Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1480/2023 13.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa hər ay 600 manat cəmi 1200 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, Cavabdeh qarşı xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər uşaqa görə hər ay 600 manat olmaqla cəmi 1200 manat aliment tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh hər iki uşağın saxlanılması üçün gəlirlərinin və başqa qazancının 1/3 hissəsini aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Əsma, xx.xx.2017-ci il tarixdə isə Əli adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri son dövürlərədək səmimi və mehriban olmuşdur. Ancaq son dövürlərdə cavabdehin həm ona və həmdə uşaqlara münasibəti dəyişmiş, kifayət qədər qazancı olmasına baxmayaraq ailəsinə xərcləmir. Bu da son nəticədə ailənin maddi təminatında ciddi problemlər yaradıb. Cavabdeh hərbiçidir, kifayət qədər qazancı var. Hər ay 2000 - 2020 manat məbləğində əmək haqqı alır. Onun isə qazancı yoxdur. Uşaqların maddi təminatını ödəyə bilmir. Özü epilepsiya xəstəliyindən müalicə olunur. Valideynlərinin köməyi ilə müalicəsini təmin etmək mümkün deyildir. Ona görə də uşaqların maddi tələbatını ödəmək məqsədilə cavabdehdən aliment tutulmasını istəyir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 17 sentyabr 2014-cü il tarixdə verilmiş AZ-İ № 996461 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X2 17 sentyabr 2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1717 nömrə ilə qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Oruclu, arvada Oruclu soyadı verilmişdir. İşdə olan Bərdə regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 08 may 2017-ci il tarixdə verilmiş AZ-İİİ № 926349 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 aprel 2017-ci ildə Bərdə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 912 nömrə ilə doğum qeydi aparılmışdır. Anası İddiaçı, atası Cavabdehdur. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 17 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ № 866523 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 aprel 2016-cı ildə Bərdə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 366 nömrə ilə doğum qeydi aparılmışdır. Anası İddiaçı, atası Cavabdehdur. İşdə olan 24 oktyabr 2023-cü il tarixli 1024 №-li arayışdan görünür ki, N nömrəli hərbi hissədə xidmət edən Cavabdeh aylıq pul təminatı gəlir vergisi, tibbi sığortaya və DSMF-yə ayrılmalar tutulduqdan sonra 1775.29 (bir min yeddi yüz yetmiş beş manat iyirmi doqquz qəpik) təşkil edir. İllik əlavə gəlirləri: Maddi yardım – 761 (yeddi yüz altmış bir) manat, Məzuniyyət pulu – 596 (beş yüz doxsan altı), Birdəfəlik pul mükafatı – 1476.34 (bir min dörd yüz yetmiş altı manat otuz dörd qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladları anadan olmuşdur. Hazırda iddiaçı xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay aylıq qazancın və ya başqa gəlirlərin 1/3 hissəsi məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 19 aprel 2016-cı il təvəllüdlü X3 və 26 aprel 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, hesab edir ki, aliment 15 sentyabr 2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 15 sentyabr 2023-cü il tarixdən başlayaraq 19 aprel 2016-cı il təvəllüdlü X3 və 26 aprel 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1480/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1480/2023
13.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver