Məhkəmə qərarları › İş №2(025)-1049/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1049/2020

12.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1049/2020 12.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin miqdarının sabit pul məbləğində müəyyən edilərək Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Məhkəməsinin xx xxxxxx 2010cu il tarixli 2(025)-312/11 saylı qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsinin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin dövrdən indiyədək azyaşlı övladı Mehin onun himayəsindədir. O, qızı ilə birlikdə Qəbələ şəhərində valideynlərinin yanında yaşayır. Sözügedən Qəbələ rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(025)-312/11 saylı qətnaməsi ilə Mehinin yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş aliment məbləğinin sabit pul məbləğində müəyyən edilməməsi reallıqda mühüm çətinliklər yaradır. Belə ki, alimentin hesablanması və nəticədə ödənilməsi cavabdehin rəsmi iş yeri və gəlirinin aşkar edilmədiyi təqdirdə mümkünsüz olur. Azyaşlı qızının böyüməsi, həmçinin qiymətlərin bahalaşması ilə əlaqədar xərcləri xeyli artmışdır. Bu səbəbdən Cavabdeh Firudun oğlundan bundan sonra qızının saxlanması üçün ona ödədiyi aliment məbləğinin hər aya 170 manat məbləğində müəyyən edilməsini xahiş edir. Bu məbləği ödəmək üçün cavabdehin hər cür maddi imkanı vardır. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, Qəbələ rayon Məhkəməsinin xx xxxxxx 2010cu il tarixli 2(025)-312/11 saylı qətnaməsi ilə cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi həcmində aliment tutulması qət edilmişdir. Lakin bu, çətinliklər yaratdığından iddiaçı alimentin sabit pul məbləğində tutulmasını istəyir. Eyni zamanda qeyd edir ki, təmsil etdiyi şəxsin icra orqanına təqdim etdiyi ərizənin nəzərə alınmasına və oradsa qeyd olunan həcmdə alimentin sabit pul məbləğində tutulmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə iddia tələbini qismən qəbul edərək göstərdi ki, qardaşı qarşılıqlı razılaşmaya əsasən hər ay 100 manat məbləğində aliment ödəyir. Lakin həmin məbləğdən artıq aliment ödəməyə imkanı çatmır. Həmçinin qardaşı yenidən ailə qurmuş və himayəsində bir azyaşlı uşağı vardır. Hər ay sabit pul məbləğində 100 manat aliment ödənilməsinə etiraz etmir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilininvə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmişQəbələ rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(025)-312/11 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı ilə xx xxxx 2007-ci ildə Qəbələ Rayon Bum qəsəbə X9 bağlanmış nikahın pozulması, Cavabdeh ilə İddiaçı nikahından xx xxxx 2009-cu il tarixdə anadan olmuş qız uşağı boşanmadan sonra anası İddiaçı yanında qalması, Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment xx xxxxxx 2010-cu il tarixdən tutulub birgə nikahdan olan xx xxxx 2009-cu il tarixdə anadan olmuş qız uşağı yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ seriyalı, 552720 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010cu ildə 411 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Qəbələ rayon Bum qəsəbə inzibati nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ seriyalı, 455876 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 17 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X6r. İş materiallarında olan Qəbələ rayon Bum qəsəbə inzibati nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ seriyalı, 794378 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 xx xxxxxxx 2012-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 25 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əzəmmədov, arvada Əzəmmədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Abşeron rayon Baytarlıq idarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən Abşeron rayon Baytarlıq İdarəsində işləyir və aylıq əmək haqqı 490,7 manat təşkil edir. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıxx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı Qəbələ rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, tərəflər qarşılıqlı razılaşmaya əsasən əvvəlki bütün aliment borclarını bağlamış və həmin tarixdən etibarən hər ay sabit pul məbləğində alimentin ödənilməsinə razılaşmışlar. Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx xxxx 2009-cu il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları xx xxxx 2009-cu il təvəllüdlü X7 ananın yanındadır. Qəbələ rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(025)-312/11 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı ilə xx xxxx 2007-ci ildə Qəbələ Rayon Bum qəsəbə X9 bağlanmış nikahın pozulması, Cavabdeh ilə İddiaçı nikahından xx xxxx 2009-cu il tarixdə anadan olmuş qız uşağı boşanmadan sonra anası İddiaçı yanında qalması, Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment xx xxxxxx 2010-cu il tarixdən tutulub birgə nikahdan olan xx xxxx 2009-cu il tarixdə anadan olmuş qız uşağı yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü X2 üçün hər uşaq üçün 170 manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, hal-hazırda yenidən evli olduğunu, yeni evliliyindən bir uşağının olmasının nəzərə alınmasını və məbləğ artırılarsa ödəyə bilməyəcəyini qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını nəzərə alaraq xx xxxx 2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay tutulan alimentin məbləğinin dəyişdirilməsini, cavabdehdən hər ay sabit pul məbləğində100 (bir yüz) manat aliment tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin yenidən ailə qurmasını, himayəsində bir azyaşlı uşağının olmasını, iddiaçının cavabdehin hər ay 170 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(025)-312/11 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx xxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği hər ay sabit pul məbləğində - 100 (bir yüz) manat məbləğində müəyyən edilməklə həmin alimnet tutularaq İddiaçıödənilməli, alimentin dəyişdirilməsi qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Qəbələ rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(025)-312/11 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx xxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin, hər ay sabit pul məbləğində - 100 (bir yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin dəyişdirilməsi qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar