Məhkəmə qərarları › İş №2(025)-1277/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1277/2022

18.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1277/2022 18.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair, İddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair bir icraatda birləşdirilmiş mülki işlər üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, nikahın pozulması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair, İddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair bir icraatda birləşdirilmiş mülki işlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan anadan olmuş 31 iyul 2012-ci il təvəllüdlü X2 və 24 sentyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla, ümümilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə 2011-ci il tarixində el adəti üzrə toyu olmuş, nikahı isə xx.xx.2011-ci il tarixində Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 52 nömrə ilə qeyd etdirmişlər. Cavabdehlə birgə nikahdan 31 iyul 2012-ci il tarixdə X4 və 24 sentyabr 2016-cı il tarixdə X5 anadan olmuşdur. Ailə qurduqları ilk günlər münasibətləri normal olmuş, aralarında heç bir narazılıq olmamışdır. Təxminən 5-6 ay olar ki, münasibətləri pozulmuş, xasiyyətləri uyğun gəlməmiş, tez-tez ailədə söz-söhbət və mübahisələr baş vermişdir. Hal-hazırda cavabdeh ilə birlikdə yaşamır və o, uşaqlarla birlikdə valideynlərinə məxsus evdə yaşayır, uşaqlar onun himayəsindədir və onların maddi təminatı ilə cavabdeh şəxs maraqlanmır. Uşaqların saxlanılması üçün yeməyə, geyimə, müalicəyə və digər ehtiyyaclara tələbatı yaranmışdır. Onun təkbaşına onları böyütmək üçün müvafiq xərclərini ödəməyi mümkün deyildir. Belə ki, o, işləmir, azyaşlı uşaqlarına baxır, böyük uşağı fiziki qüsurlu uşaqdır. Uşaqlarının təminatına valideynləri köməklik edirlər. Hesab edir ki, cavabdehin uşaqlarının saxlanması üçün hər birinə görə hər ay 193 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı çatır. Belə ki, cavabdeh konserv zavodunda operator vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh İddiaçı arasında nikahın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun cavabdeh İddiaçı ilə aralarında 27 sentyabr 2011-ci ildə Qəbələ rayon İHB-nin Vəndam qəsəbəsi üzrə icra nümayəndəliyində 52 sayla qeydə alınmış nikahın pozulmasına və birgə nikahdan 31 iyul 2012-ci ildə anadan olmuş X2 və 24 sentyabr 2016cı ildə anadan olmuş X3 gələcəkdə tərbiyə olunmaq üçün alınıb ona verilməklə onun himayəsində saxlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh iddianın həcminin azaldılması ilə bağlı məhkəməyə ərizə təqdim edərək, iddia tələbindən uşaqların himayəyə verilməsi hissəsində imtina etdiyini bildirmiş və cavabdeh İddiaçı ilə aralarında 27 sentyabr 2011-ci ildə Qəbələ rayon İHB-nin Vəndam qəsəbəsi üzrə icra nümayəndəliyində 52 sayla qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 27 sentyabr 2011-ci ildə Qəbələ rayon İHB-nin Vəndam qəsəbəsi inzibati ərazi nümayəndəliyində 52 saylı nikahımızı rəsmi qeydiyyatdan keçirməklə ailə qurmuşdur. Nikah sənədinin əsli cavabdehdə qalmışdır. Birgə nikahdan 31 iyul 2012-ci ildə Gültac adlı və 24 sentyabr 2016-cı ildə Hüseyn adlı olmaqla iki uşağı anadan olmuşdur. İlk vaxtlar münasibətləri nisbətən normal olmuş, lakin sonradan münasibətləri qeyri-normal hal aldığından ailə-nikah münasibətləri pozulmuşdur. Belə ki, cavabdeh 2022-ci ilin valideynlərinin yanına getmiş və bir daha geri qayıtmamışdır. Həmin vaxtdan uşaqlar da ayrıca olaraq anasının himayəsində qalmışdır. Hesab edir ki, uşaqlarının gələcəkdə tərbiyə olunması, normal təhsili və sağlam böyüməsi üçün onların ataları ilə qalması və onun himayəsində saxlanması daha məqsədəmüvafıq hesab olunmalıdır. Hazırda nikah formal xarakter daşıyır. Bundan sonra barışmaqları və ailə-nikah münasibətlərinin davam etdirilməsi və ailənin bərpa edilməsi və saxlanması mümkün deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, yazılı ərizə təqdim etmiş, Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulmasına etiraz etmədiyini bildirmiş və cavabdehlə birgə nikahdan anadan olmuş 31 iyul 2012-ci il təvəllüdlü X2 və 24 sentyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla, ümümilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək, tərəflər arasında bağlanmış nikahın pozulması, cavabdehlə birgə nikahdan anadan olmuş 31 iyul 2012-ci il təvəllüdlü X2 və 24 sentyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla, ümümilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini müdafiə edərək, cavabdeh İddiaçı ilə aralarında 27 sentyabr 2011-ci ildə Qəbələ rayon İHB-nin Vəndam qəsəbəsi üzrə icra nümayəndəliyində 52 sayla qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin yazılı ərizə təqdim edəərk bildirdi ki, 31 iyul 2012-ci il təvəllüdlü X2 və 24 sentyabr 2016-cı il təvəllüdlü X3 ananın yanında saxlanılmasına etirazı yoxdur. Həmçinin İddiaçı tələb etdiyi məbləğdə aliment ödəməyə onun maddi vəziyyəti imkan vermir. Odur ki alimentlə bağlı iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək, Cavabdeh İddiaçı ilə aralarında 27 sentyabr 2011-ci ildə Qəbələ rayon İHB-nin Vəndam qəsəbəsi üzrə icra nümayəndəliyində 52 sayla qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətınin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar uçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi qismən və iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən 27 sentyabr 2011-ci il tarixdə verilmiş AZ-İ № 708189 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 27 sentyabr 2011-ci il tarixdə X6 ilə rəsmi nikaha girmiş və bu barədə Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən 52 nömrə ilə nikah qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Əmrahov, arvada Əmrahova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 958359 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 31 iyul 2012-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 753 nömrə ilə qeyd aparılmışdır. Anası İddiaçı, atası Cavabdehdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 827422 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24 sentyabr 2016-cı il tarixdə Qəbələ şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 218 nömrə ilə qeyd aparılmışdır. Anası İddiaçı, atası Cavabdehdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 27 sentyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahdan iki övladı anadan olmuş, uşaqlar yetkinlik yaşına çatmamış, sonradan tərəflərin münasibətləri pisləşmiş, onlar birgə yaşamırlar, ər-arvad münasibətləri kəsilmişdir, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır, ailənin yenidən bərpası mümkün deyildir, uşaqlar anası İddiaçı himayəsindədir, hər iki tərəf iddia tələbinin təmin olunmasını tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər nikahın pozulmasını təkid etdiyindən, eyni zamanda ailənin tamlığının saxlanılması mümkün olmadığından tərəflər arasında 27 sentyabr 2011-ci il tarixdə bağlanmış və Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır. Məhkəmə uşaqların mənafelərini, tərəflərin izahatını nəzərə alaraq hesab edir ki, 31 iyul 2012-ci il təvəllüdlü X4 və 24 sentyabr 2016-cı il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmalıdır. Məhkəmə hesab edir ki, 31 iyul 2012-ci il təvəllüdlü X2 və 24 sentyabr 2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək və uşaqlara qayğı göstərmək onun valideynlik borcudur. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 31 iyul 2012-ci il təvəllüdlü X2 və 24 sentyabr 2016-cı il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, hesab edir ki, aliment 01 sentyabr 2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 27 sentyabr 2011-ci il tarixdə bağlanmış və Qəbələ rayon Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahlarından anadan olmuş 31 iyul 2012-ci il təvəllüdlü X2 və 24 sentyabr 2016-cı il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması müəyyən edilməli, Cavabdeh 01 sentyabr 2022-ci il tarixdən başlayaraq, 31 iyul 2012-ci il təvəllüdlü X2 və 24 sentyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 27 sentyabr 2011-ci il tarixdə bağlanmış və Qəbələ rayon Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş 31 iyul 2012-ci il təvəllüdlü X2 və 24 sentyabr 2016-cı il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması müəyyən edilsin. Cavabdeh 01 sentyabr 2022-ci il tarixdən başlayaraq, 31 iyul 2012-ci il təvəllüdlü X2 və 24 sentyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar