Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1256/2023 26.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlu Kreditor: "xxxx" MMC-nin Borclu: Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, Borclu ilə bağlanmış xx.xx.2023-cü il tarixli ******* "xxxx" müqaviləsi üzrə 676 manat əsas borcun, 67.6 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun Borclu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. "xxxx" MMC ilə Borclu ilə bağlanmış xx.xx.2023-cü il tarixli ******* "xxxx" müqaviləsindən görünür ki, MMC borcalana 12 ay müddətinə hər ay 68 manat ödəmək şərti ilə mobil telefon satmışdır. Ərizədən görünür ki, Borclu həmin alqı-satqı müqaviləsi üzrə 676 manat əsas və 67.6 manat cərimə borcu vardır. Alqı-satqı müqaviləsi üzrə son ödəniş tarixi 2020-08-09 nəzərdə tutulmuşdur. Hazırda həmin müqavilə üzrə əsas kredit borcunun və cərimənin tutulması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-423-cü maddələrində nəzərdə tutulmuş qaydaya riayət edilməlidir. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, hazıkı ərizə üzrə məhkəmə əmrinin verilməsinin Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsi ilə müəyyən edilmiş əsaslarının (tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması) mövcudluğunu istisna edir. Azərbaycan Respublikası MPM-nin 279.2.3-cü maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 279.2.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1256/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1256/2023
26.07.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver