Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-134/2022 26.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən 12.07.2010cu ildə anadan olmuş və onun yanında saxlanılmış X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün anası Cavabdeh hər ay üzrə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin onun xeyrinə alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanması və aliment tələbi barədə” iddiasına baxaraq Qəbələ rayon məhkəməsi 24 iyun 2021-ci il tarixdə 2(025)-275/2021 saylı qətnamə çıxarmış və qət etmişdir ki, iddia tələbi qismən təmin edilsin, iddiaçı Cavabdeh ilə aralarında olan Qəbələ RİHB-nin Qəbələ rayon Nic qəsəbə İƏN-yi tərəfindən 2010-cu il iyunun 7-də qeydə alınmış 17 saylı nikah pozulsun, nikah pozulduqdan sonra 07.07.2013-cü ildə anadan olmuş X5 iddiaçı – anası Cavabdeh yanında saxlanılsın, 12.07.2010-cu ildə anadan olmuş X6 cavabdeh – atası İddiaçı yanında saxlanılsın, İddiaçı 07.01.2021-ci il tarixdən başlayaraq 07.07.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilsin, iddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmənin qətnaməsində ondan 07.01.2021-ci il tarixdən başlayaraq 07.07.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, o, iddiçıya qarşı alimentlə bağlı hər hansı tələb irəli sürməmişdir, bunun da gələcəkdə onun alimentlə bağlı iddia qaldırmağını istisna etmədiyi ona izah edilir. Odur ki, onun himayəsində saxlanılmış, 12.07.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün uşağın anasından aliment tutulmasının müəyyən edilməsi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh həmçinin 51 558 96 73 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh İddiaçı iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(025)- 275/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Qəbələ rayon Nic qəsəbə İnzibati Ərazi nümayəndəliyi tərəfindən 2010-cu il iyunun 07-də qeydə alınmış 17 nömrəli nikahın pozulması, 07 iyul 2013-cü il təvəllüdlü X2 iddiaçı – anası Cavabdeh yanında saxlanılması, 12 iyul 2010-cu il təvəllüdlü X3 cavabdeh – atası İddiaçı yanında saxlanılması, İddiaçı 07.01.2021-ci il tarixdən başlayaraq, 07 iyul 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayonu Nic qəsəbəsi İnzibati Ərazi dairəsi tərəfindən verilmiş 02.11.2011-ci il tarixli, AZ-İİ seriyalı, 737380 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 12.07.2010-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 02.11.2010-cü ildə 54 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli, 1108 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Nic qəsəbə sakinidir, hal-hazırda həmin qəsəbədə yaşayır və heç bir yerdə işləmir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli, 1109 nömrəli arayışdan görünür ki, X6 Qəbələ rayonu Nic qəsəbə sakinidir, hal-hazırda həmin qəsəbədə yaşayır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş 02.02.2017-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində doğulmuşdur. İş materiallarında olan “X4 iştirak edilməməsi Barədə” 51 nömrəli, 02 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, tərəflər X4n sonra prosesi davam etdirə bilməmişdirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X4 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X4 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X1 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə uyğun olaraq “X4 iştirak edilməməsi Barədə” arayış verilmişdir. Beləliklə, məhkəmədə tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından 07 iyul 2013-cü il təvəllüdlü X5 və 12 iyul 2010-cu il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşağları 07 iyul 2013-cü il təvəllüdlü X5 iddiaçı – anası Cavabdeh, 12 iyul 2010-cu il təvəllüdlü X6 cavabdeh – atası İddiaçı yanındadır. Qəbələ Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(025)- 275/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Qəbələ rayon Nic qəsəbə İnzibati Ərazi nümayəndəliyi tərəfindən 2010-cu il iyunun 07-də qeydə alınmış 17 nömrəli nikahın pozulması, 07 iyul 2013-cü il təvəllüdlü X2 iddiaçı – anası Cavabdeh yanında saxlanılması, 12 iyul 2010-cu il təvəllüdlü X3 cavabdeh – atası İddiaçı yanında saxlanılması, İddiaçı 07.01.2021-ci il tarixdən başlayaraq, 07 iyul 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı 07 iyul 2013-cü il təvəllüdlü X5 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsini xahiş edir. İddiaçı işləmədiyini, heç bir qazanc yerinin olmadığı və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə 12 iyul 2010-cu il təvəllüdlü X6 cavabdeh – atası İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat alimentin tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Məhkəmə belə qənaətə gələrkən məhkəmə qətnaməsi ilə ananın yanında saxlanılmış 07 iyul 2013-cü il təvəllüdlü X2 saxlanılması üçün hazırkı iş üzrə iddiaçıdan ümumilikdə 150 (bir yüz əlli) manat aliment tutulduğunu nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 09.12.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09.12.2021-ci il tarixdən başlayaraq, 12 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, qətnamə dərhal icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 38 (otuz səkkiz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09.12.2021-ci il tarixdən başlayaraq, 12 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-134/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-134/2022
26.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver