Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1162/2021 19.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Mirəmməd oğlunun iştirakı ilə İddiaçı Mirəmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və evin alğı-satqı müqaviləsi əsasında həyətyanı torpaq sahəsinin də alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mirəmməd oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və evin alğı-satqı müqaviləsi əsasında həyətyanı torpaq sahəsinin də alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, İsmayıllı rayon AİKnın 06 fevral 1999-cu il tarixli 06 saylı qərarı ilə X1 adına 25 dekabr 2005-ci il tarixdə verilmiş JN-006F KOD 40719018 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, onun 14 aprel 2004-cü il tarixli 216769 saylı ev alğı-satıqısı müqaviləsi əsasında evin 12 ha həyətyanı torpaq sahəsinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İsmayıllı rayon Dövlət Notariat Kontorunun 14 aprel 2004-cü il tarixli 216769 saylı alğı-satqı müqaviləsi ilə İsmayıllı rayonu Mican kəndində yerləşən evi və 12 sot həyətyanı torpaq sahəsinin də pulunu X2 verərək evi və həyətyanı torpaq sahəsini almışdır. Evin texniki pasportundan da göründüyü kimi evin sənəd üzrə 12 ha həyətyanı sahəsi olmuşdur. Həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin 88-ci maddəsinin 2-ci bəndinə əsasən Xüsusi mülkiyyətdə olan tikiliyə, qurğuya, müəssisəyə, obyektə mülkiyyət hüququ başqa şəxslərə keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ bağışlama istisna olmaqla torpağın dəyərini ödənilməklə daşınmaz əmlak paylara uyğun həmin şəxsə şəxslərə keçir. Alğı-satqı müqaviləsi bağlanarkən torpaq sahəsi İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə mülkiyyətə verilmişdir. Həmin qərarda torpaq sahəsinin texniki səhv olaraq 0,12 ha əvəzinə 0,06 ha kimi göstərilmişdir. Keçmiş mülkiyyətçi S.Niftəliyeva ilə alğı-satqı müqaviləsi ilə onun istifadəsinə keçmiş DT və XK-si X1 adına JN-006F kod 40719018 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə vermişdir. Verilən şəhadətnamədə İsmayıllı RAİK-in 06 fevral 1999-cu il 66 saylı qərarı ilə verildiyi göstərilsə də, qərardan 6 il müddət keçəndən sonra bu şəhadətnamənin verilməsi torpaq islahatı haqqında qanunvericiliyin tələblərinə ziddir. Bu şəhadətnamə ilə evə mülkiyyət sənədi almaq üçün DƏDRX-yə müraciət edəndə bilmişdir ki, onun istifadəsinə qanunla keçmiş bu torpağa başqa vətəndaşa şəhadətnamə verilmişdir. Çünki həmin dövrdə DƏDR haqqında qanun mövcud olmadığından daşınmaz əmlaka mülkiyyət hüququ alğı-satqı müqaviləsi əsasında verilən qeydiyyat vəsiqəsi rəsmiləşdirilmişdir. DƏDR haqqında qanun qəbul edilənə qədər 1964-cü il Mülki Məcəlləsinə əsasən 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda mülkiyyət hüququ qeydə alma zamanı yaranır. Evin yerləşdiyi torpaq sahəsinin ölçüsü qeydiyyat vəsiqəsində yox, evin texniki pasportunda göstərilirdi. DƏDR haqqında qanun o, bu evi alandan 4 ay sonra 10.08.2004-cü il tarixdə 4 ay sonra qəbul olunmuşdur. Ancaq nə qədər bu şəhadətnamə qüvvədədir və nə qədər qeydiyyat üçün 10-cu maddədə göstərilən əsasları təqdim edə bilmir, DƏDRX-nin imtinası əsaslıdır. Torpağın özəlləşdirilməsinə qərar verilsə də, vaxtına özəlləşmə sənədi verilməmişdir. Torpaq həmin dövrdə dövlət mülkiyyətində idi, alğı-satqı predmeti ola bilməzdi. Həmin dövrün qanunlarına uyğun evlə birlikdə torpaq sahəsinin alğı-satqı müqaviləsi də bağlanmış hesab edilməli və dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Mirəmməd oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Mirəmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və evin alğı-satqı müqaviləsi əsasında həyətyanı torpaq sahəsinin də alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsində İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 06 saylı qərarı ilə X1 adına 25 dekabr 2005-ci il tarixdə verilmiş JN- 006F KOD 40719018 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, onun 14 aprel 2004cü il tarixli 216769 saylı ev alqı satıqısı müqaviləsi əsasında evin 12 ha həyətyanı torpaq sahəsinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəlləyə əsasən isə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Ona görə də hazırki mübahisəyə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda sadalananlar nəzərə alınaraq İddiaçı Mirəmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və evin alğısatqı müqaviləsi əsasında həyətyanı torpaq sahəsinin də alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mirəmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və evin alğı-satqı müqaviləsi əsasında həyətyanı torpaq sahəsinin də alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1162/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1162/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver