Məhkəmə qərarları › İş №2(025)-1076/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1076/2021

30.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1076/2021 30.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 mart 2017-ci ildə anadan olmuş X1 və 24 noyabr 2018-ci ildə anadan olmuş X3 hər birinin saxlanması üçün sabit pul məbləğində hər ay 175 manat – cəmi 350 manat aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə rəsmi nikah qeydiyyatına girmədən evlənmişlər, daha doğrusu faktiki ər-arvad olmuşlar. Ər-arvadlıq münasibətlərindən 07 mart 2017-ci il tarixdə X4, 24 noyabr 2018-ci il tarixdə isə X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehin könüllü razılığı ilə hər iki uşağın doğum haqqında şəhadətnamələrinin ata qrafasında Elməddin yazılmışdır. Münasibətləri pozulduğuna görə cavabdehdən ayrılmışdır və uşaqlar onun yanında qalmışdır. Uzun müddətdir ki, ayrılmaqlarına baxmayaraq cavabdeh uşaqları ilə maraqlanmamış və onların saxlanması üçün heç bir maddi köməklik göstərməmişdir. Qüvvədə olan ailə qanunvericiliyinin tələbinə görə onun cavabdehdən aliment tələb etmək hüququ var və o da cavabdehdən uşağın saxlanması üçün aliment tələb edir. Çünki, uşaqların saxlanması hər ikisinin vəzifəsidir və hər ikisi bərabər maddi məsuliyyət daşıyırlar. O, cavabdehin nə qədər gəliri olduğunu bilmir. Ona görə də qanunun tələbinə uyğun olaraq alimenti sabit pul məbləğində tələb edir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını cavabdehin iştirakı olmadan keçirməyi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.08.2013-cü il tarixli, AZ-İ seriyalı, 868825 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 23 avqust 2013-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 114 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Seyidov, arvada Seyidova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.03.2021-ci il tarixli, AZ-İV seriyalı, 555559 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 26.11.2018-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 05.07.2019-ci ildə 76 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.03.2018-ci il tarixli, AZ-İV seriyalı, 082181 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 07.03.2017-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 06.03.2018-ci ildə 497 № ilə qeyd edilmişdir. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. İş materiallarında olanQəbələ rayon İcra Hakimiyyəti Zirik kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23.02.2021-ci il tarixli, 54 saylı arayışdan görünür ki, İddiaçı Qəbələ rayon Zirik kəndində yaşayır. Beləliklə, məhkəmədə tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olmadan faktiki ailə münasibətlərində olmuş, onların faktiki ailə münasibətlərindən 07 mart 2017-ci il təvəllüdlü X1 və 24 noyabr 2018-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Tərəflərin birgə nikahından anadan olmuş uşaqları ananın yanındadır. İddiaçı iddia ərizəsində uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində olmaqla, iki uşağa görə ayda 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə 07 mart 2017-ci il təvəllüdlü X1 və 24 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə ayrı-ayrılıqda sabit pul məbləğində 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 350 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 30.06.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30.06.2021-ci il tarixdən başlayaraq, 07 mart 2017-ci il təvəllüdlü X1 və 24 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində, hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30.06.2021-ci il tarixdən başlayaraq, 07 mart 2017-ci il təvəllüdlü X1 və 24 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində, hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar