədiyi üçün beh nəticəsində aldığı pulun iki qat mislini ödəməli olduğundan 10000 manat tələb edirlər. Əlavə olaraq ilkin iddia tələbində həmin ərazidə aparılmış qanunsuz tikilinin sökülməsi tələbi irəli sürülübdür. Yəni həmin ərazidə tikili olduğunu tərəf özü də qəbul edir. Lakin həmin tikili qanunsuz tikilməyibdir, beh müqaviləsinin şərtlərinə uyğun olaraq şəxs həmin torpaq sahəsini özünkü hesab edərək, öz qanuni istifadəsində olduğunu əsas götürərək orada 16000 manat xərc çəkərək tikinti aparıbdır. Onlar 16000 manat tikiliyə çəkilən xərcin, cəmi 36000 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında Şahid Bünyad qızı şahid qismində vediyi ifadəsində göstərdi ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin anasıdır. Onlar torpaq sahəsini alan gündən problemli günləri başlamışdır. Həmin torpaq sahəsini alan gündən onlar aldanmışlar. Torpaq sahəsini onlara satmışlar, lakin onlara həmin torpaq sahəsinə giriş üçün yol yeri verməmişlər. Torpaq sahəsini alarkən onlara bildirilmiş ki, o, öz həyətindən yol yeri verəcəkdir. Tövləni sökərək onlara yol verəcəkdir. Alqı-satqıya kimi onları yubatmışlar. Dəfələrlə Bakı şəhərindən Qəbələ rayonuna alqı-satqı üçün gedib gəlmişlər. Ancaq sənədləri qaydasında olmadığı üçün alqı-satqı edə bilməmişlər. Alqı-satqı olduqdan sonra torpaq sahibi onlara veridiyi sözün üzərində durmamış, tövləsini sökməmiş və onlara yol yeri verməmişdir. Həmin yol yerini onlara (0.02ha) satmışdır. Lakin bu günə kimi onlar həmin torpaq sahəsinə daxil olub oradan meyvələri yığa bilmirlər. Su çəkmişlər, suyu kəsmişlər. Torpaq sahəsinin pulunu xərcləyib qurtardıqdan sonra onu satdıqlarına peşman olmuşlar və onlara bildirmişlər ki, torpaq sahəsi onlarındır və onları həmin sahəyə buraxmırlar. Onlara bildirmişlər ki, pullarını geri qaytarsınlar və onlar da torpaq sahəsini geri qaytaracaqlar. Lakin onlar pullarının olmadığını bildirmişlər. Bu mübahisədən Qəbələ rayon İcra, Bələdiyyə və Polis şöbəsinin də məlumatı var. Daha sonra Pərvizin atası onlara bildirmiş ki, həmin torpaq sahəsinin bir hissəsi onun oğlu Pərvizə məxsusdur. Həmin 0.45 ha torpaq sahəsinin yarı məhsulunu Ağayev Oktay, yarı məhsulunu isə Pərvizin atası yığır. Daha sonra onlar həmin torpaq sahəsini satmağı qərara almışlar və həmin sahəyə alıcılar gəlməyə başlamışdır. X24 və onun həyat yoldaşı gələn alıcıları oradan qovmuşdur. Onlar məcbur qalmışlar ki, torpağı aldıqları qiymətdən ucuz, yarı qiymətinə, yəni 20.000 manata Cavabdeh satsınlar. O, Pərvizə zəng vurmuşdur. Pərviz dəonu yubatmışdır. Gah ona Dağıstanda olduğunu bildirmiş, gah da telefonuna başqa şəxslər cavab vermişdir. Bundan sonra onlar onun keçmiş həyat yoldaşı (onunla 2006-cı ildə rəsmi qaydada ayrılmışlar), oğlu İddiaçı atası Gülməmmədov Mahmudun telefon nömrəsini taparaq onunla əlaqə saxlamışlar ki, alqı-satqını onunla etsinlər. Çünki o, torpaq sahəsini aldıqları qiymətə satmaq istəmirmiş. Lakin onlar bununla razı qalmamışlar və ona görə də keçmiş həyat yoldaşı ilə danışıb torpaq sahəsini daha ucuz almışlar. O, Pərvizə torpaq sahəsinin 0.01 ha 750 manatdan satmağı təklif etmiş, lakin o, razılaşmamışdır. Çünki ilkin olaraq alqı-satqı olan vaxt onlara qiyməti 20.000 manat yazdırmışdırlar. Pərvizin əmisi torpaq sahəsinin yarısının onun, yarısının isə qardaşı oğlu Pərvizin olduğunu onlara dəfələrlə bildirmişdir. Belə olduqda onlar AR ƏMDK yanında DƏDƏRX Qəbələ rayon 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarını torpaq sahəsinə dəvət edərək torpaq sahəsinin yerini müəyyənləşdirməyi xahiş etmişlər. Əməkdaşlar torpaq sahəsini ölçmüş və ağacda işarə edərək həmin sahənin onlara məxsus olduğunu onlara bildirmişdir. Lakin yenə də onlar həmin sahənin Pərvizin olduğunu bildirmişlər. Torpaq sahəsi sənədlə onlara məxsus olsa da, məhsulu Pərviz yığır, qanunsuz tövlə və qala tikibdir. Məhkəmə iclasında X13 şahid qismində vediyi ifadəsində göstərdi ki, o, Cavabdeh əmisidir. O, Cavabdeh məxsus torpaq sahəsində tövlə tikmişdir. Tikintiyə 2020-ci ilin iyun ayında başlamış, avqust ayının sonları qurtarmışdır. Tövlənin tikintisi zamanı 4.100 manat əməkhaqqı almışdır. Tövlənin uzunu 30 m, eni isə 8 m imiş. Divarını mişar daşından, üstü isə şifeldən tikmişlər. Həmin torpaq sahəsi ilk dəfə ona məxsus olmuşdur. Torpaq sahəsini 37.000 manata yox, 24.000 manata İddiaçı satmışdır, 1500 manatını isə kəsmişlər və ödəməmişlər. Əvvəlcədən 0.01 ha 500 manata razılaşmışlar. 1500 manatını ödəmədiyi üçün onları həyətə buraxmamışdır. GedişTorpaq sahəsinin bir hissəsini, 0.10 ha hissəni qardaşı oğlu Pərvizə satmışdır. Lakin satdığı0.45 ha daxil deyilmiş. Məhkəmə iclasında X15 şahid qismində vediyi ifadəsində göstərdi ki, Cavabdeh əmisidir. O və qardaşı Tövləni hazırlayıb Pərvizə təqdim etmişlər. Tövlənin uzunluğu 30 m, eni isə 8 m olmuşdur. 2020-ci ilin iyununda başlayıb avqustunda qurtarmışlae. Pərviz torpaq sahəsini aldığını onlara bildirmişdir. Lakin sənədlərinin hələ almadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməli, ilkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan X5, X13, X6 şəxsində “satıcılar” olaraq onunla “alıcı” İddiaçı arasında 09.02.2017-ci il tarixdə bağlanmış AN-İ N nömrəli «Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcılar ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,67 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən müqavilədə göstərilən hissəni (hissələri) “Alıcının” mülkiyyətinə verirlər: fərdi yaşayış evi və torpaq sahəsinin qalan hissəsi mülkiyyətçilərdə qalır. Müqavilənin 4-cü maddəsinə əsasən satıcı(lar) daşınmaz əmlakı 20000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) qiymətinə satdı(lar), Alıcı(lar) isə həmin qiymətə aldı(lar). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli 09.09.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı mülkiyyətinə verilməklə (daşınmaz əmlakın reyestr nömrəsi **********75) danışmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin İddiaçı adına 07.09.2017-cı il tarixdə tərtib etdiyi A №185555 saylı «Torpaq sahəsinin planı və ölçüsü»nün surətindən müəyyən edilir ki, 0,45 ha torpaq sahəsinin M 1:24000 miqyasında ölçü planı göstərilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21avqust 2019-cu il tarixdə 19 saylı notariat kontorunda təsdiq edilmiş beh müqaviləsinə görə alıcı satıcıya məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha torpaq sahəsini 20 000 manat dəyərində gələcəkdə almağı öhdəsinə götürür və bu məqsədlə Satıcıya 5 000 (beş min) manat məbləğində beh verir. Qalıq qalmış 15000 (on beş min) manatı isə 1 (bir) il müddətinə kimi ödəniləcək və ödəniş başa çatdıqdan sonra alq-satqı müqaviləsi rəsmiləşdiriləcəkdir. Qeyd müqavilənin 2-ci bəndinə əsasən müqavilə rəsmiləşdirildiyi gündən bir il müddətinə bağlanmışdır. Müqavilənin 3-cü bəndinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o digər tərəfə behin iki məslini ödəməlidir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş və 01 noyabr 2019-cu il tarixdə 19 saylı notariat kontorunda təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı Cavabdeh ilə 19 saylı notariat ofisində aralarında bağlanılan 21.08.2019-cu il tarixli 3M-885 reyestr nömrəli beh müqaviləsinə əsasən Cavabdeh 3000 manat pulu nağd şəkildə almışdır. Eyni zamanda həmin ərizədə 26.01.2020-ci il tarixdə ““aldı” İddiaçı, “verdi” Cavabdeh” qeyddən görünür ki, 26.01.2020-ci il tarixdə X22 Gülməmmədova 3000 manat pulu vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayonu İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən İddiaçı ünvanlanmış 07.06.2019-cu il tarixli məktubda göstərilmişdir ki, rayon icra hakimiyyətinin nümayəndələri bir neçə dəfə qeyd ərazi olmuş, Nohurqışlaq kənd sakinləri X14, X5 və X11 ilə söhbət aparılmış, satılmış 0,45 ha torpaq sahəsinin mülkiyətçiyə təhvil verilmələri və həmin torpaq sahəsinə daxil olmaq və ondan istifadə etmək üçün maneələri aradan qaldırmaları tövsiyyə olunmuş, lakin aparılmış danışıqlara baxmayaraq vətəndaşlar hər dəfə özlərinə müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışmış və torpaq sahəsini təhvil verməkdən imtina etmişlər. Bu səbəbdən qeyd edilən məsələ mülki məsələyə aid olduğunda məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 04.09.2018-ci il tarixli məktubda X12 barəsində mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduğu tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli 09.09.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsini İddiaçı Cavabdeh satmaq barədə razılaşmışlar. Razılaşmaya uyğun olaraq Bakı şəhəri 19 saylı notaiat ofsində rəsmiləşdirilmiş 3M-885 reystr nömrəli, 21 avqust 2019-cu il tarixli “Beh Müqavilə”sinə əsasən İddiaçı 0,45 ha torpaq sahəsini 20000 (iyirmi min) manata Cavabdeh satmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış həmin müqavilənin 1.1-ci bəndinə görə, iddiaçı özünə məxsus Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən 0.45 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsini 20000 (iyirmi min) manata Cavabdeh satır. Ödəniləcək məbləğ tam hazır olmadığına notariat qaydasında alqısatqı müqaviləsi rəsmiləşdirilə bilinmir. Beh olaraq ikinci tərəf, yəni Cavabdeh birinci tərəfə, yəni iddiaçıya 5000 (beş min) manat notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalıq qalmış 15000 (on beş min) manatı isə 1 (bir) il müddətinə ödəniləcək və ödəniş başa çatdıqdan sonra alqı-satqı müqaviləsi rəsmiləşdiriləcəkdir. Daha sonra isə Cavabdeh tərəfindən 3 dəfəyə ümumilikdə 6000 manat İddiaçı ödənilmişdir. Məhkəmə ilk öncə iddia tələbi üzrə Cavabdeh tərəfindən “qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma”ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin mövcud halları ilə müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətində Qəbələ rayonu Nohurqışlaq kəndi ərazsində 0,45 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli 09.09.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la rəsmiləşdirilmişdir. Eyni zamanda onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ ərazi İdarəsi tərəfindən 07.09.2017-ci il tarixdə A 185555 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Hazırkı iş üzrə ilkin iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə ilkin iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı torpaq sahəsinin boşaldılmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahəsinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı ilkin iddiaçının təqdim etdiyiAzərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli 09.09.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la sübut olunur.Tərəflər arasında mübahisələndirilən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha torpaq sahəsiİddiaçı xüsusi mülkiyyətində olmaqla hazırda Cavabdeh istifadəsindədir. İşin qeyd olunan bu halı iş üzrə şahidlər tərəfindən verilən ifadələrlə də təsdiq edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən etiraf edilməklə tərəflər arasında mübahisələndirilməmişdir. Bir sözlə, Cavabdeh rəsmi mülkiyyət sənədi olmadan İddiaçı məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha torpaq sahəsinin halhazırda onun istifadəsində olduğunu, eyni zamanda həmin torpaq sahəsində tikili işləri gördüyünü etiraf etmişdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin qeyd olunan hallarını və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdehİddiaçı ilə 21.08.2019-cu il tarixdə bağlanmış beh müqaviləsinin tələblərinə onun tərəfindən əməl edildiyini, lakin İddiaçı beh müqaviləsinin icra edilməsindən yayındığını, bu səbəbdən İddiaçı beh müqaviləsinə görə üzərinə düşən öhdəlikləri icra etmədiyinə görə 20 000 (iyirmi min) manat real ziyan və 16 (on altı min) manat tikiliyə çəkdiyi xərc, cəmi 36 (otuz altı min) manat pulun məcburi qaydada alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda o cümlədən bu Məcəllənin 419.2-ci maddəsinə nəzərdə müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilmirsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Mülki Qanunvericilyin qeyd olunan normalarının mənasından göründüyü kimi beh qanunun tələblərinə riayət etməklə həqiqətən bağlandığını təsdiq edən faktdır. Beh müqaviləsinin predmetini razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği təşkil edir. Göründüyü kimi, hal-hazırda ilkin və qarşılıqlı iddia ərizələrindən, ilkin və qarşılıqlı iddiaçının, onların vəkillərinin məhkəmə iclaslarında verdikləri ifadələrindən müəyyən olunur ki, hər bir tərəf beh müqaviləsinin şərtlərinin digər tərəfdən pozulduğunu iddia edirlər. Belə ki, ilkin iddiaçı beh müqaviləsinin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməyini, məhz bu səbəbdən beh müqaviləsi bağlanarkən və ondan sonra ödənilmiş məbləğlərin Cavabdeh qaytarılmasından imtina edir. Qarşılıqlı iddiaçı Cavabdeh isə beh müqaviləsinin şərtlərinə İddiaçı tərəfindən riayət edilmədiyini, bu səbəbdən beh müqaviləsinə görə üzərinə düşən öhdəlikləri icra etmədiyinə görə İddiaçı 20 000 (iyirmi min) manat real ziyan və 16 (on altı min) manat tikiliyə çəkdiyi xərc, cəmi 36 (otuz altı min) manat pulun məcburi qaydada alınıb ona verilməsini xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Beləliklə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh beh müqaviləsinin şərtlərinə İddiaçı tərəfindən əməl edilməməsini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehbeh müqaviləsində göstərilən şərtlərə əməl etdiyini, lakin cavabdeh tərəfin həmin şərtləri yerinə yetirməyinə qərəzli şəkildə mane olduğunu bildirsə də, bunu təsdiqləyəcək faktları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəməyə İddiaçı atası ilə apardığı telefon danışıqlarını sübut kimi təqdim etmişdir. Lakin məhkəmə mülki prosessual qanunvericiliyin tələbləri baxımından həmin telefon danışıqlarını mötəbər sübut kimi qəbul etmir.Belə ki, Azərbaycan Respublikası MPM-in 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. MM-in 386.2-ci maddəsinə görə bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Beləliklə məhkəmə qeyd edir ki, tərəflər arasında 21 avqust 2019-cu il tarixdə bağlanmış beh müqaviləsində Cavabdeh 5000 (beş min) manatı ilkin olaraq, 15000 (on beş) min manatı isə 1 il ərzində ödəmək barədə öhdəlik götürsə də, 15000 (on beş) min manat öhdəliyin icra üsulu və yeri barədə tərəflər arasında hər hansı bir şərt göstərilməmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, ilkin İddiaçıCavabdeh beh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında beh müqaviləsindən irəli gələn qalan 15000 manat öhdəliyin 1 il ərzində hansı qaydada və hansı yerdə ödənilməsi (bank vasitsəsiilə, əlbəəl və s. formada) razılıq olmamışdır. Eyni zamanda beh müqaviləsinin icra edilməsinə görə İddiaçı Cavabdeh xəbərdarlığın edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə Cavabdeh beh müqaviləsini şərtlərini yerinə yetirmək istədiyini, lakin İddiaçı bundan yayınmasını bildirsə də, beh müqaviləsinin onun tərəfindən icrasına yönəlmiş hərəkətlərin nədə ifadə olunması ilə bağlı sübut təqdim etməmişdir. Göstərilən bu hallar beh müqaviləsinin icra edilməməsində İddiaçı və Cavabdeh hər ikisinin məsuliyyət daşıdığını, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirməmələrini göstərir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, beh, müqavilənin bağlanmasını təsdiq etməklə yanaşı icranı təmin etmək məqsədilə razılığa gələn tərəflərin birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir və beh, müqavilə öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Behlə təmin edilmiş öhdəliyin icra edilməməsi, belə pozuntuya yol verən tərəflərdən hansının yol verdiyindən asılı olaraq məhz həmin tərəf üçün əlverişsiz əmlak nəticələri yaradır. Bu baxımdan hazırki iddia tələbi ilə sübuta yetirilmişdir ki, behlə təmin edilmiş öhdəliyin icrası həm İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən, həm də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən təmin edilməmişdir. Belə olan halda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən beh müqaviləsinə əsasən İddiaçı ödənilmiş 11.000 (on bir min) manat pul alınaraq Cavabdeh ödənilməlidir. Bu zaman məhkəmə o halıda nəzərə alır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış beh müqaviləsinin bağlanması səbəbi Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha torpaq sahəsinin alqı-satqısı olmuşdur ki, hazırkı mülki iş üzrə və ilkin iddia üzrə həmin torpaq sahəsinin İddiaçı qaytarılması qət edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbində beh müqaviləsinə əsasən İddiaçı ümumilikdə 17000 (on yeddi min) manat ödədiyini qeyd etsə də, 17000 manat ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 avqust 2019-cu il tarixdə 19 saylı notariat kontorunda təsdiq edilmiş beh müqaviləsindən, İddiaçı tərəfindən verilmiş və 01 noyabr 2019-cu il tarixdə 19 saylı notariat kontorunda təsdiq edilmiş ərizədən və həmin ərizədə 26.01.2020ci il tarixdə edilmiş qeyddən Cavabdeh tərəfindən İddiaçı 11000 (on bir min) manatın verilməsi müəyyən olunur ki, Ceyhun Gülmməmdov tərəfindən də həmin məbləğ etiraf edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Ağayev X9 Gülmməmədovun atası Mahmud Gülməmmədova beh müqaviləsinə əsasən əlavə olaraq 4000 (dörd min) manat verdiyini bildirsə də, Mahmud Gülməmmədov hazırki iş üzrə cavabdeh olmadığından, Ceyhun Məmmədovun isə bundan xəbəri olmadığını və başqasına ödənilmiş hər hansı pul məbləğinə görə məsuliyyət daşımadığını qeyd etdiyindən, məhkəmə həmin məsələyə münasibət bildirmir və Cavabdeh izah edir ki, həmin məsələ ilə bağlı İddiaçı atası Mahmud Gülməmmədov qarşı ayrı iddia qaldıra bilər. Bundan başqa, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı 16 (on altı min) manat tikiliyə çəkdiyi xərcin ödənilməsini tələb edir. Bununla bağlı isə məhkəmə qeyd edir ki, hazırki iş üzrə Ceyhun Gülmmədov ilə Cavabdeh arasında Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi deyil, həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı beh müqaviləsi bağlanmışdır. Məhz beh müqaviləsinin şərtlərinə əməl etmədən və tərəflər arasında alqısatqı müqaviləsi bağlamadan Cavabdeh tərəfindən sözügedən torpaq sahəsində tikilmiş tikintiyə görə məsuliyyəti İddiaçı daşıya bilməz. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli 09.09.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı mülkiyyətinə verilmişdir. Beləliklə İddiaçı mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikili aparıldığına görə qarşılıqlı iddia tələbi 16 (on altı min) manat tikiliyə çəkdiyi xərcin ödənilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilkin iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10(on) manat dövlət rüsumu, həmçinin qarşılıqlı iddia tələbi ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********75; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 09.09.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,45 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər onun hesabına sökülməli və həmin torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı, Qarşılıqlı iddia qismən təmin edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıdan 11.000 (on bir min) manat pul alınaraq Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İlkin iddia təmin edilsin. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********75; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 09.09.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,45 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər onun hesabına sökülsün və həmin torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıdan 11.000 (on bir min) manat pul alınaraq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1043/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1043/2021
15.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver