Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1084/2020 19.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin və əlavə olaraq uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 70 (yetmiş) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixli 2(025)-343/2020 saylı Qəbələ Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan Qəbələ regional “ASAN xidmət” Mərkəzindəki Qeydiyyat şöbəsində 2018-ci il noyabrın 17-də qeydə alınmış 556 nömrəli nikah pozulmuşdur. Birgə evlilikdən olan övladlarından xx xxxx 2017-ci il təvəllüdlü X8 atası Cavabdeh, digər övladı xx xxx 2018-ci il təvəllüdlü X9 isə onun yanında saxlanılmışdır. O, xx xxxx 2000-ci ildə Qəbələ rayonu Hacıalılı kəndində anadan olmuşdur, heç bir yerdə işləmir və azyaşlı övladına baxır. Hal-hazırda xx xxx 2018-ci il təvəllüdlü X1 çətinlik yaranmışdır. Belə ki, o, işləməsə də, qarşı tərəf fərdi işlərlə məşğul olaraq kifayət qədər qazanc əldə edir. Ona görə də, cavabdehin onun yanında qalan uşağının saxlanması üçün hər ay aliment ödəməyə imkanı vardır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, eyni zamanda göstərdi ki, hal-hazırda Qəbələ rayonu Hacıalılı kəndində “Yeni marketdə işləyir və 250 manat əməkhaqqı alır. Cavabdeh tərəfindən ödəniləcək olan alimentin məbləğinə etiraz etmir. Əsas məqsədi cavabdehin bir valideyn kimi məsuliyyətini dərk etmək və uşağın saxlanılmasında onun iştirakını təmin etməkdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını cavabdehin iştirakı olmadan keçirməyi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)- 343/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə X5 arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış və Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 556 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2017-ci il təvəllüdlü X6 atası Cavabdeh, xx xxx 2018-ci il təvəllüdlü X4 anası X2 yanında qalması qət edilmişdir. İş materiallarında olan Qəbələ rayon “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV № 211670 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxx 2018-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09sentyabr 2020-ci il tarixli, AZ-İ seriyalı, 341706 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikahın pozulması xx xxxxxxxx 2020-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 63 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Yusifova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Hacıalılı kənd İƏD tərəfindən verilmiş 18avqust 2020-ci il tarixli, 238 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu, Hacıalılı kəndində yaşayır. Beləliklə, məhkəmədə tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2016-cı il tarixdə faktik olaraq evlənərək ailə qurmuş, xx.xx.2018-ci il tarixdə isə rəsmi nikah qeydiyyatından keçmişlər. Birgə nikahdan xx.xx.2017-ci il tarixdə Nizami, xx.xx.2018ci il tarixdə isə Aylin adlı uşaqları doğulmuşdur, tərəflər arasındakı nikah rəsmi qaydada pozulmamış, tərəflərin birgə nikahından anadan olmuş, xx xxxx 2017-ci il təvəllüdlü X8 atası Cavabdeh, xx xxx 2018-ci il təvəllüdlü X9 isə anası X2 yanındadır. İddiaçı iddia ərizəsində uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və əlavə olaraq uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 70 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir.Lakin iddiaçı məhkəmə zamanı ifadəsində işlədiyini, cavabdeh tərəfindən ödəniləcək alimentin məbləğinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə xx xxx 2018-ci il təvəllüdlü X4yetkinlik yaşına çatanadək saxlanılması üçün 85 (səksən beş) manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin qazancı barədə iddiaçının hər hansı bir sübut təqdim etməməsini, iddiaçının cavabdehin hər ay 170 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini,övladlara baxmağın ananın vəzifəsi olduğu kimi, atanında vəzifəsi olmasını, məhkəmə qətnaməsi ilə uşaqlardan birinin atanın yanında qalmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsaəsn hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikddir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar hər ay üçün 70 (yetmiş) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını istəyir. Lakin məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş xx xxxx 2017-ci il təvəllüdlü X6 atanın (cavabdehin) himayəsində qalmasını, iddiaçının işləməsini və əməkhaqqı almasını nəzərə alaraq iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxx 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 85 (səksən beş) manat məbləğində tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmamalı, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehxx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxx 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 85 (səksən beş) manat məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1084/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1084/2020
19.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver